Məhkəmə qərarları › İş №2(074)-832/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-832/2025

05.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-832/2025 05.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomaşının geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus “Opel Vita” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ əsasında ona məxsus olan “Opel Vita” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı, istehsal ili 1997, mühərrik nömrəsi 20774956, ban nömrəsi W01000078V4115683 nömrəli minik maşınını xx.xx.2023-cü il tarixdə etibarnamə ilə nəqliyyat vasitəsindən istifadə hüququ əsasında Cavabdeh1 istifadəsinə vermişdir. Cavabdeh1 bildirmişdir ki, “Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olacaq, ola bilsin ki o, xəstə olanda, başqa işi olanda, ailə üzvlərindən kimsə avtomobildən istifadə etsin, ona görə də, avtomobildən istifadə hüququnun digər şəxslərə verə bilməsi hüququ da etibarnamədə göstərilsin”. O, həmin şəxslə razılaşmış, aralarındakı razılaşmaya görə Aqil avtomobili öz ailə üzvlərindən birinə sürməyə verə bilərdi. Avtomobildən istifadəyə görə ona aylıq kirayə haqqı ödəməli idi. Lakin, Cavabdeh1 bir neçə ay gecikmələrlə, yarı ödəniş etməklə və bəzən də heç aylıq ödəmədən aralarındakı razılığı pozurdu. 2024-cü ilin iyun, iyul ayının pulunu tamamilə ödəmədi. Cavabdeh1la görüşüb bildirmişdir ki, aralarındakı razılığı pozub, maşını geri qaytarsın. Cavabdeh1 bildirmişdir ki, avtomobili sürmək üçün yeznəsinə vermişdir. Sonra öyrənmişdir ki, Aqilin maşını verdiyi şəxs yeznəsi deyil, avtomaşını tamamilə başqa bir şəxsə, Bərdə rayon Muğanlı kənd sakini Cavabdeh2 adlı şəxsə faktiki olaraq satmışdır. Bundan sonra, Cavabdeh1 2024-cü ilin iyul ayı da daxil olmaqla hal-hazıra kimi avtomobilindən istifadəyə görə kirayə pulunu ona ödəməmişdir. Ona görə də, Cavabdeh1 2024-cü ilin avqust ayında ona verdiyi etibarnaməni ləğv edərək, avtomobilini geri istəsə də, bu günə kimi avtomobilini ona qaytarmamışdır. 7 aydır ki, o, avtomobilini Cavabdeh1 geri ala bilmir. Sonuncu dəfə cavabdehlərin hər ikisinə pretenziya məktubu göndərmiş, onun avtomobilini könüllü qaytarsınlar. Lakin, 2 ay vaxt keçməsinə baxmayaraq, cavabdehlər avtomobili könüllü olaraq qaytarmaq istəmir. Odur ki, cavabdehləri məhkəməyə verərək, avtomobilini məhkəmə yolu ilə ondan almaq istəyir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, “Opel Vita” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobili o, hər ay ödənişlər etməklə, Cavabdeh1 almış və hazırda da, həmin avtomobil onun istifadəsindədir. Göstərilənlərə əsasən, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı özünə məxsus “Opel Vita” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə hüququ ilə idarə etmək üçün, xx.xx.2023-cü il tarixdə etibarnamə verməklə, Cavabdeh1 etibar etmiş, sonuncu isə həmin nəqliyyat vasitəsini Cavabdeh2 etibar etmişdir. İş materiallarından görünür ki, “Opel Vita” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı tərəfindən Cavabdeh1 etibar edilən etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus “Opel Vita” markalı, istehsal ili 1997, mühərrik nömrəsi 20774956 minik maşınının geri qaytarılmasını tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus “Opel Vita” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı, istehsal ili 1997, mühərrik nömrəsi 20774956, ban nömrəsi W0L000078V4115683 olan nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə etibarnamə ilə nəqliyyat vasitəsindən istifadə hüququ əsasında Cavabdeh1 etibar edilmiş, Cavabdeh1 isə həmin avtomaşını digər Cavabdeh2 etibar etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən etibarnaməyə xitam verilmiş və hazırda qeyd olunan avtomobil Cavabdeh2 istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. 365.1.3-cü maddəsinə əsasən, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən ləğv edildikdə, xitam verilir. 366.4-cü maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Qeyd olunan qanun normasının mənasını əsas tutaraq, iddia ərizəsində göstərilən əmlak cavabdehdən alınaraq, iddiaçıya qaytarılması üçün iddiaçıya məxsus olan əmlakın cavabdehin qanunsuz sahibliyində olması halı sübut olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, bu qanun norması üzrə iddiaçının öz əmlakını cavabdehin qeyri-qanuni sahibliyindən tələb etməsi üçün vacib olan 3 dispozitiv şərtin 3-ü də mövcuddur. Belə ki, həmin əşya üzərində iddiaçının mülkiyyət hüququ vardır, həmin əşya cavabdehin sahibliyindədir və cavabdehin bu əşyaya sahibliyi qeyri-qanunidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 1997-ci il buraxılışlı, mühərrik nömrəsi 20774956, ban nömrəsi W0L000078V4115683 olan “Opel Vita” markalı, ** XJ *** dövlət qeydlyyat nişanlı avtomobil alınıb, İddiaçı verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, mübahisə predmeti olan əmlak faktiki olaraq Cavabdeh2 istifadəsində olduğundan, digər Cavabdeh1 aid hissədə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1997-ci il buraxılışlı, mühərrik nömrəsi 20774956, ban nömrəsi W0L000078V4115683 olan “Opel Vita” markalı, ** XJ *** dövlət qeydlyyat nişanlı avtomobil alınıb, İddiaçı verilsin. İddia Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar