Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-855/2021 04.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan DəmirBank ASCnin Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan DəmirBank ASC Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan DəmirBank ASC-nin xeyrinə 186,46 manat əsas, 90,03 manat faiz, 276,96 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 29.58 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2017-ci il tarixli KM038T06170011S01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 15 (on beş) faizlə 315.94 (üç yüz on beş manat 94 qəpik) manat məbləğində kredit verilmişdir. 19.02.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 583.03 (beş yüz səksən üç manat 03 qəpik) manat təşkil edir. Bundan 186.46 (bir yüz səksən altı manat 46 qəpik) manat əsas, 90.03 (doxsan manat 03 qəpik) manat faiz, 276.96 (iki yüz yetmiş altı manat 96 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 29.58 (İyimi doqquz manat 58 qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına **********274 saylı 26.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Odur ki, Cavabdeh ləğv prosesində olan DəmirBank ASC-nin xeyrinə 186,46 manat əsas, 90,03 manat faiz, 276,96 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 29.58 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan 09 iyun 2017-ci il tarixli KM038T06170011S01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 15 (on beş) faizlə 315.94 (üç yüz on beş manat 94 qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 26.02.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, ləğv prosesində olan DəmirBank ASC tərəfindən Cavabdeh 09 iyun 2017-ci il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 29.03.2021-ci il tarixli № **********261 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 09 iyun 2017-ci il tarixli KM038T06170011S01 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan DəmirBank ASC-yə 19.02.2021-ci il tarixə 186,46 manat əsas, 90,03 manat faiz, 276,96 manat cərimə, gecikdirilmiş vaxt üçün 29,58 manat borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan DəmirBank ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2017-ci il tarixli KM038T06170011S01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 15 (on beş) faizlə 315.94 (üç yüz on beş manat 94 qəpik) manat məbləğində kredit verilmişdir. 19.02.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 583.03 (beş yüz səksən üç manat 03 qəpik) manat təşkil edir. Bundan 186.46 (bir yüz səksən altı manat 46 qəpik) manat əsas, 90.03 (doxsan manat 03 qəpik) manat faiz, 276.96 (iki yüz yetmiş altı manat 96 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 29.58 (İyimi doqquz manat 58 qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına **********274 saylı 26.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. İddiaçı məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddianın 276,96 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 276,96 manat məbləğində cərimə pulu deyil, 10 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçı ləğv prosesində olan Dəmir Bank ASC-nin xeyrinə 186,46 manat əsas, 90,03 manat faiz, 10 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 29.58 manat faiz borcu olmaqla, ümumilikdə 316,07 manat borc və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalı, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh iddiaçı ləğv prosesində olan DəmirBank ASC-nin xeyrinə 186,46 manat əsas, 90,03 manat faiz, 10 manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 29.58 manat faiz borcu olmaqla, ümumilikdə 316,07 manat borc və məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-855/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-855/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver