Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-83/2025 19.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2022-cü ilin yanvar-fevral ayları ərzində, qeyri-rəsmi nikahda olduğu və birlikdə yaşayaraq birgə təsərüffat apardığı X1 əvvəlki nikahından doğulmuş oğlu Cavabdeh ona müraciət edərək ehtiyacı olduğu üçün 3850 (üç min səkkiz yüz əlli) manat borc pul alıb. Cavabdeh bildirib ki, 2024-cü il aprel ayının 30-dək 3850 manat borcunu qaytaracaq. O, cavabdehin səmimiliyinə inanaraq 2024-cü ilin aprel ayına kimi gözləyib. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamış, müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşüb. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, o müxtəlif vaxtlarda şantaj yolu ilə Cavabdeh ümumilikdə 3850 manat məbləğində pul verib. Belə ki, cavabdeh ona dərman verərək videoya çəkmiş və həmin videodan istifadə edərək ondan pul almışdır. O, bu barədə polisə də müraciət etmiş, lakin cavabdehə yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. O, cavabdehə pul verməsi barədə Alşan Zülfüqarova heç bir söz deməmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verərək bildirdi ki, o, müxtəlif vaxtlarda İddiaçı borc alsa da, bütün borclarını ona qaytarmışdır. Belə ki, o, Zərinədən evinə dam vurdurarkən 300-400 manat borc almış və onu da qaytarmışdır. O, İddiaçı şantaj etməmişdir. Zərinə bu barədə polisə də müraciət etmiş, lakin onu şantaj etməsi təsdiqini tapmamışdır. İddiaçının hazırda təqdim etdiyi yazşmalar iddiaçının özü tərəfindən hazırlanmışdır. Çünki elə yazşmalar olsaydı iddiaçı onları polisə təqdim edərdi. Zərinə və öz atası Alşan ondan heyf çıxmaq üçün bir neçə belə iddia qaldırıblar. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Polis X2 müstəntiqi, polis kapitanı X3 icraatında olan ********* nömrəli cinayət işinin materialları üzrə 15 sentyabr 2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” barədə qərarının surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə cinayət təqibinin rədd edilməsi və İddiaçı 3850 manat pulu alması ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsinin izah olunması qərara alınmışdır. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işi məhkəmənin icraatındadır. Bundan başqa iddiaçı iddia ərizəsində cavabdehə 3850 manat pulu borc verməsini bildirsə də, məhkəmə iclasında həmin pulu cavabdehin ondan şantaj (hədə-qorxu) yolu ilə aldığını bildirmişdir. Həmçinin iş materiallarında olan Şamaxı Rayon Polis X2 15 sentyabr 2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” barədə qərarından görünür ki, İddiaçı əlavə olaraq zərərçəkmiş şəxs qismində vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ilkin ifadəsində Cavabdeh qeyd olunan intim videonu yayacağını deyib ona hədə-qorxu gələrək 2022-ci ildən etibarən ondan müxtəlif vaxtlarda ümumilikdə 3850 manat məbləğində pul aldığını, sonuncu dəfə isə 8000 manat pul istədiyini, o, həmin məbləği vermədikdə Cavabdeh qeyd olunan intim videonu qardaşı Seymura göndərdiyini göstərsə də belə ifadələr bildirsə də həyəcanlı olduğundan əslində həqiqətən də Elşənlə onun arasında olan qeyd edilən pul məsələləri borcla bağlı olmuşdur. Elşən ondan borc almış digərini də borc olaraq istəmişdir. O, 3850 manat pulu Elşənə borc kimi vermiş, digər 8000 manat məbləğində pulu da Elşən ondan borc olaraq istəmişdir. Göründüyü kimi iddiaçı cavabdehə 3850 manat pul verməsinə dair müxtəlif vaxtlarda müxtəlif əsaslar göstərmişdir. Lakin cavabdehin iddiaçıdan 3850 manat pulu hədə-qorxu ilə tələb etməsi təsdiqini tapmadığından Şamaxı Rayon Polis X2 15 sentyabr 2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” barədə qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə cinayət təqibinin rədd edilməsi qərara alınmış, lakin həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək iddia ərizəsində cavabdehin ondan 3850 manat borc aldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin ona 3850 manat pulun borclu olmasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, İddiaçı cavabdeh tərəfindən ona ümumilikdə 3850 manat məbləğində pul borclu olmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunmadığını nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 58,50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 58,5 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-83/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-83/2025
19.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver