Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-875/2025 12.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsi hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1i ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə istifadə hüqununun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə hüquqi qiymət verilmədən sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsi hüququnun tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından İddiaçı tərəfindən 14 aprel 2025-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi: 25699, əməliyyat İD: ********* olan) 50 manat rüsum İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsi hüququnun tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən 14 aprel 2025-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi: 25699, əməliyyat İD: ********* olan) 50 manat rüsum İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-875/2025
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-875/2025
12.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver