Məhkəmə qərarları › İş №2(074)-861/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-861/2020

02.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-861/2020 02.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi barədə” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1709 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2018-ci il tarixli 262-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixli 093-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba Şüvəlan 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli inventarizasiya nəticələrinə dair akta əsasən yekun ziyan məbləği 2774 manat müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 1065 manat güzəşt edilmiş, qalıq borc 1709 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, iddiaçı, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1709 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan X3 MMC-nin xx.xx.2017-ci il tarixli 419-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC-nin satış əməliyyatları şöbəsinin İddiaçılər şəbəkəsinə xx.xx.2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən X3 MMC-nin nümayəndəsi direktor X1 ilə işçi Cavabdeh arasında sonuncunun İddiaçılər şəbəkəsinə kassir vəzifəsinə işə götürülməsinə və tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsinə dair müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə surətindən görünür ki, işəgötürən X3 MMC-nin nümayəndəsi X1 ilə işçi Cavabdeh arasında sonuncunun tam maddi məsuliyyəti barədə müqavilə bağlanılmışdır. İş materiallarında olan X3 MMC-nin xx.xx.2018-ci il tarixli 262-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış əməliyyatları şöbəsinə xx.xx.2018-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan əmək müqaviləsinə əlavənin surətindən görünür ki, işəgötürən X3 MMC-nin nümayəndəsi direktor X1 ilə işçi Cavabdeh arasında sonuncunun cəmiyyətin satış əməliyyatları şöbəsinə xx.xx.2018-ci il tarixdən administrator vəzifəsinə keçirilməsi və əmək haqqının ştat cədvəlinə uyğun olaraq 175 manat təşkil etməsi barədə əlavə edilməsinə dair müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə surətindən görünür ki, işəgötürən X3 MMC-nin nümayəndəsi X1 ilə işçi Cavabdeh arasında sonuncunun tam maddi məsuliyyəti barədə müqavilə bağlanılmışdır. İş materiallarında olan X3 MMC-nin xx.xx.2020-ci il tarixli 093-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış əməliyyatları şöbəsində tutduğu administrator vəzifəsindən öz xahişi ilə xx.xx.2020-ci il tarixdə azad olunmuşdur. İş materiallarında olan X3 MMC-nin inventarizasiya şöbəsinin araşdırma qrupuna Cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, Cavabdeh yoxlama prosesindən tam razı qaldığını bildirmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № DN-3041 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, X3 MMC tərəfindən Cavabdeh cəmiyyətə olan 1709 manat məbləğindəki borcunu 3 gün müddətində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli № **********351200 saylı çıxarışından görünür ki, qurumun əvvəlki adı X3 Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırki adı İddiaçı olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh X3 MMC-yə 1709 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-də kassir vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdən iddiaçının satış əməliyyatları şöbəsinə administrator vəzifəsinə keçirilmiş və bu barədə əmək müqaviləsinə əlavə edilmişdir. Tərəflər arasında cavabdehin tam maddi məsuliyyəti haqqında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Cavabdeh ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etmədiyinə görə iddiaçıya 2774 manat zərər dəymişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdən tutduğu administrator vəzifəsindən öz xahişi ilə azad olunmuşdur. Cavabdeh zərərin əvəzini könüllü olaraq ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, bunun üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Bundan sonra ƏM-in) 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. ƏM-in 205-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, xx.xx.2018ci il tarixli tam maddi məsuliyyəti haqqında müqaviləyə əsasən vurduğu ziyana görə iddiaçı qarşısında tam həcmdə maddi məsuliyyət daşıyan cavabdehin hərəkətləri nəticəsində iddiaçıya zərər dəydiyi tam təsdiq olunduğundan, zərərin əvəzi üzrə 1709 manat və ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 30 manat ondan iddiaçının xeyrinə tutulmalı, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh İddiaçı MMC-nin xeyrinə ödənilməmiş 1709 manat ziyan məbləği və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutulsun. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar