Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-60/2025 04.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 İbrahimxəlil oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli, 2(074)-7/2022 saylı qətnaməsi ilə təmin edilmiş 26895 manat məbləğində pulun ödənilməsinin gecikdirilməsi səbəbindən, yaranmış 7000 manat məbləğində faiz borcunun cavabdehlərdən alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rrayon Məhkəməsinin 2(074)- 7/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında ümumilikdə 26895 manat olmaqla, cavabdeh şəxslər qismində Cavabdeh1 İbrahimxəlil oğlundan 13860 manat məbləğində, Cavabdeh2 isə 13035 manat məbləğində nağd pul vəsaitinin alınaraq, ona ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin bu qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-741/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 393-cü maddəsinin tələbində nəzərdə tutulmuş 2 (iki) aylıq prosessual müddət keçdikdən sonra qanuni qüvvəyə minmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvədə olan qətnaməsi icraya yönəldilmiş və Şamaxı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Bununla bağlı Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatı əsasında Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(074)-55/2024 saylı qərardadı əsasında mülkiyyət hüquqi ilə Cavabdeh2 məxsus olan “QAZ 5312 yük” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş, lakin bu günədək vurulmuş zərərin əvəzinin ödənilməsi təmin olunmamışdır. 2(074)-7/2022 saylı iş üzrə Şamaxı Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsinin təsviri və əsaslandırıcı hissəsində məhkəmənin müəyyən etdiyi hallardan göründüyü kimi, hər iki cavabdeh şəxs tərəfindən onun əmlakı 2017-ci il noyabr ayından başlayaraq, 2018-ci ilin may ayınadək olan 6 ay ərzində talanmış və həmin tarixdən etibarən o, əmlakından məhrum olmaqla, zərərin vurulduğu tarix bu dövrü əhatə etmişdir. 2018-ci ilin may ayından sonra Ağsu Rayon Prokurorluğunda, eləcə də, Ağsu və Şamaxı Rayon Məhkəmələrində, həmçinin, Şamaxı Rayon İcra və Probasiya Şöbəsində qəbul edilmiş hüquqi əhəmiyyətli qərarların qanuni qüvvəyə minməsinə baxmayaraq, cavabdeh şəxslər öz öhdəliklərini yerinə yetirməkdən qəsdən yayınırlar və qanun qarşısında məsuliyyətlərini dərk etmirlər. Göründüyü kimi, o, 2018-ci ilin may ayından etibarən bu şəxslərin təqsiri ucbatından səxsi əmlaklarının üzərində mülkiyyət hüququndan tam məhrum olmuş və bu günədək aidiyyəti dövlət hakimiyyəti orqanları onun pozulmuş hüququnun bərpasını və müdafiəsini təmin edə bilmir. Bu səbəbdən, cavabdeh şəxslərə qarşı hazırkı iddianın qaldırılaraq, dəbbə pulunun ödənilməsi tələbinin irəli sürülməsinə zərurət yaranmışdır. Bununla əlaqədar, Şamaxı Rayon Məhkəməsinə 05 iyun 2024-cü il tarixli iddia ərizəsi ünvanlanmaqla, öhdəliyin yarandığı andan (Şamaxı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 30 mart 2023-cü il tarixli qətnamələrinin qanuni qüvvəyə mindiyi andan) öhdəliyin icrası tam qurtaranadək, ödənilməli olan ümumilikdə 26895 manat (13860+13035=26895) manat məbləğində nağd pul vəsaitinin üzərinə 25 % məbləğində dəbbə pulunun əlavə edilərək, cavabdeh şəxslərdən alınmasına dair qərarın qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-7/2022 saylı qətnaməsi əsasında ondan tutulmalı olan məbləğdən 2024-cü ilin sentyabr ayından başlayaraq, İddiaçı hesabına müəyyən məbləğdə ödənişlər etmişdir. Odur ki, qanuni qüvvədə olan qətnamənin icrasını gecikdirməmiş və bu əsasla da, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh2 iddia tələbini əsassız hesab edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-7/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, yetirilmiş maddi ziyanın əvəzi olaraq Cavabdeh1 İbrahimxəlil oğlundan 13860 manat, Cavabdeh2 13035 manat pulun alınıb, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-741/2023 saylı qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-7/2022 nömrəli qətnaməsi apellyasiya şikayətləri ilə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-7/2022 saylı qətnaməsi əsasında cavabdehlərin iddiaçıya ödəməli olduğu məbləğlərə münasibətdə bank uçot dərəcəsinin hesablanması xüsusi bilik tələb etdiyinə görə, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2025-ci il tarixli, 9/633 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspert qarşısında qoyulmuş sualda göstərilənləri nəzərə alaraq, xx.xx.2022-ci il (qətnamə qəbul edilən) tarixdən xx.xx.2024-cü il (iddia ərizəsinin) tarixədək əsas məbləğ 26.895,0 manat olmaqla, Mərkəzi Bankın uçot faiz dərəcəsinə müvafiq olaraq hesablanmış faiz 5021,71 manat məbləğində müəyyən edilir. İş materiallarından görünür ki, ekspertin rəyi kifayət qədər aydın və tam olmadığından, iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2025-ci il tarixli, 9/2891 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissədində göstərilənlərə əsasən, xx.xx.2022-ci il (qətnamə qəbul edilən) tarixdən xx.xx.2024-cü il (idda ərizəsinin) tarixədək əsas məbləğ 13860 manat olmaqla, Mərkəzi Bankın uçot faiz dərəcəsinə müvafiq olaraq hesablanmış faiz məbləği 2686,27 manat, xx.xx.2022-ci il (qətnamə qəbul edilən) tarixdən xx.xx.2024-cü il (iddia ərizəsinin) tarixədək əsas məbləğ 13085 manat olmaqla, Mərkəzi Bankın uçot faiz dərəcəsinə müvafiq olaraq hesablanmış faiz məbləği 2526,73 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, Şamaxı Rrayon Məhkəməsinin 2(074)-7/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında ümumilikdə 26895 manat olmaqla, cavabdehlər Cavabdeh1 13 860 manat məbləğində, Cavabdeh2 isə 13035 manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. Lakin, cavabdehlər özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini gecikdirmişdirlər. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı pul vəsaitinin ödənilməsinin gecikdirildiyi halda, həmin vəsaitin məbləğindən faiz ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 2686,27 manat və Cavabdeh2 2526,73 manat məbləğində pul alınıb, İddiaçı verilməlidir. Ekspertiza tədqiqatlarının dəyəri olaraq cavabdehlərdən müştərək qaydada 150 manat məbləğində pul tutularaq, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2686,27 manat və Cavabdeh2 2526,73 manat məbləğində pul alınıb, İddiaçı verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq cavabdehlərdən müştərək qaydada 150 manat məbləğində pul tutularaq, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-60/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-60/2025
04.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver