Məhkəmə qərarları › İş №2(074)-569/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-569/2020

07.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-569/2020 07.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, iddiaçı AccessBank QSC-nin nümayəndəsi x1 və Cavabdeh3 iştirakı ilə, iddiaçı AccessBank QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı AccessBank QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı AccessBank QSC-nin xeyrinə 017R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 347,93 manat məbləğində kredit borcu, 195,04 manat məbləğində faiz borcu və 562,7 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1105,67 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı AccessBank QSC-nin nümayəndəsi x1 iddianı müdafiə edərək izahat verib bildirdi ki, Cavabdeh3 AccessBank QSC ilə bağladığı 26.02.2014-cü il tarixli 17L000003855 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 AccessBank QSC ilə bağladığı 11.12.2014-cü il tarixli 017R********** saylı kredit razılaşması əsasında 15 ay müddətinə, aylıq faiz dərəcəsi 2.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.10.2015-ci il tarixli 017R**********S saylı, 27.04.2016-cı il tarixli 017R143456890İSA saylı, 21.11.2016-cı il tarixli 017R**********SB saylı, 31.10.2017-ci il tarixli 017R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 17.07.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 1652,07 manat ödəmiş, onun 347,93 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 28.04.2020-ci il tarixə 651 gün üçün hesablanmış faiz borcu 195,04 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 28.04.2020-ci il tarixə 651 gün üçün hesablanmış cərimə 562,7 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Onlar həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Odur ki, iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qismən qəbul edərək izahat verib bildirdi ki, o, iddiaçıdan kredit götürmüş, lakin maddi imkanı olmadı üçün kredit borcunu ödəyə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan 26.02.2014-cü il tarixli 17L000003855 saylı kredit xətti müqaviləsindən görünür ki, AccessBank QSC tərəfindən Cavabdeh3 120 ay müddətinə 30000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 11.12.2014-cü il tarixli 017R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh3 AccessBank QSC-dən 15 ay müddətinə, aylıq faiz dərəcəsi 2.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit almışdır. İş materiallarında olan 30.10.2015-ci il tarixli 017R**********S saylı, 27.04.2016-cı il tarixli 017R**********SA saylı, 21.11.2016-cı il tarixli 017R**********SB saylı, 31.10.2017-ci il tarixli 017R**********SC saylı sazişlərdən görünür ki, həmin sazişlərlə 26.02.2014-cü il tarixli 17L000003855 saylı kredit xətti müqaviləsi üzrə bağlanmış 11.12.2014-cü il tarixli 017R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. İş materiallarında olan 26.02.2014-cü il tarixli № 17S000006305 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 26.02.2014-cü il tarixli 17L000003855 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik olmuş və üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan 11.12.2014-cü il tarixli № 017S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 26.02.2014-cü il tarixli 17L000003855 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik olmuş və üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan 31.05.2020-ci il tarixli № 11176 saylı maliyyə arayışından görünür ki, Cavabdeh3 11.12.2014-cü il tarixli 017R********** saylı kredit razılaşması üzrə iddiaçı AccessBank QSC-yə 28.04.2020-ci il tarixə 347,93 manat əsas, 195,04 manat faiz, 562,7 manat cərimə olmaqla, cəmi 1105,67 manat borcu vardır. İş materiallarında olan 31.07.2018-ci il tarixli 1453, 1454 və 1555 saylı xəbərdarlıq məktublarının surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 11.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 01.06.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı AccessBank QSC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh3 kredit müqaviləsi bağlayaraq iddiaçı AccessBank QSC-dən 2000 manat məbləğində kredit götürmüş, lakin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq tam və vaxtında icra etməmişdir. Həmçinin müxtəlif vaxtlarda bağlanmış sazişlərlə kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə iddiaçı ilə zaminlik müqaviləsi bağlayaraq Cavabdeh3 müqavilə üzrə öhdəliklərinin icrasının təminatı kimi zamin olmuş və üzərinə məsuliyyət götürmüşlər. Öhdəliklərini icra etməməsi nəticəsində Cavabdeh3 iddiaçıya 28.04.2020-ci il tarixə 347,93 manat əsas, 195,04 manat faiz, 562,7 manat cərimə olmaqla, cəmi 1105,67 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddianın 562,7 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehlərdən 562,7 manat məbləğində cərimə pulu deyil, 10 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı AccessBank QSC-nin xeyrinə 347,93 manat əsas, 195,04 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 552,97 manat borc və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı AccessBank QSC-nin xeyrinə 347,93 manat əsas, 195,04 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 552,97 manat borc və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar