Məhkəmə qərarları › İş №2(074)-688/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-688/2021

01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-688/2021 01.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı Əliyeva (Mustafayeva) Gültəkin Leysan qızının və Cavabdeh nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Əliyeva (Mustafayeva) Gültəkin Leysan qızının Cavabdeh qarşı “alimentin artırılması və sabit pul məbləğində ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva (Mustafayeva) Gültəkin Leysan qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.06.2010-cu il təvəllüdlü X16 və 11.11.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi hər uşağa 175 manat sabit pul məbləğində almentin alnıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 25 dekabr 2009-cu ildə el adəti ilə evlənmiş, birgə nikahdan 10.06.2010-cu il təvəllüdlü X16 və 11.11.2012 ci il təvəllüdlü X17 anadan olmuşdur. Şamaxı rayon Məhkəmsinin 2(074)-1528/2016 saylı, 8 iyun 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehdan 10 iyun 2016-ci il tarxidən başlayaraq 10 iyun 2010-cu il təvəllüdlü X8 və 11 noyabr 2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh bu günə kimi əlavə gəlirlərindən 1 manatda olsun pul və ya natura şəkilində əmlak ödəməmişdir. Amma o, **-ZB-*** dövlət nömrə nişanlı avtomaşını ilə Şamaxı Bakı şəhərinə sərnişin daşıyır bundan əlavə usta işləyir gəliri dəyişkəndir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əliyeva (Mustafayeva) Gültəkin Leysan qızı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, o, heç kimlə evlənməmişdir. Şamaxı rayon Məhkəmsinin 2(074)-1528/2016 saylı, 8 iyun 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh aylıq qazancının 1/3 hissəsi məbləğində alimentin ona verilməsi qət edilsə də Cavabdeh əlavə gəlirlərindən 1 manatda olsun aliment ödəməmişdir. Həmin qətnamə ilə hər uşağa ödənilməli olan aliment məbləğ 120 manat olmuşdur. Yaşadığı evi ona atası vermişdir. Buna görə də iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək və cavabdehin etirazına uyğun izahat verib bildirdi ki, o, Müşfiq qəsəbəsində olan evini nəvələrinə vermişdir. İddiaçı isə yenidən ailə qurmuşdur. Oğlu Cavabdeh İİ qrup əlildir. O, 230 manat məbləğində alırdı. Hal-hazırda isə pensiyası dayandırılmışdır. İddiaçının qeyd etdiyi avtomobil isə oğlunun yox, özünündür. Buna görə də iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddiaçının eyni tələblə keçən il də, məhkəməyə müraciət etsə də, onun tələbinin əsassız hesab olunaraq yekunda təmin edilmədiyini, Ali Məhkəmənin qərarından göründüyü kimi Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2(004)-3260/2018 saylı qətnaməsi ilə X5 ilə birgə nikahdan dünyaya gəlmiş 2 uşağının yetkinlik yaşınadək saxlanması üçün alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 154 manat manat hesab olunmaqla cəmi 308 manatın ondan alınıb iddiaçıya verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8222/201 8 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2(004)-3260/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin 2(102)3740/2019 saylı, 27 may 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8222/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək kassasiya şikayəti təmin edilmiş və həmin iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10753/2019 saylı, 21.08.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunaraq Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2(004)-3260/201 8 saylı qətnaməsi ləğv olunaraq onun “alimentin məbləğinin artırılması’’ hissəsində apellyasiya şikayəti təmin olunmuşdur. Ali Məhkəmənin 2(102)-2132/2020 saylı, 30.06.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10753/2019 saylı, 21.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış və ilkin iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Onun iddiaçı X5 ilə birgə nikahdan 2 övladı vardır. Lakin onunla boşandıqdan sonra başqası ilə yenidən ailə qurmuş və bu nikahdan isə 4 övladı vardır. Beləliklə, onun cəmi 6 uşağı var. Bu uşaqların hamsının saxlanması bir ata kimi əsasən onun öhdəliyinə düşür. Bundan əlavə hazırki iddiaçı ilə birgə nikahdan olan 2 uşağa da hər ay məhkəmənin müəyyən etdiyi məbləğdə alimenti ödəyir. X1 alimentin məbləğinin artırılması tələbi üzrə məhkəmə mübahisəsi onun tələbi təmin edilməyərək keçən il Ali Məhkəmənin 30.06.2020ci il tarixli qərarı ilə yekunlaşmışdır. Heç üstündən 1 il keçməmiş o yenidən eyni tələblə indi məhkəməyə müraciət etməyə başlamışdır. Odur ki, cavabdeh 2(074)-688/2021 saylı iş üzrə iddiaçı X1 alimentin məbləğinin artrılması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsi və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2(074)-1535/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh Ağamasa oğlundan 10 iyun 2016-cı il tarixdən başlayaraq 10 iyun 2010-cu il təvəllüdlü X8 və 11 noyabr 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatana kimi saxlanmaları üçün aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ № 477682 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 10.06.2010-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İş materiallarında olan AZ-İİİ № 003918 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 11.11.2012-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İş materiallarında olan AZ-İ № 242676 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasındakı nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 09.07.2012-ci il tarixdə 32 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ № 918334 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X12 arasındakı nikah 03.04.2014-cü il tarixdə Şamaxı rayon İHB-nin İ Çaylı kənd nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03.04.2014-cü il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Mustafayev”, arvada “Mustafayeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ № 437132 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 12.11.2014-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. İş materiallarında olan AZ-İİİ № 672785 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 01.04.2016-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. İş materiallarında olan AZ-İV № 436452 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 02.04.2020-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. İş materiallarında olan AZ-İV № 436453 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 02.04.2020-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Şamaxı Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2(074)-1535/2016 saylı qətnaməsi ilə Cavabdeh 10 iyun 2016-cı il tarixdən başlayaraq 10 iyun 2010-cu il təvəllüdlü X8 və 11 noyabr 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatana kimi saxlanmaları üçün aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Hal-hazırda isə iddiaçı Əliyeva (Mustafayeva) Gültəkin Leysan qızı müəyyən olunmuş alimentin yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün kifayət etmədiyini əsas gətirərək müəyyən edilmiş aliment məbləğinin artırılmasını və sabit pul məbləğində ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, valideynin az gəlir əldə etməsi və ya başqa uşaqlarının olması valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyibişləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında da qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, artıq mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə də uşaqların saxlanmasının hər iki valideynin borcu olmasını, cavabdehin aliment verməsinə dair maddi imkanlarını, cavabdehin hazırda işləməməsini və onun aylıq gəlirinin dəyişkən olmasını, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şamaxı rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2(074)-1535/2016 saylı qətnaməsi ilə qət edilmiş alimentin tutulma üsulu dəyişdirilməli və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 10.06.2010-cu il təvəllüdlü X16 və 11.11.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Əliyeva (Mustafayeva) Gültəkin Leysan qızına ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2(074)-1535/2016 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin tutulma qaydası dəyişdirilsin və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 10.06.2010-cu il təvəllüdlü X16 və 11.11.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Əliyeva (Mustafayeva) Gültəkin Leysan qızına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar