Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-691/2020 15.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Mən, Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi aşağıdakı əsaslara görə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Başqa sözlə hazırki mülki iş üzrə İddiaçı tərəfindən Şamaxı rayon Məhkəməsinin hesabına 30 manat dövlət rüsumu ödənilməli olduğunu halda bu rüsum ödənilməmişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsində 01.12.2008-ci il tarixli qətnamənin olduğu qeyd edilsə də, həmin qətnamə iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş AZ-İİ № 072457 saylı doğum haqqında şəhadətnamə kserosurət olmaqla bərabər iddia ərizəsinə işdə iştirak edən şəxslərin sayına görə iddia ərizəsinin surəti əlavə edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 89-cu maddəsinə əsaslanaraq qeyd edirəm ki, məhkəməyə təqdim edilən yazılı sübutların ya əsli və yaxud da ki, lazımi qaydada (notarial və yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada) təsdiq olunmuş surəti təqdim edilir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2002-ci il tarixli məktubuna istinadən qeyd edirəm ki, məhkəməyə təqdim edilən təsərrüfat, maliyyə kargüzarlıq və şəxsi xarakterli sənədlərin mötəbərliyinə və həqiqiliyinə əmin olmaq üçün ilk növbədə onların əsli və notariat qaydasında təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə əsasən. aliment alınması haqqındakı iddialarda-iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-nin 149.2.5-ci maddəsinin açıqlaması kimi həmin Məcəllinin 150.0.5-ci maddəsində qeyd edilir ki, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının MPM-nin 149.2.5-ci maddəsinin açıqlaması kimi həmin Məcəllinin 150.0.5-ci maddəsində qeyd edilir ki, iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilir. Azərbaycan Respublikasının MPM-in 152.1.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-in 152.1.5-ci maddəsinin tələblərinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ İddiaçı izah olunsun. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-691/2020
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-691/2020
15.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver