Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-77/2023 27.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 2350 manat maddi zərərə görə, həmçinin dövlət rüsumunun ödənilməsinə görə ödənilmiş 44 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona məxsus olan "Toyota Prius" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etdiyi zaman yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı günah cavabdehdə olduğundan avtomobilinin sığortası qarşı tərəfin avtomobilinə dəyən ziyanı ödəmişdir. Onun avtomobilinə dəyən ziyan ümumilikdə 2350 manat təşkil edir. Cavabdeh avtomobilə dəyən ziyanı ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla bağlı hətta yazılı olaraq etiraf etmişdir. Həmin etirafda o, dəyən ziyan məbləğini xx.xx.2022-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüş, ödəmədiyi halda məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin qeyd edilənlərə baxmayaraq o, bu günə kimi 2350 manat borcdan heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verib iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinlətib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2007-ci il istehsalı olan **-BK-*** dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək mülkiyyətində olan 2007-ci il istehsalı olan **-BK-*** dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobili idarə etmək üçün Cavabdeh etibarnamə vermişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərruatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 dəqiqədə Ə.Əzimzadə küçəsində "Toyota Prius" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh, Mercedes Benz 200 minik markalı, ** GP *** markalı avtomaşınla toqquşmuş və ona maddi ziyan yetirmişdir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 dəqiqədə Ə.Əzimzadə küçəsində Cavabdeh "Toyota Prius" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Cavabdeh əlyazmasından görünür ki, o, İddiaçı məxsus "Toyota Prius" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etdiyi vaxt yol nəqliyyat hadisəsi törətdiyini, günah onda olduğuna görə onun maşının sığortası digər maşını təmir etdirdiyi, onun idarə etdiyi maşına dəymiş ziyanın 2350 manat olduğunu avtomobilə dəyən ziyanın ödəməyi öz öhdəsinə götürdüyünü dəyən ziyan məbləğini xx.xx.2022-ci il tarixə qədər ödəyəcəyinə söz verdiyini, ödəmədiyi halda məsuliyyət daşıdığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin Cavabdeh hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, vurulmuş maddi ziayana görə 2350 manat pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 44 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziayana görə 2350 manat pul və dövlət rüsumu kimi ödənilmiş 44 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-77/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-77/2023
27.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver