Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1285/2024 13.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X3 nümayəndəsi Nümayəndə iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(125)-331/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X3 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X1 onunla həftə içi hər gün saat 17:00-dan 20:00-dək və həftə sonları şənbə günü saat 11:00-dan bazar günü saat 20:00dək yanında qalması və ünsiyyətdə olmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. X7 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X1 atası İddiaçı ilə görüşünün iddiaçının iştirakı ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən ünsiyyətdə olmaq hüququnun mərhələli şəkildə həyata keçirilməsinə dair qətnamə qəbul qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(125)-331/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim C.Quliyev) İddiaçı ilkin və X3 qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 ilə qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi tarixdən sonra 5 (beş) ay müddətində X3 iştirakı ilə hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək ünsiyyət hüququnun təmin edilməsi, İddiaçı xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 ilə qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi tarixdən 5 (beş) ay sonra sərbəst qaydada hər həftənin şənbə günü saat 11:00-dan gecə qalmaqla bazar günü saat 11:00-dək ünsiyyət hüququnun təmin edilməsi, İddiaçı ilkin iddiası və X3 qarşılıqlı iddiası qalan hissədə təmin edilməməsi qət edilmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X7 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)- 331/2024 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddianın qismən-hər dəfə bir saat olmaqla həftənin şənbə günləri onun iştirakı ilə ünsiyyət hüququnun təmin edilməsinə, iddianın qalan hissədə təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hələ nikah pozulmamışdan da çox öncə vaxtlı-vaxtında evə gəlməmiş və ona xəyanət etdiyi, hazırda faktiki olaraq yaşadığı qadınla birlikdə qalmiş və ailəsinin dağılmasına səbəb də bu olmuşdur. Belə olan halda, 4 (dörd) yaşlı körpənin 5 aydan sonra gecələri də ömür boyu görmədiyi bir insanla qalması uşağın psixologiyasına travma verəcəyi qaçılmazdır. İddiaçı uçaq 2 yaşında olduğu vaxtdan onunla ünsüyyətini kəsmişdir. Ona görə də, anasının iştirakı olmadan ona ünsiyyıət verilməsi qanuni hesab edilə bilməz. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X3 nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, X7 və İddiaçı arasında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuş, birgə nikahdan xx.xx.2019cu il tarixdə anadan olmuş X6 anasının yanında saxlanmışdır. İddiaçı artıq 3 ilə yaxındır ki, uşağını görümür və azyaşlı uşaq atasını tanımır. İddiaçı həm də, yeni ailə qurmuş və heç vaxt uşağı ilə görüşmək istəyində olmamışdır. Uşaq özü atasını tanımır və onun yad qadının yanında evdə qalması mümkün deyildir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-331/2024 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddianın qismən-hər dəfə bir saat olmaqla həftənin şənbə günləri onun iştirakı ilə ünsiyyət hüququnun təmin edilməsinə, iddianın qalan hissədə təmin edilməməsinə dair qətnamə çıxarılmasını etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, həqiqətən yeni ailə qurmuşdur. Buna baxmayaraq, bir ata kimi uşağını evinə aparmaq və ünsiyyət qurmaq istəyir. Lakin cavabdeh azyaşlı övladı ilə görüşmək üçün ona şərait yaratmamış, bilərəkdən görüşlərinə mane olmuşdur. İddianın qismən təmin edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini qanuni sayır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-331/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(125)-331/2024 nömrəli qətnaməsi İddiaçı ilkin iddiasının qismən təmin edilmiş hissəsində, yəni İddiaçı xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 ilə qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi tarixdən 5 (beş) ay sonra sərbəst qaydada hər həftənin şənbə günü saat 11:00-dan gecə qalmaqla bazar günü saat 11:00-dək ünsiyyət hüququnun təmin edilməsi hissəsində dəyişdirilməli və İddiaçı xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 ilə qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi tarixdən 5 (beş) ay sonra sərbəst qaydada hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək sərbəst ünsiyyətdə olma hüququ təmin edilməli, ünsiyyət müddəti qurtardıqdan sonra, xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 anasına qaytarmaq vəzifəsi İddiaçı üzərinə qoyulmalııdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdeh X7 apellyasiya şikayətində Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(125)-331/2024 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsini, yəni İddiaçı xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 ilə qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi tarixdən sonra 5 (beş) ay müddətində X3 iştirakı ilə hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək və İddiaçı xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 ilə qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi tarixdən 5 (beş) ay sonra sərbəst qaydada hər həftənin şənbə günü saat 11:00dan gecə qalmaqla bazar günü saat 11:00-dək ünsiyyət hüququnun verilməsi hissəsini mübahisələndirmişdir. İddianın və qarşılıqlı iddianın digər hissələri mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: AZ-İV seriyalı 391773 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Həmin uşağın atası İddiaçı, anası Ələkbərova (Hüseynli) Sara Vəli qızıdır. AZ-İ seriyalı, 405553 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Ələkbərova (Hüseynli) Sara Vəli qızı arasında olan nikah Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1935/2021 nömrəli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 1153/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-1201/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının artırılması və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay 205 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-1/2-03/134/2024 nömrəli rəydən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X1 atası İddiaçı ilə hər həftənin şənbə və bazar günləri saat 14:00-dan 19:00-dək, uzunmüddətli bayram günlərinin (2 gündən artıq davam edən) 1 günü saat 12:00-dan 17:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmaları məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 61.1-ci maddəsinin tələbinə görə, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideyinlə uşağın ünsiyyətinə mane olmamalıdır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideyinlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir - azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikiri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Qeyd edilən qərarın 2-ci bəndində məhkəmələrə nəzərə almağı tövsiyə edilmişdir ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydası yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1935/2021 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş X1 nikahın pozulmasından sonra anası X2 yanında qalması müəyyən edilmişdir.Tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında saziş olmamış və tərəflər valideynlik hüququnun həyata keçirilməsinə dair öz aralarında razılığa gələ bilməmişlər. Cavabdeh X7 uşağın atası İddiaçı ilə ünsiyyətdə olmasına şərait yaratmadığından İddiaçı cavabdeh X5 qarşı azyaşlı uşağı ilə ünsiyyət hüququ verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X7 azyaşlı uşağın atası İddiaçı ilə ünsiyyətdə olmasına şərait yaratmamaqla, iddiaçının uşağı ilə ünsiyyətdə olmaq hüquqlarını pozaraq, onu ata kimi vəzifələrini yerinə yetirmək hüququndan məhrum etmişdir.Belə ki, iddiaçı atanın öz doğma övladı üzərində valideynlik hüququ olmaqla, onun uşaqla görüşmək hüququ qanunvericiliklə qorunur. AR Konstitusiyasının 17-ci maddəsində birmənalı olaraq uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcu kimi təsbit edilmişdir. İddiaçı da valideyn kimi övladı ilə görüşüb ünsiyyətdə olmaq, övladının tərbiyəsi ilə məşğul olmaq, onun qayğısına qalmaq istəyi qanunvericiliklə müəyyən olunmuş vəzifəsindən və uşağına həqiqi bağlılığından irəli gəlir. Bu isə hər bir halda övlad üçün arzuolunan haldır. Atanın öz doğma övladı üzərində valideynlik hüququnun və borcunun həyata keçirilməsinə mane olan hal müəyyən edilməmişdir. Həmçinin, azyaşlı uşağın öz atasının nəvazişindən, onun qayğısına qalmasından məhrum edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi iddiaçının valideynlik hüququnun həyata keçirilməsi üçün uşağı ilə ünsiyyətdə olmasına dair gəldiyi nəticədə haqlı olsa da, uşaqla ünsiyyətdə olma müddəti düzgün müəyyən edilməmişdir. Belə ki, iddiaçı atanın öz doğma övladları üzərində valideynlik hüququ olmaqla, onun uşaqları ilə görüşmək hüququ qanunvericiliklə qorunsa da, məhkəmə xx.xx.2019-cu il təvəllüdlü X1 azyaşlı olmasını və daha çox istirahət etməli olmasını nəzərə almadan, görüş vaxtını 5 (beş) ay sonra sərbəst qaydada hər həftənin şənbə günü saat 11:00-dan gecə qalmaqla bazar günü saat 11:00-dək müəyyən etmişdir. Məhkəmə kollegiyaı həmin nəticəyə gələrkən uşağın körpə olmasını, iddiaçının yeni ailə qurmaqla, uşağın uyğunlaşmadığı və vərdiş etmədiyi başqa şəraitdə gecələr öz doğma anasından ayrı qala bilməsinin qeyri-mümkünlüyünü nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Ona görə də, məhkəmə kollegiyaı hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(125)-331/2024 nömrəli qətnaməsi İddiaçı ilkin iddiasının qismən təmin edilmiş hissəsində, yəni İddiaçı xx.xx.2019cu il tarixdə anadan olmuş X6 ilə qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi tarixdən 5 (beş) ay sonra sərbəst qaydada hər həftənin şənbə günü saat 11:00-dan gecə qalmaqla bazar günü saat 11:00-dək ünsiyyət hüququnun təmin edilməsi hissəsində dəyişdirilməli və İddiaçı xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 ilə qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi tarixdən 5 (beş) ay sonra sərbəst qaydada hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək sərbəst ünsiyyətdə olma hüququ təmin edilməli, ünsiyyət müddəti qurtardıqdan sonra, xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 anasına qaytarmaq vəzifəsi İddiaçı üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 385, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDi : İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X3 qızının apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(125)-331/2024 nömrəli qətnaməsi İddiaçı ilkin iddiasının qismən təmin edilmiş hissəsində, yəni İddiaçı xx.xx.2019cu il tarixdə anadan olmuş X6 ilə qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi tarixdən 5 (beş) ay sonra sərbəst qaydada hər həftənin şənbə günü saat 11:00-dan gecə qalmaqla bazar günü saat 11:00-dək ünsiyyət hüququnun təmin edilməsi hissəsində dəyişdirilsin. İddiaçı xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 ilə qətnamənin qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi tarixdən 5 (beş) ay sonra sərbəst qaydada hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək sərbəst ünsiyyətdə olma hüququ təmin edilsin. Ünsiyyət müddəti qurtardıqdan sonra, xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 anasına qaytarmaq vəzifəsi İddiaçı üzərinə qoyulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1285/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1285/2024
13.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması - Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver