Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-65/2023 10.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlak və pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və onun əri Cavabdeh1 ondan müxtəlif vaxtlarda aldıqları cəmi 4800 manat pulun, hər biri 2000 manat dəyərində olan 2 baş iri buynuzlu sağılan inəklərin, hər biri 1000 manat dəyərində çəkisi 100 kq olan danaların və ya onların dəyəri olan 6000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Qobustan rayonunun Sündü kəndində yaşamaqla yaşlı qadındır. Qızı Yenigül və onun əri Təbriz etibarından istifadə edərək axır günü üçün yığdığı 4800 manat pulu müxtəlif vaxtlarda onu aldadıb alıblar. Bundan başqa onlar onun 2 baş hər biri 2000 manat dəyərində olan iri buynuzlu sağılan inəklərini və onların hər biri 1000 manat dəyərində çəkisi 100 kq olan danalarını əlindən alıb ona vermirlər. Onlara dəfələrlə desə də, dövlət orqanlarına müraciət etsə də əmlaklarını könüllü qaytarmaq istəmirlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlak və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması, 2860 manat məbləğində əmlaklarının və 50 manat ödədiyi dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qaynanasıdır. Məhkəmədə ona qarşı əmlak tələbinə dair iddia qaldırmışdır. Qaynatası vəfat edəndən sonra, yəni təxminən 2001-2002-ci illərdə qaynansı yığışıb gəlib onlarla bir yerdə qaldı. Bir söz demədi. Yoldaşının anasıdır. Oğlanları saxlamadılar, gəlib onların yanında qaldı. Çünki, heç bir imkanı, pulu olmayan bir vəziyyətdə olduğundan oğlanları belə ona yaxın durmadılar. 20 ildir ki, onu saxlayır. Ondan nə heyvan almamış, nə də onun onda heyvanı yoxdur. Hətta 20 il əvvəl o inək versəydi belə bu inəklərin yaşı indi 20-dən çox olmalı idi. Hansı inəkdir ki, bu qədər yaşayır. Ərizəsində göstərir ki, guya onun 4800 manat pulu olub müxtəlif vaxtlarda aldadıb həmin pulları ondan almış və qaytarmamışdır. Belə bir şey olmamışdır. Özü çobanlıq edir, iri və xırdabuynuzlu heyvanları var idi və əlavə olaraq qardaşının qoyunlarını saxlayırdı. Pula ehtiyacı olsaydı qardaşından pul alardı, qoca və yaşlı bir qadının puluna ehtiyacı olmayıb indi də yoxdur. Qaynanasında əmlakları vardır. Əri öləndə 6 baş qoyun vermiş, biri 200 manatdan 1200 manat, sonra evinin qarşısını düzəltdirəndə heyvan istəmiş, əvvəl birini sonra da ikincisini göndərmişdir. İkisinin bir yerdə qiyməti 380 manatdan aşağı deyildi. Sonra ona üç qapının pulunu vermiş, ikisi 300 biri isə 180 manata olmuşdur cəmisi 480 manatdır. 6-7 il xəstə yatmış, 800 manatlıq dərman alıb oğlundan onun müalicəsi üçün göndərmişdir. Onun inəyi olsaydı satıb özünə xərcləyərdi. Yəni özünə yemək içməyinə xərclənənlərdən savayı 2860 manatlıq əlavə pul xərcləmişdir. Bu pullarının, əmlaklarının cavabdehdən alınaraq ona qaytarılmasını istəyir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verərək ilkin iddianın təmin olunması, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək qarşılıqlı iddianın təmin olunması, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə prosses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, nə ilkin iddia üzrə iddiaçı İddiaçı Cavabdeh1 və Cavabdeh2 ona maddi ziyan vurmalarına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı əmlaklarının olmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələblərini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İlkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlak və pul” tələbinə dair qarşılıqlı iddiaları təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlak və pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-65/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-65/2023
10.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver