Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-631/2020 04.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 üçün İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(037)- 589/2012 saylı məhkəmə əmri ilə müəyyən olunmuş alimentin artırılaraq 170 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahat verib bildirdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(037)-589/2012 saylı məhkəmə əmri ilə Cavabdeh birgə nikahdan doğulmuş X2 maddi təminatı üçün sabit pul məbləği ilə hər ay ödənilən 60 manat məbləğində aliment müəyyən olunmuşdur. Lakin qeyd olunan aliment məbləği hazırkı iqtisadi şəraitdə uşaq üçün kifayət etmir. Belə ki, uşaq böyümüş və xərcləri kifayət qədər artmışdır. Cavabdeh isə kifayət qədər gəlirə malik olsa da uşağa təyin olunmuş alimentdən əlavə heç bir maddi köməklik göstərmir, bəzən həmin məbləğin ödənilməsindən də müəyyən bəhanələrlə yayınır. Həmçinin birgə nikahdan doğulmuş uşaq xəstədir və aylıq 200-250 manat pul xərclənir. Odur ki, iddiaçı, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, o, hal-hazırda yenidən ailə qurmuşdur. Əvvəllər işləsə də, hal-hazırda işləmir. İlk evliliyindən 1 qızı olmuş, həmin uşağın anası da uşağı onun himayəsində qoyaraq ondan ayrılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(037)-589/2012 saylı məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün borclu Cavabdeh 60 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi müəyyən edilmişdir. İş materiallarında olan AZ-İİ № 983667 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2012-ci ildə tarixdə İsmayıllı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(037)-589/2012 saylı məhkəmə əmri ilə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 60 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Hal-hazırda isə İddiaçı müəyyən olunmuş alimentin yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün kifayət etmədiyini, uşağın xərclərinin böyüdükcə artdığını əsas gətirərək müəyyən edilmiş aliment məbləğinin artırılmasını xahiş etmişdir. Məhkəmə uşağın saxlanılmasının hər iki valideynin borcu olduğunu nəzərə alaraq hesab edir ki, uşağın saxlanılması üçün hər ay lazım olan maddi tələbatın ödənilməsində tərəflər bərabər iştirak etməlidirlər. Məhkəmə uşağın layiqli həyat şəraitini təmin etmək üçün, onun yaşını, tələbatını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səiyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(037)-589/2012 saylı məhkəmə əmri ilə təyin edilmiş alimentin miqdarı artırılmalı və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 85 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, iddianın qalan hissəsi rədd edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(037)-589/2012 saylı məhkəmə əmri ilə təyin edilmiş alimentin miqdarı artırılsın və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 85 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-631/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-631/2020
04.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver