Məhkəmə qərarları › İş №2(074)-854/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-854/2022

29.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-854/2022 29.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 11 dekabr 2012ci il təvəllüdlü X2 və 19 dekabr 2013-cü il təvəllüdlü X3 onun yanında qalmaqla onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə alimentin məbləği artırılaraq 193 manat olmaqla - cəmi 386 manat sabit pul məbləğində alimentin hər ay cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2015-cı il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 anadan olduğunu, Şamaxı rayon məhkəməsinin 2(074)-1513/2015 saylı xx.xx.2015-ci il tarixli əsasən xx.xx.2015-cı il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 onun yanımda qalmalarının və onların saxlanılmaları üçün hər ay hər bir uşağa görə 108 manat olmaqla cəmi 216 manat məbləğin Cavabdeh alınaraq ona verilməsinin qət edildiyini qeyd etmişdir. 2022-ci ildə yaşayış minimumu Azərbaycan Dövləti tərəfindən hər ay hər uşağa görə 193 manat müəyyən edilmişdir. Odur ki, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 11 dekabr 2012- ci il təvəllüdlü X2 və 19 dekabr 2013-cü il təvəllüdlü X3 onun yanında qalmaqla onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə alimentin məbləği artırılaraq 193 manat olmaqla - cəmi 386 manat sabit pul məbləğində alimentin hər ay cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, o, iddiçının iddiasını qəbul edir və birgə nikahdan doğulmuş xx.xx.2015-cı il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa 110 manat olmaqda cəmi 220 manat ödəməyə razıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Şamaxı rayon məhkəməsinin 2(074)-1513/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarında doğulmuş xx.xx.2015-cı il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü Nəzrin və xx.xx.2013-cü il təvəllüdlü Qədir adlı uşaqlarının anası İddiaçı yanında qalması, Cavabdeh 04 sentyabr 2015-cı il tarixdən başlayaraq xx.xx.2015-cı il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 108 manat olmaqla cəmi 216 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ № 216355 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12 yanvar 2016-ci il tarixdə 01 № saylı akt qeydi tərtib olunmuşdur. Nikah pozulduqdan sonra qadına Səməndərova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ № 008924 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11 dekabr 2012-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ № 241700 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19 dekabr 2013-cü il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Şamaxı rayon məhkəməsinin 2(074)- 1513/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 04 sentyabr 2015-cı il tarixdən başlayaraq xx.xx.2015-cı il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 108 manat olmaqla cəmi 216 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, uşağın saxlanılmasında hər iki valideynin borcu olduğunu, uşağın saxlanılması üçün hər ay lazım olan maddi tələbatın ödənilməsində tərəflər bərabər iştirak etməlidirlər. Məhkəmə uşaqların layiqli həyat şəraitini təmin etmək, yaşını, tələbatını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə iddia tələbinin qətnamə qəbul olunan tarixdən başlayaraq alimentin tutulması hissəsinə münasibətdə belə hesab edir ki, hazırda tərəflərin nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment olduğundan və cavabdeh tərəfindən bu aliment müvafiq qaydada ödənildiyindən hazırki aliment məbləği qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səiyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şamaxı rayon məhkəməsinin 2(074)-1513/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılmalı və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2015-cı il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Şamaxı rayon məhkəməsinin 2(074)-1513/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılsın və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 manat cəmi 220 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar