Məhkəmə qərarları › İş №2(074)-790/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-790/2023

18.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-790/2023 18.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-yə ödədiyi 2059.80 manat pulun, İcra və Probasiya Şöbəsinə ödənilmiş 309,54 manat məbləğində pulun və iddia qaldırmaq üçün ödənilmiş 41 manat dövlət rüsumunun alınaraq ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə həmkəndli və qohumdurlar. 2013-cü ildə Qızbəs ondan xahiş etmişdir ki, ona kredit götürmək lazımdır. Bunun üçün ona zamin durmalıdır. Əvvəl razı olmamış, sonra isə ondan xahiş üçün elə adamlar gətirmişdir ki, keçə bilməmiş və razılıq vermişdir. Amma sonra krediti qaytarmamışdır. Bank onları məhkəməyə vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-480/2016 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixə kimi onun maaşından 1113,26 manat banka və 241,19 manat tutularaq Şamaxi rayon İcra və Probasiya Şöbəsinin xeyrinə ödənilmişdir. 2019-cu ildə müqavilə yenilənmişdir. Amma Qızbəs yenə də banka olan borcunu ödəməmişdir. Belə olan halda bank yenə də onları məhkəməyə vermişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)-1135/2022 saylı məhkəmə qərarına və xx.xx.2023-cü il tarixli, 857/6 saylı icra vərəqəsinə əsasən onun əmək haqqından "xxxx" ASC-nin xeyrinə 946,54 manat və Şamaxi rayon İcra və Probasiya Şöbəsinin xeyrinə 68,35 manat tutulmuşdur və həmin kredit müqaviləsinə xitam verilmişdir. Hazırda o, ödədiyi 2369.34 manat pulu ona qaytarmalıdır. Amma vermir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh borcundan ona 750 manat pul qaytardığını və buna görə də qalan pulun cavabdehdən tutularaq ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib bildirdi ki, cavabdehin kredit borcu onun tərəfindən tam ödənilmişdir. Cavabdeh öz kredit borcunu müəyyən edilmiş qrafik üzrə ödəmədiyindən o, isə zamin olduğundan cavabdehin kredit borcu onun əmək haqqından tutulmuşdur. Cavabdeh ona olan borcundan ümumilikdə 750 manat ödəmiş qalan pulunu isə ödəməmişdir. Buna görə iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, İddiaçı 400 manat nağd pul vermişdir. Bundan əlavə o, İddiaçı pensiya kartını vermiş, pensiya məbləği 70 manat olmuş, iddiaçı isə 5 ay müddətində onun pensiyasını almışdır. O, İddiaçı bundan savayı hər hansı ödəniş etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, № SHMMK-687_KMP saylı "xxxx" ASC ilə zamin İddiaçı və borcalan Cavabdeh arasında bağlanmış zaminlik müqaviləsinin surətindən görünür ki, zamin xx.xx.2019-cu il tarixli, № SHMMK-687_KMP nömrəli müqavilə üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıyır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-1087/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh və İddiaçı 13 sentyabr 2013-cü il tarixli SHMMK-687 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 2638,09 manat, faizə görə 925,03 manat, cəriməyə görə 793 manat olmaqla, cəmi 4356,12 manat məbləğində pul, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 28 dekabr 2020-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-480/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-1135/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh və İddiaçı 17 sentyabr 2019-cu il tarixli SHMMK-687_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 915,97 manat, faiz borcuna görə 0,57 manat, cəmi 916,54 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dağlıq Şirvan regional Təhsil İdarəsindən Şamaxı rayon Quşçu kənd tam orta məktəbinin müəllimi İddiaçı verilən xx.xx.2023-cü il tarixli, 3-29-37/2-700/2023 nömrəli arayışından görünür ki, 2(074)- 480/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə qərarına əsasən xx.xx.2019-cu il tarixədək "xxxx" ASC-nin xeyrinə 3445.54 manatdan 1113.26 manat və Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xeyrinə 777.93 manatdan 241.19 manat tutularaq aidiyyatı üzrə köçürülmüşdür. Əlavə olaraq onun adına olan 2(074)-1135/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə qərarı və xx.xx.2023-cü il tarixli, 857/6 saylı icra və qeyd olunan "xxxx" ASC-nin xeyrinə 946.54 manat və Şamaxı rayon İcra və Probasiya şöbəsinin xeyrinə 68.35 manat tutularaq aidiyyatı üzrə köçürülmüşdür. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 14 iyun 2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarının surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-1135/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanaraq, Cavabdeh kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərinin icrasının təminatı kimi hazırki iş üzrə İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və lazımi qaydada icra olunmadığı üçün bank tərəfindən kredit müqaviləsi üzrə zamin İddiaçı əmək haqqından tutmalar aparılmış, İddiaçı tərəfindən "xxxx" ASC-yə 2059.80 manat və Şamaxı rayon İcra və Probasiya Şöbəsinə 309,54 manat pul ödənilmişdir. Daha sonra isə Cavabdeh tərəfindən İddiaçı olan borcundan 750 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh kredit borcuna görə ödənilmiş və sonuncu tərəfindən İddiaçı ödənilməmiş ümumilikdə 1619,34 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 41 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1619,34 manat pul və dövlət rüsumu kimi ödənilmiş 41 manat pul olmaqla, ümumilikdə 1660,34 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar