Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-752/2020 12.10.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan DəmirBank ASCnin Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan DəmirBank ASC Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan DəmirBank ASC-nin xeyrinə 134,23 manat əsas, 683,88 manat cərimə, xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün hesablanan 21,80 manat faiz borcu, ümumilikdə 839,91 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli 19345 saylı ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh DəmirBank ASC tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixli 19345 saylı ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqavilənin bitmə tarixi xx.xx.2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan DəmirBank ASC-yə 134,23 manat əsas, 683,88 manat cərimə, xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan 21,80 manat faiz olmaqla, ümumilikdə 839,91 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən imtina etmişdir. Odur ki, iddiaçı, Cavabdeh ləğv prosesində olan DəmirBank ASC-nin xeyrinə 134,23 manat əsas, 683,88 manat cərimə, xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün hesablanan 21,80 manat faiz borcu, ümumilikdə 839,91 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli № 437/14 KB saylı kredit müqaviləsindən görünür ki, DəmirBank ASC tərəfindən Cavabdeh 24 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, ləğv prosesində olan DəmirBank ASC tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № **********828 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan DəmirBank ASC-yə xx.xx.2020-ci il tarixə 134,23 manat əsas, 683,88 manat cərimə, gecikdirilmiş vaxt üçün 21,80 manat faiz borcu olmaqla, ümumilikdə 839,91 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan DəmirBank ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, kredit müqaviləsi əsasında DəmirBank ASC tərəfindən Cavabdeh 24 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmış, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq tam və vaxtında icra etməmişdir. Öhdəliklərini icra etməməsi nəticəsində Cavabdeh iddiaçıya xx.xx.2020-ci il tarixə 134,23 manat əsas, 683,88 manat cərimə, gecikdirilmiş vaxt üçün 21,80 manat faiz borcu olmaqla, ümumilikdə 839,91 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddianın 683,88 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 683,88 manat məbləğində cərimə pulu deyil, 10 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçı ləğv prosesində olan DəmirBank ASC-nin xeyrinə 134,23 manat əsas, 10 manat cərimə, gecikdirilmiş vaxt üçün 21,80 manat faiz borcu olmaqla, ümumilikdə 166,03 manat borc və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh iddiaçı ləğv prosesində olan DəmirBank ASC-nin xeyrinə 134,23 manat əsas, 10 manat cərimə, gecikdirilmiş vaxt üçün 21,80 manat faiz borcu olmaqla, ümumilikdə 166,03 manat borc və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-752/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-752/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver