Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-771/2024 08.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı İbqal oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu cəmi 4000 manat manat pulun, ödənilmiş 60 manat dövlət rüsumunun və vəkil xidmətinə görə 270 manat vəsaitin, cəmi 4330 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin may ayında özünə avtomaşın almaq qərarına gəlmiş və bu məqsədlə də, 2010-cu ilin buraxılışı olan “HONDA CİVİC” markalı, **-BK-*** dövət qeydiyyat nişanlı avtomaşını bəyəndikdən sonra, X2 məxsus avtomaşının ehtibarnamə əsasında sahibi, iş üzrə Cavabdeh ilə Sumqayıt şəhəri, 17-ci mikrorayonda görüşüb, avtomaşına baxmış, axırıncı avtomaşının saz vəziyyətdə olduğunu, heç bir problemi olmadığına inandığından, həmin şəxs ilə həmin avtomaşını ilkin 4000 (dörd min) manat, 2 il ərzində də hər ay 400 manat ödəməklə, cəmi 13.600 manata alqı-satqısına razılığa gəlmişlər. xx.xx.2023-cü il tarixdə də cavabdehə 4000 (dörd min) manat ilkin və 400 manat bir aylıq ödəniş etdikdən sonra, cavabdeh ona Bakı şəhəri 32 saylı Notariat kontorunda avtomaşını idarə etmək üçün, etibarmnamə verərək, avtomaşını ona təhvil vermişdir. Qeyd edilmiş avtomaşından istifadə etdiyi 1 ay müddətində avtomaşının bir çox hissələrinin nasaz vəziyyətdə olduğunu və təmirinə 1500 manat xərcləməsinə baxmayaraq, düzəlmədiyini görüb avtomaşını cavabdehə qaytarmış, sonuncu da, ona ilkin ödəniş olaraq ödədiyi 4000 (dörd min) manatı xx.xx.2023-cü il tarixdə qaytaracağını vəd etmiş və bu haqda aralarında olan danışığı videoya çəkib ona təqdim etmişdir. Lakin, cavabdehin vəd etdiyi tarixdə pulunu qaytarmaması və telefon zənglərinə cavab verməməsi səbəbindən o, bu haqda Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhər Polis idarəsinin 1-ci PB-nin polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə də müəyyən edilmişdir ki, Cavabdeh “HONDA CİVİC” markalı, **-BK-*** dövət qeydiyyat nişanlı avtomaşını ilkin 4000 (dörd min) manat ödəniş etməklə almış, lakin bir ay sonra avtomaşının təmirinə 1500 manat xərcləməsinə baxmayaraq, avtomaşının nasaz olduğunu görüb, cavabdehə qaytarmış, sonuncu da, ona ödədiyi 4000 manatı xx.xx.2023-cü il tarixdə qaytaracağını vəd etmiş olsa da, qaytarmamışdır. Həmin mübahisə mülki xarakter daşıdığından, bu haqda cavabdehə qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Beləliklə, Cavabdeh sahibliyində olan “HONDA CİVİC” markalı, **-BK-*** dövət qeydiyyat nişanlı avtomaşına görə ilkin ödəniş olaraq 4000 (dörd min) manat vəsait ödəməsi iddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş hallarla, cavabdehin video diskdə etirafedici izahatı ilə və avtomaşını idarə etmək üçün verdiyi etibarnaməsi ilə təsdiq olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan etibarnamənin surətindən görünür ki, X3 özünə məxsus “HONDA CİVİC” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı 2 ay müddətinə idarə etmək üçün səlahiyyət vermişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis Şöbəsinin 1-ci polis bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığı müəyyən olunduğundan, barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 5 saylı Vəkil bürosuna 270 manat pul köçürmüşdür. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 60 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, iş materialları ilə sübuta yetirilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılığa əsasən, iddiaçı 07 may 2023-cü il tarixdə cavabdehə 4000 manat pul verərək, ondan “Honda CİVİC” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşın almış və bir ay idarə etdikdən sonra, avtomaşın xarab olduğu üçün, avtomaşına əlavə 1500 manat xərc çəkmiş və düzəlmədiyini görüb, avtomaşını cavabdehə qaytarmışdır. Cavabdeh iddiaçından aldığı pulu 23 iyul 2023-cü il tarixdə qaytaracağına söz versə də, buna əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı heç bir hüquqi əsas olmadan cavabdehdə saxlanılan əmlakını geri tələb etməklə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4000 manat pul, ödənilmiş 60 manat dövlət rüsumu və vəkil xidmətinə görə 270 manat vəsait olmaqla, cəmi 4330 manat pul alınıb, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4000 manat pul, ödənilmiş 60 manat dövlət rüsumu və vəkil xidmətinə görə 270 manat vəsait olmaqla, cəmi 4330 (dörd min üç yüz otuz) manat pul alınıb, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-771/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-771/2024
08.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver