Məhkəmə qərarları › İş №2(074)-937/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-937/2020

01.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-937/2020 01.12.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, X9 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində müəyyən olunmuş alimentin artırılmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində müəyyən olunmuş alimentin artırılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsilə X7 adlı bir oğlunun saxlanılması üçün 100 manat miqdarında müəyyən olunmuş alimentin artırılaraq hər ay 200 manat məbləğində müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahat verib bildirdi ki, o, cavabdehlə xx.xx.2007-ci il tarixdə qeyri-rəsmi, xx.xx.2008-ci il tarixdə isə rəsmi nikaha daxil olmuş, xx.xx.2011-ci il təvəllüdlü X7 anadan olmuş, Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsilə nikahları pozulmuş, oğlu Ümüdün saxlanılması üçün atası Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət olunmuş, hazırda isə həmin 100 manat məbləğindəki aliment uşağın saxlanılması üçün kifayət etməməyə başlamışdır. Cavabdeh isə tikinti işi ilə məşğuldur. O, X5 şəhərində ev tikir. Qazancı kifayət qədərdir. Oğlu Ümüddə isə qan azlığı var. Müalicə olunmalıdır. Lakin maddi imkanın olmaması buna imkan vermir. Odur ki, iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(074)- 751/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı X3 ilə Cavabdeh xx xxxxxxxx 2008-ci ildə Şamaxı rayon Adnalı kənd İcra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2008-ci il tarixdə 08 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəlfərin birgə nikahlarından doğulmuş xx xxxxxx 2011-ci il təvəllüdlü X4 anası X1 yanında qalması, Cavabdeh xx xxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X2 verilməsi, nikah pozularkən Cavabdeh 15 manat dövlət rüsumunun tutulması, iddiaçı X1 bu xərcdən azad edilməsi, X2 nikahdan əvvəlki soyadını daşımaq hüququnun verilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ № 304053 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 96 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra qadına Əsgərova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ № 561078 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2011-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, tərəflər xx.xx.2007-ci il tarixdə qeyri-rəsmi, xx.xx.2008-ci il tarixdə isə rəsmi nikaha daxil olmuş, xx.xx.2011-ci il təvəllüdlü X7 anadan olmuş, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(074)-751/2018 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş Ümüd iddiaçının yanında saxlanılmaqla onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hal-hazırda isə İddiaçı müəyyən olunmuş alimentin yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün kifayət etmədiyini əsas gətirərək müəyyən edilmiş aliment məbləğinin artırılmasını və 200 manat aliment tutulmasını xahiş etmişdir. Məhkəmə uşağın saxlanılmasının hər iki valideynin borcu olduğunu nəzərə alaraq hesab edir ki, uşağın saxlanılması üçün hər ay lazım olan maddi tələbatın ödənilməsində tərəflər bərabər iştirak etməlidirlər. Məhkəmə uşağın layiqli həyat şəraitini təmin etmək üçün, onun yaşını, tələbatını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səiyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(074)-751/2018 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılmalı və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi rədd edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(074)-751/2018 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılsın və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar