Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-821/2025 17.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən (Cavabdeh) 5840 (beş min səkkiz yüz qırx) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2021-ci ilin təxminən yanvar ayından tanış olmuşdur. Belə ki, həmin vaxt o, məişət əşyalarının səyyari satışı ilə məşğul olurdu və arada bir onun yaşadığı fermaya da gəlirdi. Bir müddət sonra ona xırda buynuzlu heyvanları nisyə verməyini xahiş etdi. O, cavabdehin səmimiliyinə inanaraq 2021-cin ilin aprel ayının 4-də şəxsi təsərrüfatında olan cəmi 2680 manat dəyərində 24 baş (6 baş erkək keçi, qalanı ana qoyun və quzu) xırdabuynuzlu heyvanları, həmçinin, həmin ilin may ayının axırlarında 4160 (dörd min yüz altmış) dəyərində cəmi 32 baş (otuz iki) (16 baş toğlu, qalanı ana qoyun və quzu) toğlu, müvəqqəti məskunlaşdığı Beyləqan rayonu ərazisindəki fermada xırdabunuzlu heyvanlarını ona aralarında olan şifahi razılaşmaya əsasən nisyə verib. Cavabdeh həmin heyvanları tanımadığı şəxsin idarə etdiyi “QAZEL” markalı yük avtomaşını ilə aparmışdır. Həmin vaxt yanlarında X5 (AA- 1408449 şəxsiyyət vəsiqəsi, Laçın rayonu, Ağbulaq kəndində qeydiyyatda olmaqla hazırda ünvan 1 ünvanında yaşayan) X1 (AZE-08784657 şəxsiyyət vəsiqəsi, Laçın rayonu, Ağbulaq kəndində qeydiyyatda olmaqla hazırda Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Ağbulaq obasında yaşayan) X6 (AZE-16834892 şəxsiyyət vəsiqəsi, Laçın rayonu, Ağbulaq kəndində qeydiyyatda olmaqla hazırda Ağcabədi rayonu, Taxtakörpü qəs. Ağbulaq obasında yaşayan) X2 (AZE-15234546 şəxsiyyət vəsiqəsi, Laçın rayonu, Ağbulaq kəndində qeydiyyatda olmaqla hazırda Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, Ağbulaq obasında yaşayan) olmuş və aralarındakı qeyd olunan alverə şahid oldular. Cavabdeh nisyə apardığı cəmi 60 (altmış) baş heyvanların cəmi 5840 manat pulunu 2021-ci ilin avqust ayına kimi ona qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, qeyd olunan pulunu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Özü məcburi köçkündür. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verib bildirdi ki, o, həm Nəbini, həm də Hikməti tanıyır. 2021-ci ildə aprelin əvvəli Hikmət gəlib Nəbidən heyvan alıb. 24 baş aprel ayında, may ayında isə 32 baş alıb. Alış-verişdə oda orada olmuşdur. Təxmini 6000 manata yaxın pul idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verib bildirdi ki, o, hər iki tərəfi tanıyır. Onun Hikmətlə dostluq münasibətləri olub. 2021-ci ildə Hikmət heyvan alıb. Heyvan satışında orada olmamışdır. Təxmini 6000 manata yaxın pul idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 oğlu izahat verib bildirdi ki, o, Nəbinin atasıdır. Heyvan satışında orada olub. 1-ci 24 baş, 2-ci isə 32 baş heyvan satılıb. 5840 manat borcu qalıb. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməsə də iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan bir ədəd fayldan ibarət səs yazısı məhkəmə iclasında tədqiq edilmişdir. Səs yazısında bir nəfər kişi cinsli şəxs iddiaçıya olan borcunu qaytaracağını, bir qədər vaxt verilməsini xahiş edir. Həmin şəxsə 5840 (beş min səkkiz yüz qırx) manat borcu olduğunu bildirdikdə o, borcun məbləğinə heç bir etirazını bildirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı müqavilə bağlanmış olmasa da, iddiaçının təqdim etdiyi səs yazısı və şahid ifadələri heyvanların alqı-satqısı nəticəsində cavabdehin iddiaçıya borclu olmasını və həmin məbləğin qaytarılmadığını təsdiq edir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, 5840 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5840 (beş min səkkiz yüz qırx) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-821/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-821/2025
17.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver