Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-750/2021 27.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı inzibati xəta nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı inzibati xəta nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia qaldıraraq, cavadeh Cavabdeh inzibati xəta nəticəsində ona yetirimiş olduğu 4265 manat məbləğində maddi zərərin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahat verib göstərdi ki, Cavabdeh 30.05.2021-ci il tarixdə saat təxminən l8.00 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi "Qaz 53" markalı 1098 ATN dövlət qeydiyyat nişanlı avtomaşınla Şamaxı rayon Çuxuryurd kəndində manevr edərkən ona məxsus "Lexus LX570" markalı **-LB-*** dövlət qeydiyyat nişanlı abtomaşını vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şamaxı rayon məhkəməsinin 31.05.2021-ci il tarixli 3(074)-222/2021 saylı qərarı ilə Cavabdeh göstərilən maddə ilə təqsirli bilinərək 8 sutka inzibati həbs olunmuşdur. Onun icbari sığortası olmadığından ona dəymiş zərər Sığorta agentliyi tərəfindən ödənilməmişdir. Ona cavab verilmişdir ki, dəymiş zərər mülki qaydada ödənilməlidir.O, avtomaşınını təmir etdirməkdən ötrü mağazadan 2565 manat məbləğində ehtiyat hissələri almış, qaimə fakturası var, görülmüş işə görə isə 1700 manat pul ödəmişdir, qəbzi var. Cəmi avtomaşının təmir olunması üçün 4265 manat vəsait sərf etmişdir. Dəfələrlə xəbər göndərməsinə baxmayaraq Cavabdeh bu zərəri ona ödəmək istəmir. Məhkəmədən Cavabdeh inzibati xəta nəticəsində yetirmiş oğlduğu 4265 manat məbləğində maddi zərərin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddanı qəbul etməyərək izahat verib göstərdi ki, 30 may 2021-ci il tarixdə saat təxminən 18 radəərində sürücülük hüququ və etibarnaməsi olmadan Azərbaycan SSR dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Şamaxı rayonu Çuxuryurd kəndində manevr edərkən iddiaçıya məxsus Lexus LX570 markalı 99LB977 dövlət qeydiyyat nömrə nişanlı avtomaşının gəldiyini görməmişdir və geriyə dönən zaman həmin avtomobillə toqquşmuşdur. Hadisə zamanı o, avtomobildə tək olmuş və heç bir bədən xəsarəti almamışdır. Özünün idarə etdiyi avtomobil ona atasından qalmışdır, atası öldükdən sonra isə sənədləri ala bilməmişdir. İddiaçıya pul ödəməyə maddi imkanı yoxdur. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 3(074)- 222/2021 saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inziabti xətanı törətməkdə təqsirli bilinib İXM-nin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində 8 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan 01 iyun 2021-ci il tarixli 167709 saylı hesab fakturadan görünür ki, iddiaçı avtomaşının təmiri üçün tələb olunan avadanlıqların alınması üçün 2565 manat pul xərcləmişdir. İş materiallarında olan xarici avtomobillərin təmir xidməti dəyərinin qiymət qaiməsindən görünür ki, 99LB977 nömrəli, Lexus markalı, buraxılış ili 2011-ci il olan avtomovilin təmiri üçün 500 manat dəmirçi və 1200 manat rəngsaz işləri üçün pul hesablanmışdır. İş materiallarında olan 01 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, 99LB977 nömrəli avtomaşının təmiri üçün avtoservisə 1700 manat pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirıiyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2021-ci il tarixli 9/5203 saylı ekspert rəyindən görünür ki,nəzəri hesablama yolu ilə ********* VÖEN-nin 01 iyun 2021-ci il tarixli qüsür aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı Lexus LX 570 minik markalı 99LB977 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 3391,0 manat müəyyən edilir. İşin araşdırılmış hallarından müəyyən olundu ki, cavabdeh 30.05.2021-ci il tarixdə saat təxminən 18.00 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi "Qaz 53" markalı 1098 ATN dövlət qeydiyyat nişanlı avtomaşınla Şamaxı rayon Çuxuryurd kəndində manevr edərkən iddiaçıya məxsus "Lexus LX570" markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus "Lexus LX570" markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. Bu hal iş materiallarında olan ekspert rəyi və işin digər halları ilə təsdiq olunur. Həmin hərəkətlər isə hüquqa zidd əməl kimi qəbul edilməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, ona dəymiş maddi ziyanın ödənilməsini tələb edən iddiaçı haqlıdır. Lakin, iddiaçı tərəfindən ödənilməsi tələb olunan məbləğə gəldikdə məhkəmə hesab edir ki, bu məbləğ real deyil. Ona görəki, bu sahədə xüsusi biliyi olan ekspertin rəyi əsas götürülməli və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 sentyabr 2021-ci il tarixli 9/5203 saylı ekspert rəyi ilə müəyyən edilən məbləğ, yəni ümumilkdə 3391,00 manat maddi ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin keçirilmiş ekpertizanın xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə işin araşdırılmış hallarına və iş üzrə toplanmış sübulara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus "Lexus LX570" markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq Cavabdeh 3391,00 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Ekspertiza tədqiqatın dəyəri kimi 100 manat Cavabdeh pul alınıb Məhkəmə Ekspertiza Mərkəzi X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh inzibati xəta nəticəsində vurulmuş ziyana görə 3391,0 manat pul alınıb İddiaçı verilsin. Ekspertiza tədqiqatın dəyəri kimi 100 manat Cavabdeh pul alınıb Məhkəmə Ekspertiza Mərkəzi X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba köçürülsün. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verdildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-750/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-750/2021
27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver