Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-890/2023 27.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “400 manat pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icarə müqaviləsinin şərtləri kobud şəkildə pozulduğu üçün xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsinə, 220,00 manat məbləğində icarə haqqının 160,00 manat məbləğində kommunal ödənişlərə görə (elektrik və su) pulu, 400,00 manat məbləğində borc pulun, cəmi 780,00 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi 12 ünvanında yerləşən, ümumi sahəsi 65,9 m2 olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə ona məxsusdur. xx.xx.2022-ci il tarixdə ona məxsus olan qeyri-yaşayış sahəsini icarəyə vermək üçün Cavabdeh ilə Bakı şəhəri, 30 saylı notariat ofisində xüsusi notarius X1 iştirakı ilə “icarə” müqaviləsi imzalanmışdır. “İcarə” müqaviləsinin Reyestrdə 3M-608 nömrə ilə qeydə alınmışdır və informasiya sisteminə daxil edilmişdir. “İcarə” müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti 5 il müəyyən edilmişdir, yəni 05 oktyabr 2027-ci il tarixədək. “İcarə” müqaviləsinin 4-cü bəndinə əsasən “icarəyə götürən” Cavabdeh “icarəyə verən” İddiaçı aylıq 500,00 manat məbləğində icarə haqqı ödəyir. “İcarə” müqaviləsinin 5-ci bəndinə əsasən formajor hadisəsindən sığortalanma “icarəçi”-nin vəzifəsidir. “İcarə” müqaviləsinin 11-ci bəndinə əsasən kommunal xidmətlərdən (qaz, elektrik, su, kanalizasiya, istilik, telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlər arası telefon danışıqları haqqını, o cümlədən əlavə vergi haqlarını “icarəçi” ödəyir. Müqavilə bağlandıqdan dərhal sonra o, obyekti bütün avadanlıqlar ilə birgə Cavabdeh təhvil verib. Obyektə kod alaraq sahibkarlıq fəaliyyətinə başlayıb. Habil ticarət ilə məşğul olurdu və mağazaya mal almaq üçün ondan 2 ay müddətinə 400,00 manat borc alıb. Cavabdeh aldığı borcu 6 aydır ki, ödəmir. Eyni zamanda 220,00 manat icarə pulunun qalıq hissəsini ödəmir. Bundan əlavə kommunal xidmətlərə görə də (elektrik və sudan istifadəyə görə) 160,00 manat borcu ödəmir. O, icarəyə götürdüyü obyekti qıfıl ilə bağlayıb və qaçıb gizlənib, onunla görüşdən qaçır. Onun bu qanuna və müqavilə şərtlərinə zidd hərəkətləri onu məhkəməyə müraciət etməyə vadar edib. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3494/2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı 400,00 manat məbləğində borc pulun alınması barədə iddia tələbi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər və cavabdeh bunun səbəbləri barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin məktubundan görünür ki, İddiaçı və Cavabdeh barəsində heç bir araşdırma materialı olmamışdır. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsində Cavabdeh 400 manat borc pul verdiyini və həmin pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin ona 400 manat pulun borclu olmasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, İddiaçı cavabdeh tərəfindən ona ümumilikdə 400 manat məbləğində pul borclu olmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı cavabdeh İddiaçı qarşı “400 manat pul tələbi”nə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “400 manat pul tələbi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-890/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-890/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver