Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-610/2021 05.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul məbləğinin geri qaytarılması” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 3000 (üç min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun əmlakını gizli olaraq talamaq məqsədilə 09 mart 2020-ci il tarixdə saat 12 radələrində onun dəvəti ilə yaşadığı ünvan 1 ünvanında təmizlik işləri aparmaq üçün gəlmiş, fərdi yaşayış evinin yataq otağındakı şkafda yerləşdirilmiş taxta materialdan olan pul qutusunun içərisindən bir hissəsi avro xarici valyuta olmaqla ümumilikdə 3000 manat məbləğində pulu gizli olaraq talayıb ona maddi ziyan vurmaqla oğurluq etmişdir. Törədilmiş cinayətlə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 153/2020 saylı, 19.06.2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Aradan neçə müddət keçməsinə baxmayaraq cavabdeh onun evindən oğurladığı pul məbləğini qaytarmamışdır. Cavabdehdən pul vəsaitini ala bilmədiyi üçün məhkəmə müdaxiləsi zərurəti yaranmışdır və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdeh gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməsə də, iddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli 1(011)- 153/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 mart 2020-ci il tarixdə saat 12 radələrində İddiaçı dəvəti ilə onun yaşadığı ünvan 2 ünvanına təmizlik işləri aparmaq üçün gəlmiş, həmin fərdi yaşayış evinin yataq otağındakı şkafda yerləşdirilmiş sonuncu tərəfindən hazırlanmış taxta materialdan olan pul qutusunun içərisindən bir hissəsi avro xarici valyuta olmaqla ümumilikdə 3000 manat məbləğində pulu gizli olaraq talayıb İddiaçı maddi ziyan vurmaqla oğurluq etmişdir. Cavabdeh törətdiyi əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi Cavabdeh İddiaçı məxsus 3000 manat məbləğində pulu gizli olaraq talayıb ona maddi ziyan vurmaqla oğurluq etməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli 1(011)-153/2020 saylı hökmü sübuta yetirilmiş və Cavabdeh bu əməli nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona müvafiq cəza verilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmış 3000 manat məbləğində maddi ziyanı Cavabdeh tələb etməkdə haqlıdır. Buna görə də ddia təmin olunmalı, Cavabdeh 3000 manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 3000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-610/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-610/2021
05.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver