Məhkəmə qərarları › İş №2(074)-616/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-616/2023

14.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-616/2023 14.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.200 manat məbləğində pulun və 800 manat əldən çıxmış fayda olmaqla, cəmi 4.000 manatın və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh işə düzəltmək adı ilə ondan xx.xx.2021-ci il tarixdə 3200 manat pul almışdır. Dəfələrlə cavabdehə ondan aldığı pulu qaytarmasını tələb etsə də, bunun bir müsbət nəticəsi olmamışdır. Ona görə də məcbur qalıb, hüquqmühafızə orqanlarına şikayət etmişdir. Şikayəti cavabdehin barəsində aparılan cinayət işinin materiallarına əlavə edilməklə, istintaq aparılmışdır. İstintaq zamanı ona məlum olmuşdur ki, cavabdeh ondan başqa bir neçə nəfərdən də müxtəlif məbləğlərdə pul almışdır. İstintaq yekunlaşdıqdan sonra cavabdehin barəsində olan cinayət işi baxılması ücün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir və Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(093)-116/2022 nömrəli hökmü ilə cavabdeh cinayət məsuliyyətinə cəlb olunmuşdur. Lakin bütün bunlara baxmayaraq cavabdeh ondan almış olduğu 3.200 manatı qaytarmamışdır. Onun iş yerinə gedib gəlməkdən bezmişdir. Üstəlik istintaq, məhkəməyə gedib gəlməyə pulu çıxmışdır. Cavabdeh isə müxtəlif bəhanələr gətirməklə, ondan aldığı pulu qaytarmaqdan yayınır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, cavabdehin barəsində aparılan cinayət işinin ibtidai istintaqı zamanı cavabdeh idiaçıdan almış olduğu 3200 manat pul məbləğindən 80 manat məbləğində ödəniş etmişdir. Ona görə də iddia tələblərini azaldaraq Cavabdeh 3120 manat məbləğində pulun və 800 manat məbləğində əldən çıxmış faydanın və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq ididiaçı İddiaçı verilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı nümayəndəsi və vəkili Vəkil teleqramla məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etsə də, Cavabdeh gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini üzürsüz hesab edərək mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1- 1(093)-116/2022 nömrəli hökmünün surətindən görünür ki, Əhmədov X5 Nazirliyinin N nömrəli hərbi hissənin 4-cü mexanikləşdirilmiş taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olarkən 04 oktyabr 2021-ci il tarixdə telefor vasitəsilə danışaraq ona müraciət etmiş xidmət yoldaşı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X1 bacısı vətəndaş İddiaçı Müdafiə Nazirliyinin Hərbi X2 şəhərində yerləşən N nömrəli hərbi hissəsində işə düzəlmək istəyini bilib, öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək İddiaçı pulunu aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, həmin məsələni həll etmək üçün real imkana və sələhiyyətə malik olmadığı, habelə vət. İddiaçı köməklik göstərmək niyyətində olmadığı halda sonuncu ilə arasında aparılan danışıq zamanı, tutduğu vəzifəyə görə geniş əlaqələrə malik olduğunu bildirməklə guya vasitəsilə yüksək vəzifədə və rütbədə xidmət edən tanışına 3000 (üç min) manat pulun rüşvət qismində, özünə isə 200 (iki yüz) manat “şirinlik” olaraq verilməsi müqabilində onun Müdafiə Nazirliyinin Hərbi X2 şəhərində yerləşən N nömrəli hərbi hissəsində işə qəbul olunmasını təşkil və təmin edəcəyinə dair yalan vəd verib, razılığını alaraq onu vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, bundan sonra İddiaçı “million” elekton ödəmə sistemi vasitəsi ilə Cavabdeh ona bildirdiyi X3 məxsus bank hesab tartına 04 oktyabr 2021-ci il tarixdə köçürdüyü 3200 (üç min iki yüz) manat məbləğində pulunu Qusar rayonu ərazisində yerləşən bankomatlardan birində nağdlaşdırmış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi Cavabdeh İddiaçı məxsus 3200 manat məbləğində pulu öz qulluq mövqeyindən istifadə edərək ələ keçirməklə ona maddi ziyan vurması Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(093)-116/2022 saylı hökmü sübuta yetirilmişdir. Məhkəmə iddia tələbinin 800 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulmasına diar hissəni araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməmlidir. Məhkəmə qeyd edir ki, İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmış maddi ziyanı Cavabdeh tələb etməkdə haqlıdır. Lakin məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı vurulmuş ziyandan 80 manatını qaytarmışdır. Buna görə də iddia qismən təmin olunmalı, Cavabdeh 3120 manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3120 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 60 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar