Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-777/2024 08.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X17 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Bədəlova Gülpəri Şahsuvar qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınmasına dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 ilə birlikdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus 401 nömrəli fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuş, gəlin kimi cavabdehə aid Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçmüşdür. 2007-ci ildə həmin mənzildə yaşayarkən, birgə nikahdan xx.xx.2010-cı il təvəllüdlü X9, xx.xx.2013-ci il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 anadan olmuşdur. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus 401 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı izahat verib göstərdi ki, cavabdehlə 2007-ci ildə ailə qurub, təsərrüfatbaşına kitabda qeydiyyata düşmüşdür. Həmin evə gəlin gələndən sonra, yaşadığı otağı təmir etdirmiş, həyətdə qazılan quyunun və çəkilən suyun xərclərinin yarısı onun tərəfindən ödənilmişdir. Ona görə də, onun həmin evdə yaşamaq hüququ olmasını nəzərə alıb, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Bədəlova Gülpəri Şahsuvar qızı iddia tələbini əsassız hesab edərək, təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı Şamaxı Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 10 iyul 2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan 04 yanvar 2015-ci il tarixli 193 saylı kommunal yaşayış sahəsinin sosial kirayə müqaviləsinin surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar bələdiyyəsinin sədri X4 ilə vətəndaş Bədəlova Gülpəri Şahsuvar qızı kommunal yaşayış sahəsinin kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsi haqqında 04 yanvar 2015-ci il tarixli 01 nömrəli qərar əsasında, Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə uyğun olaraq, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən bələdiyyənin mənzil fonduna aid ümumi sahəsi 75,6 kv.metr, yaşayış sahəsi 38,8 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müddətsiz yaşamaq şərtilə, kirayəşinin istifadəsinə vermişdir. Kirayəçinin ailə üzvləri Bədəlova Gülpəri Şahsuvar qızı, X5, X7, X1 və X2r. İş materiallarında olan Şamaxı rayon Şəhriyar Bələdiyyəsinin 17 iyul 2024-cü il tarixli 17 saylı məktubu ilə məhkəməyə göndərilmiş Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin 42 nömrəli, 12 iyun 2006-cı il tarixli qərarından görünür ki, Şamaxı rayon Şəhriyar Bələdiyyəsinin kəndaltı torpaq fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqısatqı qaydasında vətəndaş Bədəlova Gülpəri Şahsuvar qızına fərdi mənzil tikmək məqsədilə 0,06 ha (20mx 30m) torpaq sahəsi ayrılması barədə Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin hazırladığı sənədlərin nəzərə alınması, vətəndaş Bədəlova Gülpəri Şahsuvar qızına Şəhriyar bələdiyyəsinin kəndaltı torpaq fondunun alqısatqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikmək üçün 0,06 ha torpaq sahəsi alqı-satqı qaydasında satılması və s. qərara alınmışdır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, mübahisəli mənzil Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən və Bədəlova Gülpəri Şahsuvar qızına Şamaxı rayonu Şəhriyar qəsəbəsində bələdiyyənin mənzil fonduna aid ümumi sahəsi 75,6 kv.metr, yaşayış sahəsi 38,8 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müddətsiz yaşamaq şərtilə, kirayəşinin istifadəsinə vermişdir. Qeyd olunanlardan da məlum olur ki, iddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən bələdiyyənin mənzil fonduna aid ümumi sahəsi 75,6 kv.metr, yaşayış sahəsi 38,8 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsi cavabdehin mülkiyyətində deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli Qərarında izah olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Qeyd edilən hüquq normalarından da göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən digər ailə üzvünün istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilə istifadə hüququ əldə etməmiş və buna görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə də məhkəmə yuxarıda qeyd olunan normaların tələblərindən çıxış edərək, toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan, rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı övladları xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 ilə birlikdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən Cavabdeh məxsus 401 nömrəli fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-777/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-777/2024
08.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver