Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-892/2025 22.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 manat məbləğində pulun alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə-Təminat İdarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-43/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 04 gün müddətinə azadlığın məhudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə müvafiq vəzifələr qoyulmuşur. Hökmün icrası barədə göstəriş xx.xx.2024-cü il tarixdə Nümayəndənə daxil olmuş, məhkum Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, bu məqsədlə “Attenti” markalı bir ədəd 35638906 nömrəli mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə elektron qolbaq ona işlək vəziyyətdə təhvil verilmiş, habelə məhkuma cəza çəkdiyi müddət ərzində həmin vasitədən istifadə qaydaları, o cümlədən, onun işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda, dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq olunmuş, bu barədə icra məmuru tərəfindən müvafiq protokol tərtib edilmişdir. Məhkum Cavabdeh ona tətbiq edilmiş “Attenti” markalı bir ədəd 35638906 mobil nəzarət qurğusunu nasaz vəziyyətə saldığından, qurğu yeni “Attenti” bir ədəd 35639884 nömrəli mobil nəzarət qurğusu ilə dəyişdirilərək təhvil alınmışdır. Bundan sonra, həmin elektron nəzarət vasitələrinin vəziyyəti haqqında texniki rəyin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Rəqəmsal Monitorinq İdarəsinə göndərilmiş, texniki rəyin nəticəsinə əsasən, zərbə nəticəsində ana plata sınıb, qolbağı ilə əlaqə saxlayan antenanın pinləri yerindən qopub, zədələnmiş və istifadəyə tam yararsız olması qeyd edilmişdir. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə "xxxx" QSC-nin maliyyə arayışı əsasında həmin avadanlığın dəyərinin 2277,40 manat təşkil etdiyi bildirilmişdir. Məhkum Cavabdeh izahatı alınarkən, elektron nəzarət vasitəsinin dəyərinin 2277,40 manat məbləğində pulun müvafiq bank hesabına ödənilməsi təklif olunsa da, hazıradək vurulmuş zərərin imkanı olmadığından, ödəyə bilməyəcəyini bildirmişdir. Hesab edilir ki, cavabdeh üzərinə qoyulan vəzifələrin icrasına kifayət qədər məsuliyyətli yanaşmaması nəticəsində, elektron nəzarət vasitəsini zədələmiş (və ya itirilmiş) və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda, iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin nümayəndəsi - Nümayəndə böyük icra məmuru X1 məhkəməyə ünvanladığı müraciətində, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(105)-43/2024 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə onun 178 (bir yüz yetmiş səkkiz) gün həbsdə saxlanıldığı müddət 356 (üç yüz əlli altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Cavabdeh üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh cəzasının başlanğıcı cəzanın icrasına cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, məhkum Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Şamaxı rayonunun ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsinin qoyulması hökm edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum edilmiş Cavabdeh 35638906 nömrəli, ATTENTİ smart markalı elektron nəzarət vasitəsi təhkim olunaraq, tam komplekt şəkildə təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh izahatından görünür ki, ona xx.xx.2024-cü il tarixdə cəzasını çəkməli və icrası qaydası izah edilmiş, ATTENTİ markalı 35638906 nömrəli ENV-si tətbiq edilərək, istifadə qaydaları izah edilmiş, qorunub saxlanılması tapşırılmış, maddi məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyindən görünür ki, Cavabdeh tətbiq edilmiş 35638906 nömrəli Attenti V6 mobil qurğusu xx.xx.2025-ci il tarixdə texniki baxışdan keçirilmiş, istifadə qaydalarına düzgün riayət olunmadığı səbəbindən, qurğunun yararsız vəziyyətdə olması, təmirinin mümkün olmaması, istifadəyə tam yararsız olması müəyyən olunmuşdur. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, “Attenti” markalı mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə birlikdə dəyəri 2277,40 manat təşkil edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən, şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvercilik normalardan və məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən göründüyü kimi, cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Eyni zamanda, ona elektron nəzarət vasitəsinin zədələnməsi, yararsız hala salınması, eləcə də, itirilməsi zamanı, dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunu kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, əksinə ona müdaxilə etmiş və nəticədə mobil nəzarət qurğusunu zədələmiş və bununla, maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən, məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Həmin Qanunun 9.4-cü və Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq, dövlət büdcəsinə köçürülür. Tələb olunan məbləğ 1000 manatdan çox olduğundan, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci və Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən, ödənilməli olan dövlət rüsumu 42,77 manat təşkil edir. İddia tam həcmdə təmin edildiyindən, 42,77 manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 2277,40 manat məbləğində pul tutularaq, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə-Təminat İdarəsinin hesabına ödənilısin. Cavabdeh 42,77 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-892/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-892/2025
22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver