Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-75/2020 05.10.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 8866,42 ABŞ dolları məbləğində kredit borcu, 7679,97 ABŞ dolları məbləğində faiz borcu və 7122,54 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23668,93 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X1 iddianı müdafiə edərək izahat verib bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 027L**********67 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 027R**********S saylı, xx.xx.2015-ci il tarixli 027R**********SA saylı, xx.xx.2015-ci il tarixli 027R**********SB saylı, xx.xx.2016-cı il tarixli 027R**********SC saylı, xx.xx.2016-cı il tarixli 027R**********SD saylı, xx.xx.2016-cı il tarixli 027R**********SE saylı, xx.xx.2017-ci il tarixli 027R**********SF saylı, xx.xx.2018-ci il tarixli 027R**********SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 6133,58 ABŞ dolları ödəmiş, onun 8866,43 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 540 gün üçün hesablanmış faiz borcu 7679,97 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 540 gün üçün hesablanmış cərimə 7122,54 ABŞ Dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər.Odur ki, iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirdi ki, o, iddiaçıdan kredit götürmüş, lakin maddi imkanı olmadığı üçün kredit borcunu ödəyə bilməmişdir. Götürdüyü kreditlə mağaza açmış, lakin işləyə bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış digər cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 027L**********67 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 İddiaçı QSC-dən 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit almışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 027R**********S saylı, xx.xx.2015-ci il tarixli 027R**********SA saylı, xx.xx.2015-ci il tarixli 027R**********SB saylı, xx.xx.2016-cı il tarixli 027R**********SC saylı, xx.xx.2016-cı il tarixli 027R**********SD saylı, xx.xx.2016-cı il tarixli 027R**********SE saylı, xx.xx.2017-ci il tarixli 027R**********SF saylı, xx.xx.2018-ci il tarixli 027R**********SG saylı sazişlərdən görünür ki, həmin sazişlərlə xx.xx.2015-ci il tarixli 027L**********67 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 027S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 027L**********67 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik olmuş və üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 027S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixli 027L**********67 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik olmuş və üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 027S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 xx.xx.2015-ci il tarixli 027L**********67 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik olmuş və üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 027S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh5 xx.xx.2015-ci il tarixli 027L**********67 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik olmuş və üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 2217, 2218, 2219, 2220 və 2221 saylı xəbərdarlıq məktublarının surətlərindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 11934 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə xx.xx.2019-cu il tarixə 8866,42 ABŞ dolları əsas, 7679,97 ABŞ dolları faiz, 7122,54 ABŞ dolları cərimə olmaqla, cəmi 23668,93 ABŞ dolları borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı QSC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli № 1688 saylı ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli 027L**********67 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixə İddiaçı QSC-yə 9048,80 ABŞ dolları əsas, 1931,07 ABŞ dolları faiz borcu vardır. Aparılmış tədqiqatın dəyəri 145 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli № 9/2666 saylı ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli 027L**********67 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixə İddiaçı QSC-yə 8866,42 ABŞ dolları əsas, 6815,13 ABŞ dolları faiz borcu vardır. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, uzunmüddətli kredit müqaviləsi əsasında İddiaçı QSC Cavabdeh1 kredit xətti açmış, Cavabdeh1 kredit razılaşması əsasında İddiaçı QSCdən 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit götürmüş, lakin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq tam və vaxtında icra etməmişdir. Həmçinin müxtəlif vaxtlarda bağlanmış sazişlərlə kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 isə iddiaçı ilə zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi zamin olmuş və üzərinə məsuliyyət götürmüşlər. Öhdəliklərini icra etməməsi nəticəsində Cavabdeh1 iddiaçıya xx.xx.2019-cu il tarixə 8866,42 ABŞ dolları əsas, 7679,97 ABŞ dolları faiz, 7122,54 ABŞ dolları cərimə olmaqla, cəmi 23668,93 ABŞ dolları borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu tutulmuşdur. İş üzrə keçirilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizası nəticəsində Cavabdeh1 xx.xx.2019-cu il tarixə İddiaçı QSC-yə 8866,42 ABŞ dolları əsas, 6815,13 ABŞ dolları faiz borcu olduğu müəyyən olunmuşdur. Məhkəmə iş üzrə tutulmalı olan faiz borcuna münasibətdə təkrar ekspertizanı aparmış ekspertin bu sahədə xüsusi biliyinin olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən iddia tələbində mövcud olan 7679,97 ABŞ dolları faiz borcu əvəzinə, təkrar ekspert rəyi ilə müəyyən olunmuş 6815,13 ABŞ dolları faiz borcunun tutulması tərəflərin mənafelərə uyğundur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. MM-in 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. MM-in 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə iddianın 7122,54 ABŞ dolları cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehlərdən 7122,54 ABŞ dolları cərimə borcu əvəzinə 50 ABŞ dolları məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 8866,42 ABŞ dolları əsas, 6815,13 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 15731,55 ABŞ dolları borc (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalı, iddianın qalan hissəsi rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli № 1688 saylı və xx.xx.2020-ci il tarixli № 9/2666 saylı ekspertlər rəyi üzrə ekspert xərcini təşkil edən 245 manat cavabdehlərdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 8866,42 ABŞ dolları əsas, 6815,13 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 15731,55 ABŞ dolları borc (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 keçirilmiş ekspertizanın dəyəri 245 manat alınıb Dövlət Xəzinadarlığı Agentliyi kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülsün. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-75/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-75/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver