Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-683/2020 26.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi barədə” mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 936 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə baş satıcı vəzifəsinə işə qəbul olunmuş və tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. xx.xx.2017-ci il tarixli 462-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixində öz ərizəsi əsasında 226-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba Badamdar 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli inventarizasiya nəticələrinə dair akta əsasən yekun ziyan məbləği 1136 manat müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 200 manat güzəşt edilmiş, qalıq borc 936 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, iddiaçı, İddiaçı MMCnin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 936 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində məhkəmə bildirişini rəsmi qaydada almışdır. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan X6 MMC-nin xx.xx.2017-ci il tarixli 304-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC-nin satış əməliyyatları şöbəsinin İddiaçılər şəbəkəsinə xx.xx.2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə baş satıcı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən X6 MMC-nin nümayəndəsi direktor X3 ilə işçi Cavabdeh arasında sonuncunun İddiaçılər şəbəkəsinə baş satıcı vəzifəsinə işə götürülməsinə və tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsinə dair müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə surətindən görünür ki, işəgötürən X6 MMC-nin nümayəndəsi X3 ilə işçi Cavabdeh arasında sonuncunun tam maddi məsuliyyəti barədə müqavilə bağlanılmışdır. İş materiallarında olan X6 MMC-nin xx.xx.2017-ci il tarixli 462-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış əməliyyatları şöbəsinə xx.xx.2017-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan əmək müqaviləsinə əlavənin surətindən görünür ki, işəgötürən X6 MMC-nin nümayəndəsi direktor X3 ilə işçi Cavabdeh arasında sonuncunun cəmiyyətin satış əməliyyatları şöbəsinə xx.xx.2017-ci il tarixdən administrator vəzifəsinə keçirilməsi və əmək haqqının ştat cədvəlinə uyğun olaraq 175 manat təşkil etməsi barədə əlavə edilməsinə dair müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə surətindən görünür ki, işəgötürən X6 MMC-nin nümayəndəsi X3 ilə işçi Cavabdeh arasında sonuncunun tam maddi məsuliyyəti barədə müqavilə bağlanılmışdır. İş materiallarında olan X6 MMC-nin xx.xx.2019-cu il tarixli 226-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış əməliyyatları şöbəsində tutduğu administrator vəzifəsindən öz xahişi ilə xx.xx.2019-cu il tarixdə azad olunmuşdur. İş materiallarında olan X6 MMC-nin inventarizasiya şöbəsinin araşdırma qrupuna Cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, Cavabdeh yoxlama prosesindən tam razı qaldığını bildirmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Oba Badamdar 2 (281) mağazasında administrator vəzifəsində çalışdığı zaman cəmiyyətə 1136 manat məbləğində zərər vurduğunu etiraf etmiş, həmin məbləği xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 284 manat olmaqla, 4 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № DN-2283 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, X6 MMC tərəfindən Cavabdeh cəmiyyətə olan 936 manat məbləğindəki borcunu 3 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli № **********351200 saylı çıxarışından görünür ki, qurumun əvvəlki adı X6 X2, hazırki adı İddiaçı X1muşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh X6 MMC-yə 936 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-də baş satıcı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdən iddiaçının satış əməliyyatları şöbəsinə administrator vəzifəsinə keçirilmiş və bu barədə əmək müqaviləsinə əlavə edilmişdir. Tərəflər arasında cavabdehin tam maddi məsuliyyəti haqqında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Cavabdeh ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etmədiyinə görə iddiaçıya 1136 manat zərər dəymişdir. xx.xx.2019-cu il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqaviləyə əsasən cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 284 manat olmaqla, 4 ay ərzində zərəri ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixdən tutduğu administrator vəzifəsindən öz xahişi ilə azad olunmuşdur. Cavabdeh zərəri hissə-hissə ödəyəcəyini vəd etsə də, zərərin əvəzini könüllü olaraq ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəmyə müraciət etmiş, bunun üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Bundan sonra ƏM-in) 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. ƏM-in 205-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, xx.xx.2017-ci il tarixli tam maddi məsuliyyəti haqqında müqaviləyə əsasən vurduğu ziyana görə iddiaçı qarşısında tam həcmdə maddi məsuliyyət daşıyan cavabdehin hərəkətləri nəticəsində iddiaçıya zərər dəydiyi tam təsdiq olunduğundan, zərərin əvəzi üzrə 936 manat və ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 30 manat ondan iddiaçının xeyrinə tutulmalı, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü, 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh İddiaçı MMC-nin xeyrinə ödənilməmiş 936 manat ziyan məbləği və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-683/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-683/2020
26.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver