Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-857/2021 19.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və s” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 2510(iki min beş yüz on) manat əsas kredit borcu, 202,73(iki yüz iki manat yetmiş üç qəpik) manat faiz borcu, cəmi 2712,73(iki min yeddi yüz on iki manat yetmiş üç qəpik) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan: sırğa tək(Q/S-585)-1 ədəd, üzük(583)-1 ədəd, üzük(Q/s-585)-1 ədəd, sırğa cüt(583)-1 ədəd, komplekt(sırğa üzük qırıq)(Q/S-750)-1 ədəd, boyunbağı-qırıq(Q/S-750)- 1 ədəd, qolbaq-qırıq(Q/S-750)-1 ədəd, cəmi 7(yeddi) sayda 47.4 qr.qızıl, 829.5 manat məbləğində əlavə zinət əşyalarının dəyəri, ümumi dəyəri 4004,06 manat qiymətlilərə tutma yönəldilməsi, onların açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cəmi 2712,73(iki min yeddi yüz on iki manat yetmiş üç qəpik)manat, həmçinin dövlət rüsumunun ödənilməsi; satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi, bu vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, onun ümumi qaydada Cavabdeh başqa əmlakı hesabına icra edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 03 fevral 2021-ci il tarixli 166/0221- 121 saylı Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 6 ay müddətinə illik 38% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 2510(iki min beş yüz on) manat məbləğində kredit verilmişdir. Kredit-təminatlı borc üzrə öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi ilə yüklü edilmişdir. Belə ki, Cavabdeh ilə 03 fevral 2021-ci il tarixli 166/0221-121ZG saylı girov müqaviləsi bağlanmış və o, xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan: sırğa tək(Q/S-585)-1 ədəd, üzük(583)-1 ədəd, üzük(Q/s-585)-1 ədəd, sırğa cüt(583)-1 ədəd, komplekt(sırğa üzük qırıq)(Q/S-750)-1 ədəd, boyunbağı-qırıq(Q/S-750)-1 ədəd, qolbaq-qırıq(Q/S-750)-1 ədəd, cəmi 7(yeddi) sayda 47.4 qr.qızıl, 829.5 manat məbləğində əlavə zinət əşyalarının dəyəri, ümumi dəyəri 4004,06 manat məbləğində qiymətlilər. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 03.05.2021-ci il tarixə olan hesablamalara görə iddiaçıya 2510(iki min beş yüz on) manat əsas kredit borcu, 202,73(iki yüz iki manat yetmiş üç qəpik) manat faiz borcu, cəmi 2712,73(iki min yeddi yüz on iki manat yetmiş üç qəpik) manat borcu təşkil edir. Cavabdeh dəfələrlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, BOKT-a olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdeh bu barədə məhkəməyə məlumat verməsə də, iddiaçı teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 fevral 2021-ci il tarixli 166/0221-121 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı BOKT MMC tərəfindən 6 ay müddətinə illik 38% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 2510 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 03 fevral 2021-ci il tarixli 166/0221-121ZG saylı girov müqaviləsindən görünür ki, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan: sırğa tək(Q/S-585)-1 ədəd, üzük(583)-1 ədəd, üzük(Q/s-585)-1 ədəd, sırğa cüt(583)-1 ədəd, komplekt(sırğa üzük qırıq)(Q/S-750)-1 ədəd, boyunbağı- qırıq(Q/S-750)-1 ədəd, qolbaq-qırıq(Q/S-750)-1 ədəd, cəmi 7(yeddi) sayda 47.4 qram qızıl, 829.5 manat məbləğində əlavə zinət əşyalarının dəyəri, ümumi dəyəri 4004,06 manat məbləğində qızıl zinət əşyalarını banka girov qoymuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 03 fevral 2021-ci il tarixli 166/0221-121 saylı kredit müqaviləsi üzrə banka 03.05.2021-ci il tarixə 2510(iki min beş yüz on) manat əsas kredit borcu, 202,73(iki yüz iki manat yetmiş üç qəpik) manat faiz borcu, cəmi 2712,73(iki min yeddi yüz on iki manat yetmiş üç qəpik) manat borcu vardır. İş materiallarında olan bildirişin surətindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh 03 fevral 2021-ci il tarixli 166/0221-121 saylı kredit müqaviləsi üzrə banka olan kredit borcunu ödəməsi barədə rəsmi xəbərdarlıqlar edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 06.07.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş,ödəniş cədvəlini pozmuş, müqavilə üzrə müəyyənləşdirilmiş ödənişlərin ödənilməsini ardıcıl olaraq gecikdirmişdir. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 743-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməyən hissəsini və kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin tələbin girov qoyulmuş əşyaya yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-in 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Məhkəmə iddiaçının satışdan əldə olunan vəsaitin borcun ödənilməsi üçün yetərli olmazsa tələbin cavabdehin digər əmlakına yönəldilməsi hissəsinə münasibətdə hesab edir ki, tələb həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 2510(iki min beş yüz on) manat əsas kredit borcu, 202,73(iki yüz iki manat yetmiş üç qəpik) manat faiz borcu, cəmi 2712,73(iki min yeddi yüz on iki manat yetmiş üç qəpik) manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı BOKT MMCyə ödənilməli, tələb Cavabdeh məxsus olan girov qoyulmuş sırğa tək(Q/S-585)-1 ədəd, üzük(583)-1 ədəd, üzük(Q/s-585)-1 ədəd, sırğa cüt(583)-1 ədəd, komplekt(sırğa üzük qırıq)(Q/S-750)- 1 ədəd, boyunbağı-qırıq(Q/S-750)-1 ədəd, qolbaq-qırıq(Q/S-750)-1 ədəd, cəmi 7(yeddi) sayda 47.4 qram qızıl, 829.5 manat məbləğində əlavə zinət əşyalarının dəyəri, ümumi dəyəri 4004,06 manat olan qızıl zinət əşyalarına yönəldilərək həmin əmlaklar açıq hərracda satılmalı və satışdan əldə olunacaq pul vəsaiti hesabına Cavabdeh cəmi 2712,73 manat borcu və 30 manat dövlət rüsumu İddiaçı BOKT MMCyə ödənilməli, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə verilməli, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2510(iki min beş yüz on) manat əsas kredit borcu, 202,73(iki yüz iki manat yetmiş üç qəpik) manat faiz borcu, cəmi 2712,73(iki min yeddi yüz on iki manat yetmiş üç qəpik) manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Tələb Cavabdeh məxsus olan girov qoyulmuş sırğa tək(Q/S-585)-1 ədəd, üzük(583)- 1 ədəd, üzük(Q/s-585)-1 ədəd, sırğa cüt(583)-1 ədəd, komplekt(sırğa üzük qırıq)(Q/S- 750)-1 ədəd, boyunbağı-qırıq(Q/S-750)-1 ədəd, qolbaq-qırıq(Q/S-750)-1 ədəd, cəmi 7(yeddi) sayda 47.4 qram qızıl, 829.5 manat məbləğində əlavə zinət əşyalarının dəyəri, ümumi dəyəri 4004,06 manat olan qızıl zinət əşyalarına yönəldilərək həmin əmlaklar açıq hərracda satılsın və satışdan əldə olunacaq pul vəsaiti hesabına Cavabdeh cəmi 2712,73 manat borcu və 30 manat dövlət rüsumu İddiaçı BOKT MMC-yə ödənilsin. Satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi Cavabdeh verilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-857/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-857/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver