Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-727/2022 25.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı Yelo Bank ASC-nin Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yelo Bank ASC Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Yelo Bank ASC-nin xeyrinə 17 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 14038.07 manat əsas borc, 1049.82 manat faiz borcu və 96.91 manat cərimə borcu olmaqla, ümumilikdə 15184.80 manat borcun və 135.55 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 17 avqust 2021-ci tarixli kredit müqaviləsinə əsasən Yelo Bank ASC-dən illik 18.3 faizlə 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 22 aprel 2022-dək Cavabdeh banka 17 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 14038.07 manat əsas borc, 1049.82 manat faiz borcu və 96.91 manat cərimə borcu olmaqla, ümumilikdə 15184.80 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, iddiaçı, Cavabdeh Yelo Bank ASC-nin xeyrinə 17 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 14038.07 manat əsas borc, 1049.82 manat faiz borcu və 96.91 manat cərimə borcu olmaqla, ümumilikdə 15184.80 manat borcun və 135.55 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı Yelo Bank ASC məhkəməyə ərizə göndərərək mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan 17 avqust 2021-ci il tarixli № 6-Y-1-0-1831-21 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh Yelo Bank ASC-dən illik 18.3 faizlə 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17 avqust 2021-ci-ci il tarixli № 6-Y-1-0-1831-21 saylı kredit müqaviləsi üzrə iddiaçı Yelo Bank ASC-yə 14038.07 manat əsas borc, 1049.82 manat faiz borcu və 387.62 manat cərimə borcu olmaqla, ümumilikdə 15475.51 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli KBD-4362 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Yelo Bank ASC tərəfindən 17 avqust 2021-ci il tarixli № 6-Y-1-0-1831-21 saylı kredit müqaviləsi üzrə banka olan borcunu 5 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmişdir. Əks təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022 il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, Yelo Bank ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 135.55 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh iddiaçı Yelo Bank ASCdən illik 18.3 faizlə 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmış, nəticədə hazırda iddiaçı Yelo Bank ASC-yə 14038.07 manat əsas borc, 1049.82 manat faiz borcu və 96.91 manat cərimə borcu olmaqla, ümumilikdə 15184.80 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edərkən 135.55 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh iddiaçı Yelo Bank ASC-nin xeyrinə 17 avqust 2021-ci il tarixli № 6-Y-1-0-1831-21 saylı kredit müqaviləsi üzrə 14038.07 manat əsas borc, 1049.82 manat faiz borcu və 96.91 manat cərimə borcu olmaqla, ümumilikdə 15184.80 manat borc və 135.55 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh iddiaçı Yelo Bank ASC-nin xeyrinə 17 avqust 2021-ci il tarixli № 6-Y-1-0- 1831-21 saylı kredit müqaviləsi üzrə 14038.07 manat əsas borc, 1049.82 manat faiz borcu və 96.91 manat cərimə borcu olmaqla, ümumilikdə 15184.80 manat borc və 135.55 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-727/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-727/2022
25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver