Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-815/2021 09.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı vəkili X2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsinə” dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona dəymiş maddi ziyan olan 14,969,15 manat pulun və 30 manat dövlət rüsumunun cəmi 15,000 manat pulun tutulub ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan (hadisə vaxtı mərhum əri X1 məxsus olmuşdur) “Cadillac Escalade” markalı **-HD-*** dövlət nömrə nişanlı 2006cı il buraxılışı olan minik avtomobili hazırda Nümayəndə istifadəsindədir. Həmin avtomobil Nümayəndə tərəfindən idarə olunarkən 12 mart 2021-ci il tarixdə yol qəza hadisəsi baş vermişdir. Belə ki, 12 mart 2021-ci il tarixdə avtomaşını idarə edən Bakı-Quba yolunun 14 km-də cavabdeh təşkilat Cavabdeh2nə məxsus olan digər Cavabdeh1 idarə etdiyi “Mitsubishi FUSO Canter FE” markalı, **-JL-*** dövlət nömrə nişanı avtomobil “Furqon tipli” 2013-cü il buraxılışı olan maşın ona məxsus həmin avtomobilə dəymişdir. Nəticədə ona məxsus avtomobilə ciddi ziyan dəymişdir. Həmin sürücü Cavabdeh1 həmin xidməti avtomobili 000160 saylı yol vərəqəsi əsasında idarə etmişdir. Yol nəqliyyat hadisəsinin sxemindən dəgöründüyü kimi ona məxsus avtomobilin arxa hissəsi tamamilə əzilibdir. Avtomobilə keçirilən baxışla qoyulacaq ehtiyyat hissələri və bərpa təmir xərcləri müəyyənləşdirilib. Belə ki, ümumi ehtiyat hissələri 12,214,55 manat təşkil edir. Bərpa təmir usta xərcləri isə 2,755 manat təşkil etmişdir, ümumi ziyan isə 14,969,15 manat məbləğində təşkil etmişdir. Həmin ehtiyat və təmir, bərpa xərcləri ona məxsus həmin avtomobilə “PERFORMANCE CENTER” şirkəti tərəfindən 13.03.2021-ci il tarixdə baxış keçirilib və əzilmiş ehtiyat və dəyişdirilən hissələri və təmir bərpa xərcləri müəyyən olunmuşdur. Ona dəyən maddi ziyan və ödədiyi dövlət rüsumu cavabdehlərdən tutulub ona ödənməlidir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş maddi ziyanın 5000 manatının sığorta şirkəti tərəfindən ödənildiyini, eyni zamanda 300 manat hüquqi yardım üçün vəkilə ödədiyini bildirmişdir. Buna görədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən dəymiş maddi ziyana görə 10,000 manat pulun və vəkilə ödənilən 300 manat pulun cəmi 10,300 manat pulun tutulub ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X2 iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verib iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, tələb edilən pulu bir dəfəyə ödəməyı maddi imkanı yoxdur. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 01.03.2021-ci il tarixli 160 saylı yol vərəqəsindən görünür ki, Cavabdeh1 “Mitsubishi FUSO Canter FE” markalı, **-JL-*** nömrəli dövlət nişanlı avtomobili 000160 saylı yol vərəqəsi əsasında idarə etmişdir. Yol vərəqəsi 01.03.2021-ci il tarixdən 01.04.2021-ci il tarixədək etibarlı olmuşdur. İş materiallarında olan 036525 saylı arayışdan görünür ki, Cavabdeh1 12.03.2021ci il tarixdə saat 14:45-də Bakı-Quba yolu 14-cü km-də yol nəqliyyyat hadisəsi nəticəsində “Mitsubishi FUSO Canter FE” markalı, **-JL-*** nömrəli dövlət nişanlı, mühərrik nömrəsi № 4D34N49721 olan avtomobilin qabaq hissəsi əzilmişdir. Yol nəqliyyat hadisəsinin digər iştirakçısı Nümayəndə “Cadillac Escalade” markalı **-HD-*** dövlət nömrə nişanlı avtomobilinin arxa hissəsi əzilmişdir. İş materiallarında olan 13.04.2021-ci il tarixli №116253 saylı “PERFORMANCE CENTER” şirkətinin qüsur aktının surətindən görünür ki, “Cadillac Escalade” markalı **- HD-*** dövlət nömrə nişanlı avtomobilinin 1 ədəd arxa sol qanad, 1 ədədarxa sol qanadaltı, 1 ədəddamın sol duqası, 1 ədədarxa baqaj qapısı, 1 ədədarxa bamper,4 ədəd arxa radar,1 ədəd yanacaq çəninin kənarı, 1 ədədarxa sol fortoçka,1 ədəd arxa sol qanadın abşivkası, 1 ədədarxa baqaj döşəməsinin abşivkası, 1 ədədarxa baqaj qapısının kilidi, 1 ədədarxa usilitel, 1 ədədarxa panel, 1 ədədarxa sol qapının nikel qapısı, 1 ədəd arxa külək şüşəsi, 3 ədəd Germetik praymer, 2 ədədgermetik stik, 1 dəstknopka maşının əzilmiş ehtiyat hissələridir. Bu ehtiyat hissələrinin ümumilikdə qiyməti 12,214,15 manat təşkil edir. Dəmirçi işləri, armatur işləri, rəngsaz, elektrik işləri və çilingər işi ayrı-ayrı qiymətləndirilib. Ümumi 2,755 manat hesablanmışdır. Avtomobilin təmirinə ümumilkdə lazım olacaq güzəştli məbləğ 14969,15 manat təkiş edir. İş materiallarında olan AE № 075787 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Cadillac Escalade” markalı **-HD-*** dövlət nömrə nişanlı 2008-cı il buraxılışı olan minik avtomobili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 12.03.2021-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1 -ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1 -ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 -ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin Cavabdeh1 hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə qismən təmin edilərək, vurulmuş maddi ziayana görə 9969,15 manat məbləğində pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə digər cavabdeh “CARGO.AZ" MMC-yə münasibətdə iddia tələbini Mülki Məcəllənin 1108-ci maddəsinin tələbləri baxımından əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iş materialları ilə sübuta yetir ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 “Mitsubishi FUSO” markalı 99-Jl-013 dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqəsi əsasında istifadəyə verilmişdir. Həmin yol vərəqəsi qeyd olunan hadisə baş verən vaxt qüvvədə olmuşdur. Belə ki, MM-in 1108.1 -ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yuxarıda sadalananlardan göründüyü kimi, "xxxx" MMC ““Mitsubishi FUSO” markalı 99-Jl-013 dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla Cavabdeh1 vermiş, beləliklə də yüksək təhlükə mənbəyi onun sahibliyindən hüquqa zidd götürülməmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və hüquqi xidmət xərci cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 300 manat məbləğində hüquqi xidmət xərci də Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh1 maddi ziayana görə 9969,15 manat, hüquqi yardım üçün ödənilmiş 300 manat, ümumilikdə 10269,15 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-815/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-815/2021
09.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver