Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-929/2021 06.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən daxil olmuş mülki işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2919/2021 saylı 23 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair mülki iş ayrıca icraata ayrılmış və baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Əliyev X2 rayonu, Xaqani küçəsi 19 ünvanında, Cavabdeh3 Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatdadır. 23 iyun 2021-ci il tarixli məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi eyni əsaslar üzrə yaranmamışdır. Cavabdehlərə qarşı iddia edilən pul mübahisəsinin əsasını əlaqəli olamayan cavabdehlər və müxtəlif əsaslara görə yaranan mübahisə təşkil edir. İşin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində Nərimanov Rayon Məhkəməsinin qərardadında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, İddiaçı iddia ərizəsi üzrə Cavabdeh1 cavabdeh olmuş və “Elektron məhkəmə” informasiya sistemindən şəxsiyyət vəsiqəsi məlumatları üzrə çıxarışdan görünür ki, həmin cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Ona görə də iddia ərizəsi veriləndə, düzgün olaraq Nərimanov Rayon Məhkəməsinə verilmiş və icraata qəbul edilib baxılmağa təyin edilmişdir. İş Nərimanov Rayon Məhkəməsində icraata qəbul ediləndə və baxışa təyin ediləndə ərazi aidiyyəti qaydaları pozulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Lakin məhkəmə sonradan öz təşəbbüsü ilə icraata ayıraraq belə qərara gəlmişdir ki, cavabdehlərə qarşı “borc” tələbinə dair iddia ərizəsi eyni əsaslar üzrə yaranmamışdır. Cavabdehlərə qarşı iddia edilən pul mübahisəsinin əsasını əlaqəli olamayan cavabdehlər və müxtəlif əsaslara görə yaranan mübahisə təşkil edir. Belə olan halda digər Cavabdeh3 Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olduğundan ona münasibətdə icraat ayrılaraq Qəbələ rayon Məhkəməsinə göndərilməli idi. Mülki prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, iddiaçının bir neçə əlaqəli olamayan cavabdehlərə qarşı bir-biri ilə əlaqədar olan tələblə bir icraatda məhkəməyə müraciət etməsinə hər hansı məhdudiyyət qoyulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmçinin işin başqa məhkəməyə göndərilməsi yalnız ərazi aidiyyəti qaydalarının pozulması ilə işin icraata götürülməsi, sonradan pozuntunun müəyyən edildiyi təqdirdə mövcud olsa da, hazırkı iş üzrə bu hal, yəni Mülki Prosessual Məcəllənin 44.2-ci maddəsində sadalanmış hallar da mövcud deyildir. Yuxarıda göstərilənlər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərardadında qeyd edilənlərlə fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərardadın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apelyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 45, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-929/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-929/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver