Məhkəmə qərarları › İş №2(074)-836/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-836/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-836/2020 06.10.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 53,62 manat əsas, 235,64 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 10,84 manat borc, ümumilikdə 300,10 manat və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli 165977 saylı ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 53,62 manat əsas, 235,64 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 10,84 manat borc, ümumilikdə 300,10 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən imtina etmişdir. Odur ki, iddiaçı, Cavabdeh ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə 53,62 manat əsas, 235,64 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 10,84 manat borc, ümumilikdə 300,10 manat və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, o, maddi imkanı olmadığı üçün kredit borcunu ödəyə bilməmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli № 550/14 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № **********686 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixə 53,62 manat əsas, 235,64 manat cərimə, gecikdirilmiş vaxt üçün 10,84 manat faiz borcu olmaqla, ümumilikdə 300,10 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, kredit müqaviləsi əsasında İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmış, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq tam və vaxtında icra etməmişdir. Öhdəliklərini icra etməməsi nəticəsində Cavabdeh iddiaçıya xx.xx.2020-ci il tarixə 53,62 manat əsas, 235,64 manat cərimə, gecikdirilmiş vaxt üçün 10,84 manat faiz borcu olmaqla, ümumilikdə 300,10 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edən zaman 20 manat dövlət rüsumu tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddianın 235,64 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 235,64 manat məbləğində cərimə pulu deyil, 5 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 53,62 manat əsas, 5 manat cərimə, gecikdirilmiş vaxt üçün 10,84 manat faiz borcu olmaqla, ümumilikdə 69,46 manat borc və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 53,62 manat əsas, 5 manat cərimə, gecikdirilmiş vaxt üçün 10,84 manat faiz borcu olmaqla, ümumilikdə 69,46 manat borc və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar