Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-618/2023 10.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Bəşarəddin oğlunun Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Bəşarəddin oğlu Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyanın əvəzi olaraq cavabdehdən 7000 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərək müəyyən edildi ki, iddia ərizəsinin qəbul edilməsi mümkün deyildir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-59/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Bəşarəddin oğlunun Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, mülkiyyətinə qəsdən edilən hərəkətlərə son qoyulması, torpağın ona qaytarılması, dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh iddiaçının mülkiyyətində olan Mustafalı deyilən 0,32 ha torpaq sahəsindən çıxarılmaqla, torpaq sahəsinin onun əməli istifadəsinə qaytarılması və 7000 manat məbləğində maddi ziyanın alınıb, iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinin tələbinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarından göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə olan halda, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Bəşarəddin oğlunun Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-618/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-618/2023
10.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver