Məhkəmə qərarları › İş №2(074)-609/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-609/2020

18.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-609/2020 18.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh Əbülfəz oğluna qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh Əbülfəz oğluna qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əbülfəz oğlu tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 540 manat məbləğində dəymiş ziyanın, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 570 (beş yüz yetmiş) manat pulun “İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X7 iddia tələbini müdafiə edərək izahat verib bildirdi ki, “İddiaçı” İstehsalat Birliyi xx.xx.2019-cu il tarixli, 02ŞSX/19 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə” əsasında Cavabdeh Əbülfəz oğluna məxsus ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı” X3 X8 İdarəsinin Şamaxı Xidmət Sahəsinə tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1602AZ**********01 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X6nn tələblərinə əməl etmək) və “X4” nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” X3 X8 İdarəsinin Şamaxı Xidmət Sahəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X6n pozulması haqqında” aktlar tərtib edilmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 540 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin işçiləri tərəfindən 540 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “İddiaçı” İstehsalat Birliyi xx.xx.2019-cu il tarixli, 02ŞSX/19 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh Əbülfəz oğluna məxsus ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin Müqavilənin 2.3.1. yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyrini tam ödəməlidir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli təbbi X6nın pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, Cavabdeh Əbülfəz oğluna məxsus ünvan 1 saylı ünvana baxış keçirilmiş baxış zamanı sayğacdan qyeri-qanuni xəttlə təbii qazdan istifadə halı aşkar olunmuşdur. İş materiallarında olan X1 Agentliyinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Əbülfəz oğlunun barəsində yaşadığı ünvanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazı az miqdarda talan etdiyi müəyyən olunmuş və ona AR İXM-nin 282.1-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin X10 İstismar İdarəsinin xx xxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2011-ci il tarixli 11 №-li qərarın 1 saylı əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 2.5 m3/saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 2,5x24x90=5400 m3 məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, ünvan 1 saylı fərdi yaşayış verilən qaz xətti üzrə abonent hesablarında qalıq və aktlar qrafasında 2020ci il üzrə 540 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşıdırılmış hallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 02ŞSX/19 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh Əbülfəz oğluna məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh fasiləsiz olaraq təbii qazla təmin olunmuşdur. Həmin ünvana “İddiaçı” X3 X8 İdarəsinin Şamaxı Xidmət Sahəsinə tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1602AZ**********01 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X6nn tələblərinə əməl etmək) və “X4” nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” X3 X8 İdarəsinin Şamaxı Xidmət Sahəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X6n pozulması haqqında” xx xxxxx 2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. X1 Agentliyinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə cavabdeh 100 manat cərimə edilmişdir. Həmçinin İddiaçı İB-nin X10 İstismar İdarəsinin xx xxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2011-ci il tarixli 11 №li qərarın 1 saylı əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 2.5 m3/saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 2,5x24x90=5400 m3 məbləğin ödənilməsi qərara alınmışdır. “X6”nın 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməkistehlakçının vəzifəsidir. Qaydaların 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etməkpaylayıcının hüququdur. Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin təbii qazdan qeyriqanuni istifadə etməsi və qeyri-qanuni istifadə etdiyi qazın dəyərini ödəməli olduğundan o, talan etdiyi qazın dəyərini ödəməlidir. Belə olan halda Cavabdeh Əbülfəz oğlu tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 540 manat məbləğində dəymiş ziyanın, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 570 (beş yüz yetmiş) manat pul İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əbülfəz oğlu tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 540 manat məbləğində dəymiş ziyanın, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 570 (beş yüz yetmiş) manat pul İddiaçı İB-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar