Məhkəmə qərarları › İş №2(074)-932/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-932/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-932/2023 24.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və avtomobilin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və avtomobilin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında ona məxsus olmuş “Renault Megane minik” markalı, **- NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və “Renault Megane minik” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, iddia ərizəsinin baxılmamış saxlamaqla, geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 və 259.0.7-ci maddələrinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə və işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından görünür ki, məhkəmənin çağırışlarına gəlməyən İddiaçı iddia ərizəsində cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etsə də, qanunla nəzərdə tutulmuş qaydada mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi tələbinə riayət olunması barədə sübutu ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.2-ci maddəsinə əsasən, qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunan qanunvericilik normalarını əsas tutaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və avtomobilin qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması iddiaçıya izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar