Məhkəmə qərarları › İş №2(074)-586/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-586/2020

27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-586/2020 27.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, X4 X1 MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kreditin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 X1 MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kreditin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 102,59 manat, xx.xx.2018-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0 manat, cərimə üzrə 0 manat olmaqla, ümumilikdə 102,59 manat borcun və dövlət rüsümu kimi ödənilmiş 20 manat pul vəsaitinin Bank Olmayan X1 MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 Təşkilatı X5 MMC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 20 ay müddətinə xx.xx.2018-ci il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 1020,39 manat məbləğində kredit verilmişdir. BOKT X5 MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT Azkredit MMC-yə satılmışdır. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh2 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh2 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar heç bir fayda verməmişdir və X4 X1 MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2nın və Cavabdeh1 xx.xx.2020-ci il tarixli arayışa əsasən BOKT Azkredit MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 102,59 manat, faiz üzrə 0 manat, cərimə üzrə 0 manat olmaqla, ümumilikdə 102,59 manat təşkil edir. Odur ki, iddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 102,59 manat, xx.xx.2018-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0 manat, cərimə üzrə 0 manat olmaqla, ümumilikdə 102,59 manat borcun və dövlət rüsümu kimi ödənilmiş 20 manat pul vəsaitinin Bank Olmayan X1 MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2020-ci il tarixdə məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, Cavabdeh2 ünvanına göndərilmiş məhkəmə bildirişi xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, Cavabdeh1 ünvanına göndərilmiş məhkəmə bildirişi xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Lakin cavabdehlər məhkəmə bildirişi rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazla məhkəməyə müraciət etməmişdirlər. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, heç birinin iddia qarşı etirazının olmamasını, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan hüquqların və tələblərin güzəşti haqqında bildirişdən görünür ki, X6 Təşkilatı X5 MMC-nin xx.xx.2019-cu il vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ Bank Olmayan X1 MMC-yə keçmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli LD/16306/00012 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 X6 Təşkilatı X5 MMC-dən 20 ay müddətinə xx.xx.2018-ci il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 1020,39 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli LD/16306/00012 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixli LD/16306/00012 saylı kredit müqaviləsi üzrə X6 Təşkilatı X5 MMC qarşısında öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1 X6 Təşkilatı X5 MMC qarşısında zamin olmuş və öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixli LD/16306/00012 saylı kredit müqaviləsi üzrə Bank Olmayan X1 MMC-yə 102,59 manat əsas, 0 manat faiz, 0 manat sığorta ödənişi üzrə, 0 manat cərimə olmaqla, cəmi 102,59 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh2 X6 Təşkilatı X5 MMC-dən 20 ay müddətinə xx.xx.2018-ci il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 1020,39 manat məbləğində kredit götürmüş, Cavabdeh1 isə sözügedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi X6 Təşkilatı X5 MMC qarşısında zamin olmuş və öz üzərinə məsuliyyət götürmüşdür. X6 Təşkilatı X5 MMC-nin xx.xx.2019-cu il vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ X4 X1 MMC-yə keçmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh2nın iddiaçıya 102,59 manat əsas borcu qalmışdır. İddiaçı məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2016-cı il tarixli LD/16306/00012 saylı kredit müqaviləsi üzrə X4 X1 MMC-nin xeyrinə 102,59 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2016-cı il tarixli LD/16306/00012 saylı kredit müqaviləsi üzrə X4 X1 MMC-nin xeyrinə 102,59 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar