Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-739/2024 24.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ayytə qızı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq, hər ay 940 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(074)-165/2023 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Həmin vaxtdan başlayaraq, cavabdeh tərəfindən birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün heç bir maddi kömək göstərilməmiş, ümumiyyətlə onların təlim- tərbiyyəsi və təhsili ilə maraqlanmamış və onlarla heç vaxt ünsiyyətdə olmamışdır. Hal-hazırda X4, X5, X3 və X2 böyümüşlər tələbatları artmışdır, onların tələbatlarını tək başına qarşılamaq qabiliyyətində deyil və Şamaxı Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir təlabatını ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də, məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamış uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükçə uşaqlar atasına qarşı ehtiyac və təlabat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də, maddi təlabatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş, birgə nikahdan doğulmuş 24.12 2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 onun yanında qalmış və hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 480 manat alimentin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. Həmin məbləğ çox azdır, hazırki vaxtda həmin vəsaitlə uşaqlarının maddi tələbatlarını ödəyə bilmir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, göstərdi ki, o, fəhlə işləri görməklə, gündəlik qazancı təxminən 20 manat təşkil edir, onun maddi vəziyyətində yaxşılığa doğru hər hansı bir dəyişiklik olmamış, əksinə Şamaxı Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsi qəbul edildikdən sonra, iş yerində ayağından xəsarət alaraq, 6 ay ərzində iş qabiliyyəti olmamışdır. Göstərilənlərə əsasən, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini əsassız hesab edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(074)-165/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu ildə Şamaxı rayonu Şəhriyar qəsəbə icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 36 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 İddiaçı yanında saxlanılması və xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(074)-165/2024 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı hazırda Şamaxı Rayon Məhkəməsinin 2(074)-165/2023 ıfndj, 16 may 2023cü il tarixli qətnaməsi təyin olunmuş sabit pul məbləğində alimentin miqdarının artırılmasını xahiş edir, lakin aliment tutulduqdan sonra cavabdehin maddi vəziyyətində hər hansı bir dəyişiklik olmasına dair iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmiş və bu hal məhkəmə iclasında da, müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Cavabdeh alimentin tutulması qət edildikdən sonra, onun ailə və ya maddi vəziyyətində hər hansı bir dəyişiklik olmasına dair iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən, aliment məbləğinin artırılmasına heç bir əsas yoxdur. Bu səbəbdən iddia əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2. maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1. maddəsinin mənasına görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia ərizəsi təmin olunmamalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-739/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-739/2024
24.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver