Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-740/2024 20.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçılar İddiaçı1 nümayəndəsi - vəkil Nümayəndə2 və Nümayəndə1, Cavabdeh və nümayəndəsi - Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və Nümayəndə1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və Nümayəndə1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 31704 manat pulun tutularaq, İddiaçı1 və cəmi 7800 manat pulun və ödənilmiş 194 manat dövlət rüsumunun tutularaq, iddiaçı Nümayəndə1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar ərizəni onunla əsaslandırmışdırlar ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında kirayədə yaşayır. 2022-ci ilin iyun ayında Cavabdeh ilə ailə həyatı qurmuşdur. Nikahları 11 iyun 2022-ci il tarixdə X2 Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Ailə qurduqları gündən təxminən 1 ay sonra əri Sadığ borclarının olduğunu demişdir. Həmin gündən müxtəlif məbləğlərdə əri Sadığa pul verməyə başlamışdır. 2022-ci il tarixdə əri Sadığ yaşadıqları evə gələrək, əlavə olaraq borcu olduğu üçün kredit götürməyini istəmişdir. O nə səbəbə pul lazım olduğunu soruşduqda, borclarının olduğunu demişdir. O da, inanaraq, xx.xx.2022-ci il tarixdə “Rabitəbank”dan öz adına 3000 manat kredit götürərək, əri Sadığa vermişdir. Əri Sadığ cavabında həmin öz adına götürdüyünü krediti ödəyəcəyini söz vermişdir. Sonradan, əri Sadığla kirayə yaşadıqları evdə olan zaman, söhbət əsnasında Sadığ sələmə borcunun olduğunu demişdir. O, sələmə nə qədər pul götürdüyünü soruşduqda, ona heç bir söz deməyərək, bankdan yenidən kredit götürməyini istəmişdir. O da, xx.xx.2022-ci il tarixdə “Unibank”a gedərək, öz adına 5800 manat kredit götürmüşdür. Həmin götürdüyü krediti əri Sadığa yaşadıqları evdə vermişdir. 2022-ci il tarixdə yaşadıqları evdə olarkən, əri Sadığ yenidən sələmə borcu olduğunu deyərək, ondan pul istəmişdir. O borcu çox olduğunu dedikdə, ona məcbur şəkildə pul götürməyini tələb etmişdir. Sadığla yaşadıqları evdə olan zaman, atası Yaşara zəng etmişdir. Telefon danışığı zamanı, əri Sadığ atası Yaşardan 5000 manat borca pul istəmişdir. Atası Yaşar da, 5000 manat pulu onun kart hesabına göndərmişdir. O da, 5000 manat pulu kart hesabından çıxardaraq, əri Sadığa vermişdir. Sonradan ona məlum olmuşdur ki, atası Yaşar əlavə olaraq 2000 manat da, əri Sadığın kart hesabına göndərmişdir. Bir müddət keçdikdən sonra, əri Sadığ yenidən borclarının olduğunu deyərək, pul lazım olduğunu demişdir. O, Sadığdan bu qədər borcunun haradan yarandığını soruşduqda, nikah dövründən qabaq banklara və sələm borclarının olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə “Bank of Baku”ya gedərək, 11000 manat kredit pul götürüb, “Unibank”a olan kredit borcunu tam bağladıqdan sonra, yerdə qalan 4000 manatı əri Sadığa vermişdir. xx.xx.2023-cü il tarixdə əri Sadığ Nuranənin işlədiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ünvanında yerləşən “Azərbaycan Beynəlxalq Bankı”na gedərək, təcili pul lazım olduğunu demişdir. O da, əri Sadığla birlikdə iş yerindən çıxaraq, “Embafinans” adlı bankdan yenidən kredit götürməyi, başqa banklara olan borclarını bağlayaraq, bir banka ödəniş etməyi demişdir. O, işlədiyi "xxxx"dən 16.700 manat kredit pul götürərək, yaşadığı evə gəlmişdir. Təxminən bir neçə gün sonra, işdə olan zaman, əri Sadığın istifadəsində olan mobil telefona zəng edərək, yaşadığı evdən pulu götürməsini və onun digər banklara olan borclarını ödəmək üçün, birlikdə getməyi demişdir. Həmin gün əri Sadığ iş yerinə gəlməmişdir. O işdən çıxdıqdan sonra, yaşadığı evə gəldikdə, pulun evdə olmadığını görüb, əri Sadığdan pulun harada olduğunu soruşduqda, banka gedərək, kart hesabına köçürdüyünü demişdir. Sonradan borcu olduğu bankalar gedərək, kreditləri ilə maraqlandıqda, əri Sadığ tərəfindən 6000 manat ödəniş olunduğunu, yerdə qalan 10700 manat isə əri Sadığda qaldığını bilmişdir. O, əri Sadığa banklardan götürdüyü kreditlərlə bağlı işdə problemlərinin olduğunu deyərək, qalan 10700 manat pulunu geri istədikdə, kredit və sələm borclarına verdiyini demişdir. Əri Sadığın onu aldatdığını başa düşdükdən sonra, banka olan kredit borcları ilə bağlı atası Yaşara demişdir. Atası Yaşar da, banklara olan kredit borclarının bir qismini, yəni 8500 manatını ödəmişdir. Beləliklə, Sadığ müxtəlif vaxtlarda nikahdan əvvəlki sələm borcları üçün 14000 manat, 16700 manat olmaqla, Nuranənin adına banklardan kredit götürmüşdür. 14000 manat kreditin 5595 manatını Sadığ özü ödəmiş, həmin kreditin 8405 manatını, yəni 3850 manat bir, 4555 manat bir olmaqla, Nümayəndə1 ödəmişdir. 16700 manat krediti Sadığ götürüb, öz şəxsi borclarına sərf etsə də, həmin kreditdən heç bir ödəniş etməmişdir. Əlavə olaraq, Nümayəndə1 Sadığın özünə 7800 manat borc pul vermişdir. Bununla bağlı, Nuranə Nizami RPİ-nin 24-cü Polis Bölməsinə müraciət etmişdir. Həmin bölmədə Cavabdeh izahatı alınmış və o etiraf etmişdir ki, borcları olduğu üçün, 2022-ci il tarixdə arvadı Nuranədən "xxxx"də mütəxəssis işlədiyi üçün, kredit götürüb, ona verməsini istəmişdir. Nuranənin onun istəyi ilə nikahdan əvvəlki borcları üçün ilk dəfə 3000 manat “Rabitəbank”dan götürdüyünü və bu pulu şəxsi ehtiyacları üçün xərclədiyini etiraf etmişdir. Daha sonra, Nuranəyə yalandan sələmə borcu olduğunu deməsini, Nuranənin “Unibank”dan 5800 manat kredit götürməsini istəməsini və həmin 5800 manatı da, şəxsi ehtiyacları üçün sərf etdiyini bildirmişdir. Eyni zamanda, borcu çox olduğu üçün, Nuranəni məcbur şəkildə pul götürməsini tələb etdiyini, sonradan arvadının atası Yaşara onun yanında zəng edərək, işə düzəlmək üçün ona pul lazım olduğunu demişdir. Sonradan qaynatası Yaşarla danışıq zaman, işə düzələcəyini deyərək, 5000 manat borca pul istəmişdir. Qaynatası Yaşar da, 5000 manat pulu arvadı Nuranənin adına olan kart hesabına göndərmişdir. Nuranə də, atası Yaşarın göndərdiyi 5000 manat pulu kart hesabından çıxardaraq, ona vermiş, o, isə həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Təxminən bir neçə gün sonra qaynatasına zəng edərək, əlavə olaraq 2000 manat lazım olduğunu demişdir. Qaynatası Yaşar da, həmin 2000 manat pulu onun kart hesabına göndərmişdir. Qaynatası Yaşarın göndərdiyi 2000 manat pulu çıxardaraq, şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə arvadı Nuranəyə əlavə olaraq yenə də, pulun lazım olduğunu demişdir. Arvadı Nuranə ilə birlikdə “Bank of Baku”ya getmişlər. Arvadı Nuranə öz adına 11000 manat kredit pul götürdükdən sonra, “Unibank”a olan kredit borcunu tam bağlıqdan sonra, yerdə qalan 4000 manat pulu ona vermişdir. Nuranədən aldığı 4000 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2023-cü il tarixdə arvadı Nuranənin işlədiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ünvanında "xxxx"yə gedərək, təcili pul lazım olduğunu demişdir. Nuranə pulu ona vermişdir. O da, Nuranədən aldığı 5000 manat pulu şəxsi borcları üçün xərcləmişdir. Nuranənin adına götürdüyü kreditləri ödəyə bilmədiyi üçün, yaşadıqları evdə olan zaman, Nuranəyə işlədiyi bankdan pul götürməsini və başqa banklara olan borcları ödəməyi demişdir. xx.xx.2024-cü il tarixdə arvadı Nuranə "xxxx"dən 16700 manat kredit pul götürərək, yaşadığı evə gətirmişdir. Səhəri gün Nuranə işə getdikdən sonra, 16700 pulu evdən götürərək, 6000 manata yaxın pulu Nuranənin adına olan “Bank of Baku”ya ödəniş etmişdir. Yerdə qalan 10700 isə şəxsi borclarına vermişdir. 2022-ci il tarixdə arvadı Nuranə ilə ailə həyatı qurmuşdur. Arvadı Nuranənin adına götürdüyü kredit pulları və şəxsi borcları nikah dövründən əvvəl olmuşdur”. Bütün bu halları cavabdeh tam şəkildə etiraf etmişdir. Cavabdeh borcu ailə ehtiyacları üçün sərf etməmiş, həmin pulları nikahdan əvvəlki borclarına və şəxsi istifadəsinə xərclədiyini etiraf etmişdir. Həmin pulları Sadığ iddiaçılardan qəbul etmiş, lakin geri qaytarmamışdır. Toydan sonra və toy zamanı Nuranəyə hədiyyə kimi verilmiş qızılzinət əşyaları olan 1 sep, 1 qolbaq, 1 sırğa, 2 üzüyü lombarda qoyaraq, pul götürmüş, həmin lombardın ödənişlərini də, aldığı maaşından 62 manat olmaqla, Nuranə vermişdir. Eyni zamanda, 1450 manat “İrşad Electronics”dən Nuranənin adına xx.xx.2023-cü il tarixdə götürülmüş telefonu da, lombarda qoyaraq, əvəzində pul götürmüş və həmin pulu şəxsi ehtiyacları üçün sərf etmişdir. Həmin telefonun kreditin Nuranə xx.xx.2024-cü il tarixdə ödəyib bitirmişdir. Həmin pulu da, ondan tələb edir. Həmçinin, cavabdeh 16000 manat pulu “Bank of Baku” və Embafinans”dan 16000 manat onun adına kredit götürülmüş, onun 2000 manatını birlikdə ödəmişlər, yerdə qalan 14000 manat və həmin 14000 manatı bağlamaq şərtilə, yenə ona təziqlə götürdüyü "xxxx"dən 16700 manat bir olmaqla, kredit götüzdürüb, öz şəxsi borclarına sərf etmişdir. “Bank of Baku” və “Embafinans”dan qalan 14000 kreditin 5595 manatını Sadığ özü ödəmiş, həmin kreditin 8405 manatını, yəni 3850 manat bir, 4555 manat bir olmaqla, Nümayəndə1 ödəmişdir. 16700 manat krediti Sadığ götürüb, öz şəxsi borclarına sərf etsə də, həmin kreditdən heç bir ödəniş etməmişdir. Əlavə olaraq Nümayəndə1 Sadığın özünə 7800 manat borc pul vermişdir. Beləliklə, Sadığ Nuranəyə 16700+8405 (Nuranənin adına götürülüb, lakin atası Yaşar ödəyib) +1459 (telefonun girov qoyulub götürüldüyü pul) = 26564 manat və 7800 manat Nümayəndə1 cavabdehə verdiyi şəxsi borc olmaqla, ümumilkdə 34364 manat, eyni zamanda hal-hazırda Nuranənin adına qalmış 16700 manat "xxxx"dən götürülmüş kredit üzrə 5140 manat faiz borcu vardır. Həmin faiz borcunun da, məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 nümayəndəsi Nümayəndə2 və Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etdilər. Cavabdeh əlavə olaraq bildirdi ki, İddiaçı1 ilə birlikdə yaşadıqları müddətdə, müxtəlif tarixlərdə və müxtəlif banklardan kredit götürülmüş və həmin kreditlər ailənin tələbatlarına xərclənmiş, kreditlərin əksər hissəsi qaytarılmış, yalnız sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, 48 ay müddətinə İddiaçı1 adına “Azərbaycan Beynəlxalq Bankı”ndan götürülmüş 16700 manat məbləğində kredit üzrə ödənişlər davam edir, həmin ödənişlər İddiaçı1 tərəfindən aparılmış və həmin bankdan götürülmüş kredit hesabına “Embafinans”a olan 3850 manat və “Bank of Baku”ya olan 4555 manat borc qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə isə onlar ayrılmışlar. Bundan başqa, qayınatası Nümayəndə1 borc olaraq yalnız 2000 manat qəbul etmiş, həmin borcunu da, qaytarmış, digər tələb olunan 5000 manat pulu isə Nümayəndə1 toydan sonra ona verilən hədiyyə kimi qəbul etmişdir. Lakin, Nuranə və atası Yaşarın şikayəti əsasında, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində psixoloji təziqə məruz qalaraq, məcburiyyət qarşısında qarşı tərəfin istədiyi izahatı vermişdir. Cavabdeh nümayəndəsi Vəkil2 məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, iddiaçılar iddia tələblərini onunla əsaslandırmışdırlar ki, guya iddiaçılarla cavabdeh arasında borc münasibətləri yaranmışdır. Lakin, tərəflər arasında hər hansı borc münasibətlərinin olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İdda ərizəsindən də görünür ki, söhbət yalnız kredit münasibətlərindən gedir. Yəni, iş üzrə iddiaçı olan İddiaçı1 ilə müxtəlif banklar və kredit təşkilatları arasında olan kredit borclarından gedir ki, onlar da, tam şəkildə ödənilmişdir. Həmin kreditlərin ödənilməsi və kredit götürənin kreditorlar qarşısında heç bir öhdəliyinin olmaması barədə sübutları da iddiaçılar özləri məhkəməyə təqdim etmiş və həmin sübutlar məhkəmə işinin materiallarına əlavə olunmuşdur. İş materiallarından da göründüyü kimi, iddiaçılar Nümayəndə1 Nəhmər oğlu və İddiaçı1 iddia tələblərinin hüquqi əsası olmadığı üçün, birmənalı olaraq iddiaları təmin oluna bilməz. İddiaçı1 cavabdehlə rəsmi nikahdadırlar və öz ailə problemlərini həll etmək iqtidarındadırlar. Ancaq, Nurənin valideyni, hazırki iş üzrə iddiaçı Nümayəndə1 onların gələcək həyatlarını qurmağa imkan vermir, yalan, şər və böhtanla gənc ailəni dağıdır. Belə ki, Nümayəndə1 deyir ki, cavabdeh onun qızını məcbur edib. Bu tamamilə yalandır. Çünki “Embafinans” BOKT-dan 5.000 manat kredit götürəndə, Cavabdeh razı olmayıb. Ancaq, Nuranə atasının tapşırığı ilə kredit götürüb, həmin məbləğ də, Nuranənin qardaşının taksi fəaliyyəti ilə məşğul olmasından ötrü götürmüş, qalan məbləğ isə Nümayəndə1 Şamaxıdakı evinin istilik sisteminin quraşdırılmasına xərclənmişdir. Nuranəni hər hansı bir hərəkəti etməyə necə məcbur etmək olar ki, evdən gedəndə cavabdehin nə özünün, nə də ailə üzvlərinin xəbəri heç olmayıbdır. İddiaçılarla cavabdeh arasında hər hansı bir borc münasibətlərinin olması barədə mülki işin materiallarında şübhədən kənar, təkzibedilməz bir sübut möcud deyil. Bu halı iddiaçı və nümayəndəsi də, öz izahatları və təqdim etdikləri sənədlərlə təsdiq etmişlər. Mövcud qanunvericiliyə görə, hər bir şəxs şifahi qaydada borc verərkən borc alandan ən azı pulun alınmasını təsdiq edən yazılı qəbz tələb etməli və ən azı 2 nəfər şahidin iştirakını təmin etməlidir. Yazılı müqavilənin, xüsusilə notarial müqavilənin olması daha üstün sübut əhəmiyyəti daşıyır. Notarial borc müqaviləsi ona görə üstün hüquqi qüvvəyə malikdir ki, borc tərəflərin və notariusun, və ya bu əməliyyatı təsdiq edən səlahiyyətli şəxsin iştirakı ilə verilir və bağlanmış müqavilədə tərəflərin imzasının həqiqiliyi təsdiq edilir. Buna görə, vətəndaşlara borc müqaviləsinin əsasən, notarial qaydada bağlanmasını məqsədə müvafiqdir. Xüsusən Mülki Məcəllədə göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu artıq qanunvericiliyin zəruri tələbidir. Hüquqi şəxslərin iştirakı ilə olan müqavilələrin möhürlə təsdiqi əlavə olaraq notariusa müraciət edilməsini zəruri etmir”. Beləliklə, şifahi qaydada bağlanan borc müqavilələrinin əlavə sübutlarla (qəbzin verilməsi yə ya aktın tərtib edilməsi, yazılı müqavilənin bağlanması, notarial müqavilə və ya notariusda imzanın həqiqiliyi təsdiqi edilmiş ərizənin olması) möhkəmləndirilməməsi borcun məhkəmə qaydasında alınması perspektivini heçə endirir. Məhkəmə ərizəçinin tələbini təsdiqləyən faktlar və hallara, yazılı və maddi sübutlara, şahid ifadələrinə müvafiq hüquqi qiymət verərək, ərizənin təmin olunub-olunmaması nəticəsinə gəlməlidir. Bakı şəhəri Nizami RPİ-nə böhtan xarakterli ərizə yazan da, iddiaçı Nümayəndə1dur. Polisdə Cavabdeh təhdid edilib, ona şiddət göstərilib. O qərar sübut kimi qəbul oluna bilməz və sübutlar siyahısından çıxarılmalıdır. Bundan başqa, iddiada qeyd olunur ki, guya Nuranə kredit götürüb Cavabdeh nikahdan öncə olan borclarını ödəyibdir. Bu da, iddiaçı Yaşarın fikirləşdiyi növbəti yalandır. Çünki, Cavabdeh nikahdan əvvəl götürdüyü kreditlər ödənilməyib və hər ay cavabdeh tərəfindən ödəniş aparılır. Bu barədə məhkəməyə sübut da təqdim olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçılar Nümayəndə1 Nəhməl oğlu və İddiaçı1 Cavabdeh qarşı iddia tələblərinin təmin olunmamasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı1 ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə X2 Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində nikah bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcverən "xxxx" ASC borcalan Mikayıllı (Tağıyeva) Nuranə Yaşar qızına 48 ay müddətinə 16700 manat məbləğində, kreditdən istifadəyə görə illik 14 faiz ödəmək şərtilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Tərəflərin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, İddiaçı1 ilə Cavabdeh xx.xx.2024-cü il tarixdən faktiki olaraq ayrılaraq, birgə təsərrüfat aparmırlar. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, İddiaçı1 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəmi 2730,60 manat ödəniş etmişdir. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, İddiaçı1 xx.xx.2024-cü il tarixdə “Embafinans”a 3850 manat, “Bank of Baku” isə 4555 manat ödəniş etmişdir. İş materiallarında olan ödəniş sənədindən görünür ki, Cavabdeh kart hesabına xx.xx.2023-cü il tarixdə 2000 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin təhqiqatçısı Namiq İsmayılovun Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yaşayan İddiaçı1 ərizə ilə polis şöbəsinə müraciət edərək göstərmişdir ki, “borcları olduğu üçün, 2024-cü ilin yanvar ayında "xxxx"dən öz adına 16700 manat kredit götürərək, yaşadığı ünvanda əri Cavabdeh vermişdir. Lakin, bu günə kimi, əri Sadığ krediti ödəmədiyi üçün, həmin götürdüyü krediti özü ödəyir.” Həmin qərardan görünür ki, polis şöbəsində Cavabdeh arvadı İddiaçı1 ilə eyni məzmunlu izahat verərək göstərmişdir ki, “borcları olduğu üçün, arvadı Nuranədən öz adına kredit götürüb, ona verməsini istəmişdir. Bununla bağlı, xx.xx.2022-ci il tarixdə Nuranə “Rabitəbank”dan 3000 manat kredit götürərək, ona vermiş, o isə, həmin məbləği şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan, yenidən arvadı Nuranədən öz adına kredit götürüb, ona verməsini istəmişdir. Bununla bağlı, xx.xx.2022-ci il tarixdə Nuranə “Unibank”dan 5800 manat kredit götürərək, ona vermiş, o isə, həmin məbləği şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan, qaynatası Yaşardan borc olaraq 5000 manat pul istəmiş, qaynatası da, 5000 manat pulu arvadı Nuranənin kart hesabına göndərmişdir. Nuranə də, atasının göndərdiyi 5000 manat pulu kart hesabından çıxardaraq, ona vermiş və o, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan təxminən bir neçə gün sonra, qaynatasına zəng edərək, əlavə olaraq 2000 manat pul lazım olduğunu demiş, qaynatası da, həmin 2000 manat pulu onun kart hesabına göndərmişdir. O, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan, yenidən arvadı Nuranədən öz adına kredit götürüb, ona verməsini istəmişdir. Bununla bağlı, Nuranə ilə birlikdə “Bank of Baku” gedərək, Nuranə öz adına 11000 manat kredit götürdükdən sonra, “Unibank”a olan kredit borcunu tam bağlayıb, qalan 4000 manat pulu ona vermiş, o isə, həmin məbləği şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan, yenidən arvadı Nuranədən öz adına kredit götürüb, ona verməsini istəmişdir. Bununla bağlı, Nuranə “Embafinans”dan 5000 manat kredit götürərək, ona vermiş, o isə, həmin məbləği şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan, yenidən arvadı Nuranədən öz adına kredit götürüb, ona verməsini istəmişdir. Bununla bağlı, xx.xx.2024-cü il tarixdə Nuranə işlədiyi "xxxx"dən 16700 manat kredit götürərək, ona vermiş, o isə, həmin məbləğin 6000 manata yaxın hissəsini Nuranənin adına olan “Bank of Baku”dakı kredit borcuna ödəmiş, qalan 10700 manatını isə şəxsi ehtiyacları üçün xərcləmişdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də, onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, “qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də, təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən, onların nikah dövründə əldə etdikləri əmlakın da, ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan, ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən, məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır”. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd olunur ki, “Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən, birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. Həmin qərarda qeyd olunur ki, “ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin, kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra, kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə, kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər”. Həmin qərarda qeyd olunur ki, “ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda, onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda, borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə, qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2-ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, İddiaçı1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə istinad etməklə, Cavabdeh borc öhdəliyinin icra olunmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələblərinə uyğun olaraq, borc öhdəliyi yaranmamışdır. Belə ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra, kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyribərabər bölə bilər. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində verdiyi izahatında Cavabdeh arvadı İddiaçı1 adına götürülmüş kreditlərin öz şəxsi ehtiyacları üçün xərcləndiyini göstərsə də, həmin xərclənin nədən ibarət olması aydın deyil və bu hal məhkəmə iclasında da, öz təsdiqini tapmamışdır. Məhkəmə “şəxsi ehtiyacları üçün xərclənməsi” barədə ifadələri formal hesab edir və götürülmüş kreditlərin ailənin tələbatlarına xərclənməsi qənaətinə gəlir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-dən götürülmüş 16700 manat kredit üzrə ödənişlər hal-hazıradək İddiaçı1 tərəfindən aparılmış, borc tam olaraq ödənilməmiş və belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 tərəflər arasında münasibətlər pozulduğu tarixdən ödənilmiş pul vəsaitinin yarısını cavabdehdən tələb etmək hüququna malikdir. Eyni zamanda, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə "xxxx" ASC-dən götürülmüş 16700 manat kredit hesabına “Embafinans”a olan 3850 manat, “Bank of Baku” olan 4555 manat borc ödənilmiş və bu səbəbdən, məhkəmə İddiaçı1 8405 manat hissədə iddia tələbini əsaslı hesab etmir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı Nümayəndə1 Cavabdeh qanunsuz sahibliyində olan 2000 manat məbləğində vəsaitini tələb etməklə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasında həmin məbləğdə vəsaiti borc olaraq iddiaçı Nümayəndə1 almasını təsdiq edərək, həmin məbləğdə pulu iddiaçıya qaytardığını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, İddiaçı1 telefonunun girov qoyulub, götürüldüyü 1459 manat məbləğində vəsaiti və digər iddiaçı Nümayəndə1 5800 manat məbləğində borcun cavabdehdən ödənilməsini tələb etsələr də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmiş və bu hallar məhkəmə iclasında da, öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında münasibətlər pozulduğu tarixdən, kredit müqaviləsi üzrə ödənilmiş (2730,60 manat) pul vəsaitinin yarısını təşkil edən məbləğ olaraq Cavabdeh 1365,30 manat məbləğində pul alınaraq, İddiaçı1 və 2000 manat məbləğində pul və ödənilmiş 53,65 manat dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı Nümayəndə1 verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1365,30 manat məbləğində pul alınaraq, İddiaçı1 və 2000 manat məbləğində pul və ödənilmiş 53,65 manat dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı Nümayəndə1 verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-740/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-740/2024
20.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver