Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-564/2021 01.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 07 sentyabr 2018-ci il tarixli 23-Y-2-0-728-18 №-li kredit müqaviləsi üzrə 1635,41 manat əsas borc, 473,63 manat faiz borcu və 303,97 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2413,01 manat borc və 07 iyun 2018-ci il tarixli 23-Y-1-0-443-18 №-li kredit müqaviləsi üzrə 332,37 manat əsas borc, 19,74 manat faiz borcu və 11,25 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 363,36 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli 23-Y-2-0-728-18 №-li kredit müqaviləsini və 07 iyun 2018-ci il tarixli 23-Y-1-0-443-18 №-li kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 07 sentyabr 2018-ci il tarixli 23- Y-2-0-728-18 №-li kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 23 faizlə 36 ay müddətinə 2500 manat, 07 iyun 2018-ci il tarixli 23-Y-1-0-443-18 №-li kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 36 ay müddətinə 1000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il martın 19-dək Cavabdeh banka 07 sentyabr 2018-ci il tarixli 23-Y- 2-0-728-18 №-li kredit müqaviləsi üzrə 1635,41 manat əsas borc, 473,63 manat faiz borcu və 303,97 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2413,01 manat borcu və 07 iyun 2018-ci il tarixli 23-Y-1-0-443-18 №-li kredit müqaviləsi üzrə 332,37 manat əsas borc, 19,74 manat faiz borcu və 11,25 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 363,36 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh də məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh iddia tələbinin qismən təmin olunmasını xahiş etmiş və məhkəməyə ərizə təqdim edərək, 1635,41 manat və 332,7 manat əsas, 473,63 manat və 19,74 manat faiz borcu ilə razı olduğunu bildirmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 iyun 2018-ci il tarixli 23-Y-1-0-443-18 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" İKB ASC-dən illik 25 faizlə 36 ay müddətinə 1000 manat kredit götürmüşdür. İş materiallarında olan 07 sentyabr 2018-ci il tarixli 23-Y-2-0-728-18 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" İKB ASC-dən illik 23 faizlə 36 ay müddətinə 2500 manat kredit götürmüşdür. İş materiallarında olan 22.11.2019-cu il tarixli № **********986800 saylı çıxarışın surətindən görünür ki, qurumun əvvəlki adı "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti olmuş, hazırki adı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. İş materiallarında olan 3250 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 07 sentyabr 2018-ci il tarixli 23-Y-2-0-728-18 saylı kredit müqaviləsi üzrə banka olan borcunu 5 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan 3251 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 07 iyun 2018-ci il tarixli 23-Y-1-0-443-18 saylı kredit müqaviləsi üzrə banka olan borcunu 5 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan 19.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07 iyun 2018-ci il tarixli 23-Y-1-0-443-18 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 332,37 manat əsas, 19,74 manat faiz və 11,25 manat cərimə olmaqla ümumilikdə 363,36 manat borcu vardır. İş materiallarında olan 19.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07 sentyabr 2018-ci il tarixli 23-Y-2-0-728-18 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 1635,41 manat əsas, 473,63 manat faiz və 303,97 manat cərimə olmaqla, ümumilikdə 2413,01 manat borcu vardır. İş materiallarında olan 30.03.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC hazırki iddia tələbi ilə Şamaxı rayon Məhkəməsinə müraciət edən zaman 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqavilələri bağlanmışdır. Cavabdeh müqavilələrlə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. "xxxx" İKB ASC adını dəyişərək İddiaçı ASC olmuşdur. Cavabdehin iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 743-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmiş, əksinə müqavilələr üzrə əsas və faiz borclarını etiraf etmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin, kreditə hesablanmış faizlərin və cərimənin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, 07 sentyabr 2018-ci il tarixli 23-Y-2-0-728-18 saylı kredit müqaviləsi üzrə dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 07 sentyabr 2018-ci il tarixli 23-Y-2-0-728-18 saylı kredit müqaviləsi üzrə 303,97 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilələrin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 07 sentyabr 2018-ci il tarixli 23-Y-2-0-728-18 saylı kredit müqaviləsi üzrə 1635,41 manat əsas, 473,63 manat faiz və 20 manat cərimə olmaqla, ümumilikdə 2129,04 manat borc və 07 iyun 2018-ci il tarixli 23-Y-1-0-443-18 saylı kredit müqaviləsi üzrə 332,37 manat əsas, 19,74 manat faiz və 11,25 manat cərimə olmaqla ümumilikdə 363,36 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli 23-Y-2-0- 728-18 saylı kredit müqaviləsi və 07 iyun 2018-ci il tarixli 23-Y-1-0-443-18 saylı kredit müqaviləsi ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 07 sentyabr 2018-ci il tarixli 23-Y-2-0-728-18 saylı kredit müqaviləsi üzrə 1635,41 manat əsas, 473,63 manat faiz və 20 manat cərimə olmaqla, ümumilikdə 2129,04 manat borc və 07 iyun 2018-ci il tarixli 23-Y-1-0-443-18 saylı kredit müqaviləsi üzrə 332,37 manat əsas, 19,74 manat faiz və 11,25 manat cərimə olmaqla ümumilikdə 363,36 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli 23-Y- 2-0-728-18 saylı kredit müqaviləsi və 07 iyun 2018-ci il tarixli 23-Y-1-0-443-18 saylı kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-564/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-564/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver