Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-597/2024 14.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17.950 manat məbləğində pulun və ödənilmiş 144 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2018-ci il tarixdən iş yoldaşı vasitəsi ilə tanımışdır. Həmin vaxtlar Cavabdeh “Sədərək” Ticarət Mərkəzində işləyirdir. Dediyinə görə, ticarət mərkəzində özünün dükanı vardır və ticarətlə məşğul olurdur. Sonradan münasibəti əsasında, ticarətlə məşğul olmaq təklifi olundu. O da, öz növbəsində cavabdehə inanıb, ticarətlə məşğul olmaq üçün, başlanğıc olaraq 3000 manat pul vermişdir. Sonradan, 4 il ərzində hissə-hissə olmaqla, ümumilikdə 18100 manat pul vermişdir. Müəyyən müddət keçdikdən sonra, anlamışdır ki, Cavabdeh etibarından sui-istifadə edərək, verdiyi pulu ticarət işlərinə deyil, öz şəxsi maraqlarına xərcləmişdir. Belə ki, həmin ərəfələrdə cavabdehin nikahı pozulduğundan, ondan aldığı pulu öz aliment borcuna sərf etmişdir. Bunu bildikdən sonra, dəfələrlə ondan pulunu istəmək məcburiyyətində qalmış, lakin, hər səfərində pulu qaytaracağına söz versə də, bü günə qədər qaytarmamışdır. Cavabdeh “borcun etirafı barədə iltizam” sənədlərini 14 oktyabr 2023-cü il tarixdə, 02 noyabr 2023-cü il tarixdə və 18 dekabr 2023-cü il tarixdə onun və digər şahidlərin iştirakı ilə imzalamışdır: 14 oktyabr 2023-cü il tarixli “borcun etirafı barədə iltizam” sənədində o, aldadaraq, pulu alimentə verməsi üçün aldığını, həmçinin, ona 18100 manat borcu olduğunu etiraf etmişdir. 02 noyabr 2023-cü il tarixli “borcun etirafı barədə iltizam” sənədində ona olan 18000 manat borcdan 3000 manatını noyabr ayının 14-nə kimi ödəyəcəyinə söz vermişdir. Qalan pulu isə 6 ay müddətində hissə-hissə ödəyəcəyinə öhdəlik götürmüşdür. 18 dekabr 2023-cü il tarixli “borcun etirafı barədə iltizam” sənədində isə, yenə təkrarən ona olan 18100 manat olan borcunu hissə-hissə ödəyəcəyi öhdəliyini götürmüşdür. Cavabdeh tərəfindən sonuncu dəfə 01 fevral 2024-cü il tarixdə 150 manat olmaqla, ona məxsus karta ödəniş edilmişdir. 18100 manat olan ümumi borcdan hal-hazırda 17950 manat borc qalmışdır. Bununla bağlı, pulun 5 gün müddətində ödənilməsi barədə cavabdehə 08 fevral 2024-cü il tarixdə pretenziya məktubu göndərmiş, lakin heç bir ödəniş olunmamışdır. Hazırda məcbur qalıb məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini, iddiaçıya 17950 manat borcunun olduğunu və maddi imkanı olan kimi, borcunu ödəyəcəyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iltizamlardan görünür ki, Cavabdeh müxtəlif vaxtlarda İddiaçı borc pul aldığını, toplam olaraq borc məbləğinin 17950 manat olduğunu təsdiq etmişdir. İş materiallarında olan pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda borc pul almasını, hazırda onun iddiaçıya 17950 manat borcunun qalmasını müəyyən edildiyindən, eyni zamanda, cavabdeh tərəfindən borc etiraf olunduğundan, əlavə araşdırmaya ehtiyac yoxdur. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 17950 manat məbləğində pul və ödənilmiş 144 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 17950 (on yeddi min doqquz yüz əlli) manat məbləğində pul və ödənilmiş 144 (bir yüz qırx dörd) manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-597/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-597/2024
14.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver