Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-606/2020 28.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 345,60 manat məbləğində dəymiş ziyan, mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 47,95 manat debitor borcun, 20,40 manat dövlət rüsumunun ümümilikdə 413,95 manat pulun İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahat verib bildirdi ki, “İddiaçı” İstehsalat Birliyi xx.xx.2019-cu il tarixli, 23- 09/ŞXS saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus Şamaxı rayonu Sabir qəsəbəsi yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı” X1 X4 İdarəsinin Şamaxı Xidmət Sahəsinə tərəfindən **********02360 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X2nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” X1 X4 İdarəsinin Şamaxı Xidmət Sahəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” aktlar tərtib edilmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 345.60 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin işçiləri tərəfindən 345.60 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 23-09/ŞXS saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısma dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qavdalarına əsasən müəyyən edilmişdir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.9-cu maddəsinə əsasən “Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi 258 nömrəli Fərmanla Nizamnaməsinə edilmiş dəyişikliklərə əsasən verilmiş səlahiyyətləri daxilində SOCAR qanuna zidd olmadan istehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması üzrə münasibətləri tənzimləyə bilər. Bundan başqa, istehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanmasının SOCAR-ın Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənməsinə dair müddəa Müqavilənin 3.3-cü bəndində təsbit olunmuşdur. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən X2nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011 -ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Odur ki, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 345,60 manat məbləğində dəymiş ziyan, mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 47,95 manat debitor borcun, 20,40 manat dövlət rüsumunun ümümilikdə 413,95 manat pulun İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, qaz xəttinə hər hansı bir müdaxilə etməmişdir. Qışdan qışa həmin qanunsuz xətdən istifadə etdiyini, kəllə-paça ütdüyünü və çaynik qaynatdığını bildirdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 23-09/ŞXS saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”-nin surətindən görünür ki, İddiaçı İB Cavabdeh yaşadığı fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin müqaviləyə əsasən “İddiaçı” İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən Cavabdeh **********02360 nömrəli abonent kodu verilmişdir. Müqavilənin 2.3.2. yarımbəndinə əsasən abonent X2na əməl etməlidir. İş materiallarında olan təbii X2nın pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent kodu **********02360 olan Cavabdeh yaşadığı Şamaxı rayonu Sabir qəsəəsində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri qanuni xətt vasitəsilə təbii qazdan istifadə halı aşkarlanmışdır. Cavabdeh və İddiaçı İB-nin Şamaxı Xidmət Sahəsinin əməkdaşları aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Ağsu X4 İdarəsinin ziyanın hesablanmasına dair tələbnaməsindən görünür ki, təbii X2nın pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz işlədicilərindən PQ3-un maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük ış rejimi 24 saat və hesabat müddəti 90 gün 1 ədəd radiator soba maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük ış rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası uçun dəymiş ziyanın hesablanması və hesablanmış 3456 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, Cavabdeh 2020ci il üzrə qalıq və aktlar bölməsi üzrə 345,60 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 23-09/ŞXS saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasən iddiaçı, abonent kodu **********02360 olan cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. İddiaçının işçiləri tərəfindən cavabdehə məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına xx.xx.2020-ci il tarixdə baxış keçirilən zaman sayğacdan kənar qeyri qanuni xətt vasitəsilə təbii qazdan istifadə halı aşkar edilmiş, bununla da iddiaçıya zərər dəydiyi aşkarlanmışdır. Qanunsuz istifadə ilə bağlı dəymiş zərər hesalanaraq cavabdehə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 345,60 manat borc hesablanmışdır. İddiaçı hazırkı tələb üzrə 20,40 manat dövlət rüsumu ödəmişdir. Eyni zamanda cavabdeh 47,95 manat dəyərində təbbi qazı istifadə etmiş və dəyərini iddiaçıya ödəməmişdir. “X2”nın 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməkistehlakçının vəzifəsidir. Qaydaların 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etməkpaylayıcının hüququdur. Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin təbii qazdan qanunsuz istifadə etməsi, nəticədə iddiaçıya 345,60 manat zərər dəyməsi tam təsdiq olunduğundan, iddiaçının ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququ, cavabdehin isə təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərərin əvəzini ödəməkvəzifəsi olduğundan, qazdan qanunsuz istifadəyə görə tələb olunan 345,60 manat məbləğində dəymiş ziyan, təbii qaza görə yaranmış 47,95 manat və 20,40 manat dövlət rüsumu, ümumilikdə isə 413,95 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 345,60 manat məbləğində dəymiş ziyan, təbii qaza görə yaranmış 47,95 manat və 20,40 manat dövlət rüsumu, ümumilikdə isə 413,95 manat pul məcburi qaydada tutularaq “İddiaçı” İB-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-606/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-606/2020
28.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver