Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-739/2023 17.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 4210,99 (dörd min iki yüz on manat, 99 qəpik) manat, faiz borcu üzrə 43,35 (qırx üç manat, 35 qəpik) manat olmaqla, cəmi 4254,35 (dörd min iki yüz əlli dörd manat, 34 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 62,54 (altmış iki manat, 54 qəpik) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSCnin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh məxsus olan 1 ədəd sep ramaşka - 32,3 qram, 1 ədəd sep ramaşka - 32,3 qram, qolbaq ramaşka - 13.0 qram, 1 ədəd qolbaq ramaşka - 13.8 qram, 1 ədəd saat - 28.1 qram, üzük kişi - 4.5 qram, 1 ədəd üzük kişi - 4.5 qram və 1 ədəd üzük kəhraba olan qızıl zinyət əşyalarına yönəldilərərək açıq hərracda satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsinə, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" QSC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs : Cavabdeh dair sənədlər S-LMK-85 saylı, 05 mart 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən (və ya İH qərarına) Cavabdeh ilə İddiaçı QSC arasmda 02 noyabr 2020-ci il tarixli 1 №-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” Müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 1.0 % olmaqla 60 ay müddətinə 5499,99 (beş inin dörd yüz doxsan doqquz manat, 99 qəpik) manat məbləğində qalıq kredit borcu restrukturizasiya edilmişdir. Kredit vəsaitinin təminatı kimi 1 ədəd sep ramaşka - 32,3 qram, 1 ədəd sep ramaşka - 32,3 qram, 1 ədəd qolbaq ramaşka - 13.0 qram, 1 ədəd qolbaq ramaşka -13.8 qram, 1 ədəd saat - 28.1 qram, 1 ədəd üzük kişi - 4.5qram, 1 ədəd üzük kişi - 4.5 qram və 1 ədəd üzük kəhraba olan qızıl zinyət əşyaları 02 noyabr 2020-ci il tarixdə, № 01 saylı girov müqaviləsinə əsasən girov qoyulmuşdur. Girov predmetinin dəyəri imzalanmış xx.xx.2015-ci il tarixli, 935 saylı girov müqaviləsində nəzərdə tutulmuş 6650 (altı min altı yüz əlli) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin Müqavilənin 2.2-ci yarım bəndinə əsasən qalıq qalıq 4210,99 (dörd min iki yüz on manat, 99 qəpik) manat əsas borcun və ona hesablanmış faizlərin qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçı qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan borcu əsas borc 4210,99 (dörd min iki yüz on manat, 99 qəpik) manat, faiz borcu üzrə 43,35manat, (qırx üç manat, 35qəpik) manat olmaqla, cəmi 4254,35 (dörd min iki yüz əlli dörd manat, 34 qəpik) manat məbləğində təşkil edir. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə rəsmi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, borc məbləği ilə razıdır. O, borcunun ödənilməsindən imtina etmir. Lakin hazırda borcunu ödəməyə maddi imkanı çatmır. O, 24 iyun 2023-cü il tarixdə borcundan 1750 manat ödəniş etmişdir. Ona möhlət verilərsə borcunu ödəyəcəkdir. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilıməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdən görünür ki, nizamnamənin 2.5ci maddəsinə əsasən aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu vasitəsilə həyata keçirilir. İş materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nizamnaməsinin 3.1-ci maddəsindən görünür ki, cəmiyyətin əsas məqsədləri Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı fərmanının icrasını təmin etmək məqsədilə fərmannın 1-ci hissəsinə uyğun olaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən alınmış aktivlərin idarə edilməsində iştirak etməkdən ibarətdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı fərmanına əsasən Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivlərinin tələb hüququ Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli **********605300 saylı kommersiya qurumunun dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X4 Edilməsi Agentliyi MMC İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən təsis edilmişdir. Qanuni təmsilçisi X3r. İş materiallarında olan xx.xx.2018-ci il tarixli S-LMK-85 saylı təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı X1 dair sənədlər İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına verilmişdir. Həmçinin təhvil-təslim aktından görünür ki, Cavabdehnun kredit müqaviləsi üzrə 5000 ABŞ dolları əsas, 1111,34 ABŞ dolları faiz olmaqla, cəmi 6111,34 ABŞ dolları borcu vardır. Təhvil-təslim zamanı 1 ədəd sep ramaşka - 32,3 qram, 1 ədəd sep ramaşka - 32,3 qram, 1 ədəd qolbaq ramaşka - 13.0 qram, 1 ədəd qolbaq ramaşka -13.8 qram, 1 ədəd saat - 28.1 qram, 1 ədəd üzük kişi - 4.5qram, 1 ədəd üzük kişi - 4.5 qram və 1 ədəd üzük kəhraba girov predmeti kimi İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 935 saylı kredit müqaviləsinə əsasən cavabdehə 6650 (altı min altı yüz əlli) ABŞ Dolları kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № 1 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” Müqaviləsindən görünür ki, illik 1.0 % olmaqla 60 ay müddətinə 5499,99 (beş inin dörd yüz doxsan doqquz manat, 99 qəpik) manat məbləğində qalıq kredit borcu restrukturizasiya edilmişdir. Cavabdeh "xxxx" ASC ilə girov müqaviləsi bağlayaraq 1 ədəd sep ramaşka - 32,3 qram, 1 ədəd sep ramaşka - 32,3 qram, 1 ədəd qolbaq ramaşka - 13.0 qram, 1 ədəd qolbaq ramaşka -13.8 qram, 1 ədəd saat - 28.1 qram, 1 ədəd üzük kişi - 4.5qram, 1 ədəd üzük kişi - 4.5 qram və 1 ədəd üzük kəhrabanı kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi girov qoymuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli № 1910 saylı bildirişdən görünür ki, X4 Edilməsi Agentliyi MMC tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixli, № 1 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” müqaviləsi üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli № maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, № 1 saylı kredit müqaviləsi üzrə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına əsas borc üzrə xx.xx.2023-cü il tarixə 4254,34 manat borcu vardır. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli № 1 saylı qəbzdən görünür ki, Cavabdeh kredit borcundan 100 manat ödəniş həyata keçirmişdir. İş materiallarında olan 24 iyun 2023-cü il tarixli № 1 saylı qəbzdən görünür ki, Cavabdeh kredit borcundan 1550 manat ödəniş həyata keçirmişdir. İş materiallarında olan 15 avqust 2023-cü il tarixli № 4 saylı qəbzdən görünür ki, Cavabdeh kredit borcundan 100 manat ödəniş həyata keçirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı QSC arasmda 02 noyabr 2020-ci il tarixli 1 №-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” Müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 1.0 % olmaqla 60 ay müddətinə 5499,99 (beş inin dörd yüz doxsan doqquz manat, 99 qəpik) manat məbləğində qalıq kredit borcu restrukturizasiya edilmişdir. Kredit vəsaitinin təminatı kimi 1 ədəd sep ramaşka - 32,3 qram, 1 ədəd sep ramaşka - 32,3 qram, 1 ədəd qolbaq ramaşka - 13.0 qram, 1 ədəd qolbaq ramaşka -13.8 qram, 1 ədəd saat - 28.1 qram, 1 ədəd üzük kişi - 4.5qram, 1 ədəd üzük kişi - 4.5 qram və 1 ədəd üzük kəhraba olan qızıl zinyət əşyaları 02 noyabr 2020ci il tarixdə, № 01 saylı girov müqaviləsinə əsasən girov qoyulmuşdur. Girov predmetinin dəyəri imzalanmış xx.xx.2015-ci il tarixli, 935 saylı girov müqaviləsində nəzərdə tutulmuş 6650 (altı min altı yüz əlli) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin Müqavilənin 2.2-ci yarım bəndinə əsasən qalıq qalıq 4210,99 (dörd min iki yüz on manat, 99 qəpik) manat əsas borcun və ona hesablanmış faizlərin qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçı qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Daha sonra cavabdeh 01 iyun 2023-cü il tarixdə 100 manat, 24 iyun 2023-cü il tarixdə 1550 manat və 15 avqust 2023-cü il tarixdə 100 manat məbləğində ödənişlər həyata keçirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Qeyd olunanları nəzərə alan Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 02 noyabr 2020-ci il tarixli 1 №-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” Müqaviləsi üzrə kreditə görə 2504,34 manat əsas, faiz borcuna görə 43,35 manat, cəmi 2547,69 manat borcu pul və ödənilmiş 62,54 manat dövlət rüsumu tutulmalı, Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd sep ramaşka - 32,3 qram, 1 ədəd sep ramaşka - 32,3 qram, 1 ədəd qolbaq ramaşka - 13.0 qram, 1 ədəd qolbaq ramaşka -13.8 qram, 1 ədəd saat - 28.1 qram, 1 ədəd üzük kişi - 4.5qram, 1 ədəd üzük kişi - 4.5 qram və 1 ədəd üzük kəhraba olan qızıl zinyət əşyaları hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 02 noyabr 2020-ci il tarixli 1 №-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” Müqaviləsi üzrə kreditə görə 2504,34 manat əsas, faiz borcuna görə 43,35 manat, cəmi 2547,69 manat borcu pul və ödənilmiş 62,54 manat dövlət rüsumunun əvəzi ödənilməlidir, iddianın qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh 02 noyabr 2020-ci il tarixli 1 №-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” Müqaviləsi üzrə kreditə görə 2504,34 manat pul və ödənilmiş 62,54 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh məxsus olan girov qoyulmuş sep 1 ədəd sep ramaşka - 32,3 qram, 1 ədəd sep ramaşka - 32,3 qram, 1 ədəd qolbaq ramaşka - 13.0 qram, 1 ədəd qolbaq ramaşka -13.8 qram, 1 ədəd saat - 28.1 qram, 1 ədəd üzük kişi - 4.5qram, 1 ədəd üzük kişi - 4.5 qram və 1 ədəd üzük kəhraba olan qızıl zinyət əşyaları hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 02 noyabr 2020-ci il tarixli 1 №-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” Müqaviləsi üzrə kreditə görə cəmi 2504,34 manat pul və dövlət rüsumu kimi ödənilmiş 62,54 manat məbləğində pul hesabına ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-739/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-739/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver