Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-56/2023 05.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh3 Ağsu X4 İdarəsi və Cavabdeh3 Ağsu X4 İdarəsinin X5 sahəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsinin içərisindən çəkilmiş qanunsuz qaz xəttinin cavabdehin hesabına torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh3 Ağsu X4 İdarəsi və Cavabdeh3 Ağsu X4 İdarəsinin X5 sahəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsinin içərisindən çəkilmiş qanunsuz qaz xəttinin cavabdehin hesabına torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Şamaxı şəhəri 48 A məhəlləsi Babaş Şirvani küçəsindəki torpaq sahəsindən qanunsuz çəkilmiş qaz xəttinin cavabdehlərin hesabına çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon XDS İK-nin xx.xx.1993-cü il tarixli qərarı ilə Şamaxı şəhəri 48 A məhəlləsində ona şəxsi ev tikmək üçün 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinə xx.xx.2011-ci il tarixdə “Torpaq sahəsinin plan və ölçüsü” sənədini (reyestr nömrəsi **********15) və xx.xx.2011-ci il tarixli mülkiyyət hüququ verən DƏDRX-dən seriya MA ******* nömrəli çıxarış almışdır. Torpaq sahəsində bu vaxta kimi maddi imkanı olmadığı üçün ev tikə bilməmiş, torpaq sahəsinin kənarını hasarlamamışdır. Bununla belə onun rəsmi mülkiyyət hüququ verən çıxarışı var. Torpaq sahəsi mülkiyyətidir. Ona məxsus həyətyanı torpaq sahəsinin ortasından ətrafdakı özünə ev tikən bəzi vətəndaşların istifadəsi üçün qanunsuz qaz xətti çəkilmişdir. Qaz xətti çəkilərkən hüquqları pozulmuş, ona məxsus həyətyanı sahənin içərisindən qaz xətti çəkilmiş və istifadəçilər bu xəttən istifadə edirlər. Qaz xətti çəkilərkən Şamaxı rayon İH-nin Memarlıq və Tikinti şöbəsi, DƏDRX və Şamaxı Bələdiyyəsinin sənədləri öyrənilməli, bundan sonra məhəllənin qazla təmin edilməsi üçün smeta tərtib edilməli, küçə boyu evlər qazla təmin edilməli idi. Kimlərsə öz maraqları üzündən özbaşına ona məxsus həyətyanı torpaq sahəsinin içərisindən keçməklə qaz çəkmişdir. Əlbəttə ki, çəkilmiş qaz xətti X5 Sahəsinin işçilərinin bilavasitə iştirakı ilə çəkilmiş, bundan müdriyyətin də məlumatı olmuşdur. Halbu ki, həmin evlərə digər paralel küçə boyu qaz xətti çəkilməli idi. Özüə məxsus torpaq sahəsində ev tikmək istəyir. Qanunsuz çəkilmiş qaz xətti isə məhz ev tikilməli olduğu yerdən keçir. Bu səbəbdən də mülkiyyət hüquqları tapdalanmışdır. Qaz xəttinin ona məxsus torpaqdan çıxarılması üçün 2022-ci ilin yanvar, mart və may aylarında cavabdehlərə rəsmi ərizə göndərmiş, lakin məktubları alsalar da bir dəfə nümayəndələri gəlib baxmış, heç bir tədbir görülməmiş, hətta ərizələrinə rəsmi cavab belə verilməmişdir. X5 Sahəsinin rəisindən xahiş edəndə ona bunun üçün dövlətə pul ödəməli olduğunu bildirmişlər. Halbuki, qanunsuz qaz xətti onun təqsirindən deyil, kimlərinsə marağı üzündən ona məxsus torpaq sahəsinin içərisindən istismar qaydalarına zidd olaraq çəkilmiş, qaz istismar idarəsinin işçiləri də bunu ötən müddətdə dəfələrlə görmüşlər. Lakin nədənsə biganə yanaşmışlar, göz yummuşlar. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ekspert rəyinin verilməsi üçün ödədiyi 95 manat pulun da cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı Çıxarışın surətindən görünür ki, Şamaxı şəhərində yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında X2 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 20 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh3nə məxsus qaz xətti Ərazi İdarəsinin arxivində mövcud olan, reyestr nömrəsi **********15 olan çıxarışa əlavə olunmuş plan ölçü sənədindəki koordinatlara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilindən keçir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1480 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh3nə məxsus qaz xətti Ərazi İdarəsinin arxivində mövcud olan, reyestr nömrəsi **********15 olan çıxarışa əlavə olunmuş plan ölçü sənədindəki koordinatlara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilindən keçdiyi müəyyən olunmuşdur. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsaəsn hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şamaxı şəhəri Babaş Şirvanı küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh3nə məxsus qaz xətti İddiaçı məxsus Şamaxı şəhəri Babaş Şirvanı küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilindən keçir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ona məxsus torpaq sahəsindən keçən cavabdehə məxsus qaz xəttinin həmin torpaq sahəsindən cavabdehin hesabına sökülərək çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 95 manat pul da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə keçirilmiş ekspertizanın xərci 50 manat cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Şamaxı şəhəri Babaş Şirvanı küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsindən keçən Cavabdeh3nə məxsus qaz xətti cavabdehlərin hesabına sökülərək həmin torpaq sahəsindən çıxarılsın. Cavabdehlər Cavabdeh3, Cavabdeh3 Ağsu X4 İdarəsi və Cavabdeh3 Ağsu X4 İdarəsinin X5 sahəsindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul, cəmi 195 manat pul müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh3 Ağsu X4 İdarəsi və Cavabdeh3 Ağsu X4 İdarəsinin X5 sahəsindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-56/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-56/2023
05.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver