Məhkəmə qərarları › İş №2(074)-939/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-939/2025

29.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-939/2025 29.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qızılzinyət və əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona məxsus ümumi dəyəri 6103 manat olan mebel qorka – 850 manat, yataq dəsti – 1300 manat, 1 divan və 2 kreslo – 600 manat, jurnalnı – 150 manat, tozsoran - 200 manat (Samsung), sok maşını – 50 manat (Gepas), ütü – 30 manat (Gepas), xalça -120 manat, divan-kreslo üzlük – 50 manat, 7 dənə balış – 140 manat, taxt-yorğan-döşək – 200 manat, 2 dəst tək yorğan-döşək – 300 manat, 1 sintifon balış – 10 manat, 1 sintifon yorğan – 20 manat, uşaq üçün yorğan-döşək, adyal 100 manat, abedni servis – 200 manat, çayni servis 12 predmet və 1 fincan dəsti - 35 manat (dördkünc dəst), 1 fincan dəsti – 20 manat, 1 fincan dəsti – 23 manat, 1 güldan – 18 manat, 3 qənd qabı, 3 çeşid hərbirindən 2 dənə - 35 manat, şirniyyat qabları 3 mərtəbəli və 2 dəst – 50 manat, şirniyyat qabaları 3 dəst və 2 cüt – 30 manat, 6 xurustal stəkan armudu – 28 manat, 6 xurustal stəkan – 28 manat, 12 sadə stəkan – 12 manat, 6 sadə stəkan armudu – 6 manat, 12 nəlbəki – 12 manat, 1 meyvə qabı – 30 manat, 2 dəst (12 dənə) xurustal bakal – 60 manat, 2 dəst (12 dənə) xururstal araq rumkası – 55 manat, 2 ləpə qabı – 10 manat, 2 şüşə çərəz qabı – 16 manat, 2 salfetka qoyulan – 8 manat, 24 ədəd boşqab-58 manat (dörd künc), sini (padnos) dəsti üçlü – 34 manat, 2 dənə dəmir yumru sini (padnos) – 10 manat, 1 çuğun tas, 2 çuğun vedrə və qazan dəsti beşli - 67 manat (nikel), üçlü saxlama qabı -15 manat, 1 aşsüzən - 8 manat, 1 külqabı - 10 manat, Tefal tava - 26 manat, 2 ədəd fincan (hədiyyəlik) - 10 manat, 1 cüt vaza - 12 manat, hamam dəsti - 25 manat, 3 dəst dəsmal - 67 manat, 2 dəst çay dəsmalı - 22 manat, 1 taxt dəsti pərdə, pakrıval və 3 balış üzü - 55 manat, 1 taxt dəsti ədyal, 2 balış üzü - 25 manat, 4 dəst taxt cexolu - 110 manat, 2 dəst tək cexol - 30 manat, 6 duz qabı - 5 manat, çörək qabı 2 dənə - 8 manat, kauçuk qablar 6 dənə - 16 manat, 12 bıçaq (yağ) - 14 manat, 12 xörək qaşığı - 14 manat, 12 çay qaşığı - 14 manat, 12 çəngəl - 14 manat, 6 limon çəngəli - 12 manat, 12 mürəbbə qaşığı 14 manat, 6 tək çörək bıçağı - 12 manat, çömçə nabor - 24 manat (tefal qablar üçün), 6 aş qaşığı (iri olandan) - 12 manat, 2 çömçə - 4 manat, ədava qabı - 8 manat, üçlü dəst qənd qabı, çay qabı - 15 manat, 1 krafin 6 stəkan dəsti - 20 manat, 6 şirə bakalı sadə - 16 manat, 1 çaynik - 18 manat, 3 dəm çayniki - 20 manat, 6 limon qabı - 5 manat, 1 taxt ədyalı - 25 manat, 1 skater stol - 30 manat, 1 skater jurnalnı - 10 manat, 2 naçnik - 40 manat, 1 böyük xəmir qabı - 16 manat, geyim, 2 cüt sabo - 45 manat, 2 sumka - 40 manat, 1 şlyapa - 40 manat, 2 ağ yubka - 38 manat, 3 don - 84 manat, 1 kostum - 40 manat, uşaq jileti - 22 manat (yaşıl), 1 oyuncaq ayı - 28 manat, vinetka, şəkillər, suvenir, habelə ümumi dəyəri 13551 (on üç min beş yüz əlli bir) manat olan qızıl zinyət əşyaları olan çəkisi 16 qram olan 750 əyarlı, brilliant qaşlı, brilliantı 1.60 karat olan qızıl komplektinin hazırki dövrə məmulat şəklində orta bazar qiymətləri ilə dəyəri 3696 (üç min altı yüz doxsan altı) manat, çəkisi 16 qram olan 750 əyarlı qızıl boyunbağının qiyməti 2880 (iki min səkkiz yüz səksən) manat, çəkisi 8 qram olan 750 əyarlı qızıl qolbağın qiyməti 1440 (bir min dörd yüz qırx) manat, çəkisi 6 qram olan 750 əyarlı, brilliant qaşlı, brilliantı 0.50 karat olan nişan üzüyünün qiyməti 1335 (bir min üç yüz otuza beş) manat, çəkisi 3 qram olan 585 əyarlı qızıl üzüyün qiyməti 420 (dörd yüz iyirmi) manat, çəkisi 4 qram olan 585 əyarlı qızıl üzüyün qiyməti 560 (beş yüz altmış) manat, çəkisi 3 qram 585 əyarlı qızıl boyunbağının qiyməti 420 (dörd yüz iyirmi) manat və çəkisi 20 qram olan 585 əyarlı qızıl komplektinin qiyməti 2800 (iki min səkkiz yüz) manat olan əmlaklarını və ya onların ümumi dəyəri 19.654 manat pulun, həbelə 50 manat mediasiya xərcinin və 100 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı vəsatətinə əsasən Cavabdeh3 və Cavabdeh4 mülki işə cavabdeh qismində cəlb edilmişlər. İddiaçı tələbinin onunla əsaslandırmışdır ki, 2011-ci ildə cavabdehlərin övladı Cavabdeh3 ilə ailə qurub onlara məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsində olan evə gəlin köçüb. Cehiz əşyalarını da ora aparıb. Orada bir-iki il yaşadıqdan sonra Bakı şəhəri Buzovna qəsəbəsinə köçüblər, cehizləri Şamaxıda qalıb və cavabdehlər istifadə ediblər. xx.xx.2022-ci il tarixdə Orxan ilə aralarında münaqişə yaranıb, həmin gün Orxan onu döyüb, səhhəti pisləşib, baldızı və onun yoldaşı onu evlərinə aparıblar. Polisə şikayət edib. Səhəri gün evə qayıtdıqdan sonra, görüb ki, qızılları və bəzi sənədlər evdə yoxdur. Orxandan soruşduqda o, bildirib ki, qızılları və bəzi sənədləri götürüb valideyinlərinə verib. Hətta bunu oğlu Fərid də, təsdiq edib. O, cavabdehlərdən qızıllarını istədikdə, qayınanası bildirib ki, həmin əşyaları və sənədləri məhkəmədə verəcəkdir. Nikahı Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlər qızılları qaytarmamış və cehiz əmlaklarından isə istifadə edərək, götürməyə imkan verməmişlər. Öz dediklərinə görə söküb həyətə atmışlar və bir hissəsi yanmışdır. Hətta keçmiş həyat yoldaşı cavabdehdən qızıllarının ona qaytarılmasını dəfələrlə tələb etmiş və baldızı da qızıl zinyət əşyalarının, eləcə də, digər əmlaklarının cavabdehlərdə olmasını etiraf etmişdir. Buna baxmayaraq hazırda da, onların ona münasibəti pisdir. İki azyaşlı uşağı ilə Buzovna qəsəbəsindəki bir otaqlı mənzilində yaşayır. Ona görə də, cavabdehlərdən qızıl zinyət və cehiz əmlaklarını və ya pulunu tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə Orxan onu döyənədək qızılları özündə olmuş və istifadə etmişdir. Cavabdehin təqdim etdiyi fotoşəkil onun da təqdim etdiyi fotoşəkillə eyni toyda çəkilmişdir. Göründüyü kimi onun hər iki şəkildə geyimi eynidir. Ancaq cavabdeh özü qəsdən elə şəkil təqdim etmişdir ki, onun qızılları orada görünmür. Lakin həmin toyda çəkilmiş özünün təqdim etdiyi fotoşəkildə qızıllarını taxdığı görünür. Ərizədə qeyd edilən qızllardan bir ədəd komplekt, boyunbağ qolbağ, nişan üzüyü və tək üzük toy ərəfəsində cavabdehlər tərəfindən ona hədiyyə edilmiş, digər tək üzüyü Orxanın dostu toyda ona hədiyyə etmiş, 3 qram boyunbağı öz valideynləri tərəfindən övladına hədiyyə edilmiş, digər koplekt isə Orxan tərəfindən evliliklərinin il dönümündə ona hədiyyə alınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, oğlu Cavabdeh3 evləndikdən sonra bir müddət onlarla yaşamışlar. Lakin sonradan onlar köçüb Bakı şəhərində yaşamışlar. İddiaçının cehiz gətirdiyi əmlakı evinin həyətinə yığmışdır. İddiaçı gəlib onu götürə bilər. Lakin qızıllarla bağlı eşitdiyinə görə Orxan tutulanda qolbaq və sep satılıb. İddiaçı döyüldüyünü dediyi xx.xx.2022-ci il tarixdə isə o, həyat yoldaşı Gülnarə ilə xəstəxanada olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, oğlu Cavabdeh3 iddiaçı ilə evləndikdən sonra bir müddət onlarla yaşamışlar. Lakin sonradan onlar köçüb Bakı şəhərində yaşamışlar. İddiaçının cehiz gətirdiyi əmlakı hazırda evinin həyətindədir. İddiaçı gəlib onu götürə bilər. Lakin qızıllarla bağlı eşitdiyinə görə Orxan tutulanda qolbaq və sep satılıb. İddiaçı döyüldüyünü dediyi xx.xx.2022-ci il tarixdə isə o, həyat yoldaşı ilə xəstəxanada olmuşdur. İddiaçının qızılları heç vaxt onda olmamış nə də o, həmin qızılları məhkəmə iclasında qaytaracağını bildirməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahat verərək bildirdi ki, mübahisə olan gün qardaşı ilə dalaşdığı üçün iddiaçını evə gətirib, səhərisi günü xəstəxanaya gedilib. İddiaçını sakitləşdirmək üçün və həmçinin həmin vaxt valideynləri ilə münasibətləri yaxşı olmadığından deyib ki, qızılları anası saxlayır və qaytaracağını deyib. İddiaçı evə gedəndə qızılları aparıb, 1-ci oğlu doğulanda qızıllar satılıb. Əlacsız qaldıqları üçün Orxan satıb. Komplekt, sep və nişan üzüyü olub. Onun qardaşı və anası qızılları almayıb. İddiaçını evinə gətirəndə sırğası özündə olub. Toyda verilən qızılları ailədə ehtiyac olduğu üçün satıblar. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək bildirdi ki, qızılları dolanışıq üçün satıb. Maşında problem olub. Komplekt, sırğa, üzük və sepi pandemiyada satıb. 2019-cu ildə işləyib. İddiaçının 1-2 qızılı olub. İddiaçı xəstəxanaya getməyib. Moskva univermağında 2019-cu ildə qızılları satıb. Lakin hazrıda kimə satdığını və neçəyə satdığını xatırlamır. İddiada qeyd edilən qızıllar olub, lakin iddiaçının valideynlərinin uşağa hədiyyə etdiyi deyilən qızılı ümumiyyətlə görməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materillarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3476/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsinin təmin edilməsi, iddiaçı Cavabdeh3 ilə cavabdeh X4 arasında xx.xx.2011-ci il tarixdə, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbə icra nümayəndəliyində 17 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 anaları- cavabdeh X3 himayəsində saxlanılması qət edilmişdir. İş materillarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-226/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh3 Şaşik oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməsi və ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması, Cavabdeh3 Şaşik oğlu yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07 00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, hökmün icrasına nəzarət Cavabdeh3 Şaşik oğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Cavabdeh3 Şaşik oğlunun cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh3 Şaşik oğlunun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. İş materillarında olan X1 xx.xx.2025-ci il tarixli, 70 saylı rəyindən görünür ki, çəkisi 16 qram olan 750 əyarlı, brilliant qaşlı, brilliantı 1.60 karat olan qızıl komplektinin hazırki dövrə məmulat şəklində orta bazar qiymətləri ilə təqribi dəyəri 3696,00 (üç min altı yüz doxsan altı) manat, çəkisi 16 qram olan 750 əyarlı qızıl boyunbağının qiyməti 2880,00 (iki min səkkiz yüz səksən) manat, çəkisi 8 qram olan 750 əyarlı qızıl qolbağın qiyməti 1440,00 (bir min dörd yüz qırx) manat, çəkisi 6 qram olan 750 əyarlı, brilliant qaşlı, brilliantı 0.50 karat olan nişan üzüyünün qiyməti 1335,00 (bir min üç yüz otuz beş) manat, çəkisi 3 qram olan 585 əyarlı qızıl üzüyün qiyməti 420,00 (dörd yüz iyirmi) manat, çəkisi 4 qram olan 585 əyarlı qızıl üzüyün qiyməti 560,00 (beş yüz altmış) manat, çəkisi 3 qram 585 əyarlı qızıl boyunbağının qiyməti 420,00 (dörd yüz iyirmi) manat və çəkisi 20 qram olan 585 əyarlı qızıl komplektinin qiyməti 2800,00 (iki min səkkiz yüz) manat olmaqla, həmin qızıl-zinət əşyalarının ümumilikdə dəyəri 13551,00 (on üç min beş yüz əlli bir) manat məbləğində müəyyən edilir. İş materillarında olan X1 xx.xx.2025-ci il tarixli, 208 saylı rəyindən görünür ki, "MDF" materialdan olan bir ədəd yataq dəstinin (2 nəfərlik taxt, dolab və döşək) 2010-2011-ci il tarixlərə təqribi dəyəri 1200,00 (bir min iki yüz) manat, bir ədəd yumşaq mebel dəstinin (divan və 2 kreslo) təqribi dəyəri 700,00 (yeddi yüz) manat olmaqla, həmin mebellərin 2010-2011-ci il tarixlərə ümumi təqribi dəyəri 1900,00 (bir min doqquz yüz) manat məbləğində müəyyən edilir. İş materillarında olan X1 xx.xx.2025-ci il tarixli, 142 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ekspertiza tədqiqatına təqdim edilmiş "MDF" materialdan olan bir ədəd yataq və bir ədəd yumşaq mebel (divan-kreslo) dəstinin saxlanma şəraitinin (açıq hava şəraiti) düzgün olmadığı səbəbindən istifadəyə yararsız vəziyyətə düşdüyü müəyyən edilir. Beləliklə göründüyü kimi iddiaçının iddiası bir neçə hissədən ibarətdir. Onlardan birincisi cehiz əşyalarının cavabdehlərdən alınaraq ona qaytarılması ilə bağlıdır. İddiaçı həmin əmlakın mövcudluğuna və hər birinin ayrı-ayrılıqda dəyərində dair məhkəməyə sübut təqdim etməsə də, məhkəmə iclasında cavabdehlər bildirmişdir ki, iddia ərizəsində sadalanan cehiz əmlakları cavabdehlərin evindədir və həmin əmlakların iddiaçı tərəfindən götürülməsinə etiraz etmirlər. İddia tələbinin qızıl-zinət əşyalarının qaytarılması hissədə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş foto şəkillərdən, tərəflərin məhkəmə iclasındakı izahatlarından görünür ki, iddiaçıya toy mərasimi zamanı cavabdeh tərəfindən çəkisi 16 qram olan 750 əyarlı, brilliant qaşlı, brilliantı 1.60 karat olan qızıl komplekt dəyəri 3696 (üç min altı yüz doxsan altı) manat, çəkisi 16 qram olan 750 əyarlı qızıl boyunbağı qiyməti 2880 (iki min səkkiz yüz səksən) manat, çəkisi 8 qram olan 750 əyarlı qızıl qolbağı qiyməti 1440 (bir min dörd yüz qırx) manat, çəkisi 6 qram olan 750 əyarlı, brilliant qaşlı, brilliantı 0.50 karat olan nişan üzüyü qiyməti 1335 (bir min üç yüz otuza beş) manat, çəkisi 3 qram olan 585 əyarlı qızıl üzük qiyməti 420 (dörd yüz iyirmi) manat, çəkisi 4 qram olan 585 əyarlı qızıl üzük qiyməti 560 (beş yüz altmış) manat və çəkisi 20 qram olan 585 əyarlı qızıl komplekt qiyməti 2800 (iki min səkkiz yüz) manat olan qızıl-zinyət əşyaları hədiyyə edilmişdir. İddiaçı həmin əmlakların mövcudluğu və ona hədiyyə edilməsi ilə bağlı məhkəməyə sübutlar təqdim etmiş və həmçinin bu hal cavabdehlər tərəfindən də etiraf edilmişdir. Həmin qızıllarla bağlı cavabdehlər məhkəmə iclasında müxtəlif izahatlar vermişlər. Belə ki, Cavabdehlər bəziləri həmin qızılların iddiaçı tərəfindən evdən gedərkən aparılmasını, bəziləri iddaçının uşağına görə satıldığını, bəziləri isə iddiaçı ilə Cavabdeh3 nikahda olarkən həmin qızılların ailə ehtiyacları üçün satıldığını qeyd etmişlər. Lakin hər bir halda cavabdehlər qeyd etdiklərini təsdiq edəcək sübutlarını məhkməyə təqdim etməmişlər. Həmçinin Cavabdeh3 Şaşik oğlu məhkəmə iclasında iddiaçıya məxsus qızıllardan bəzilərini ailənin ehtiyacları, bəzilərini maşını xarab olduğu satdığını etiraf etmiş lakin bununla bağlı da heç bir sübutu (qızılları satdığı şəxs, qızılları satdığı qiyməti və s.) məhkəməyə təqdim etməmişdir. İddiaçı isə övladının xəstə olmadığını və qızılların onun müalicəsi üçün satılmadığını və Orxana qızıllarını satmaq üçün vermədiyini bildirmişdir. İddiaçı qeyd edilən qızıl-zinət əşyalarının ona verilməsinə dair fotoşəkillər təqdim etmiş, iddia ərizəsində qeyd edilən çəkisi 3 qram 585 əyarlı qızıl boyunbağı qiyməti 420 (dörd yüz iyirmi) manat olan qızılın mövcudluğuna dair heç bir sübutu iddia ərizəsinə əlavə etməmiş və məhkəmə iclasında təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya məxsus olan cehiz əşyaları: ümumi dəyəri 6003 manat olan mebel qorka – 850 manat, yataq dəsti – 1200 manat, 1 divan və 2 kreslo – 600 manat, jurnalnı – 150 manat, tozsoran - 200 manat (Samsung), sok maşını – 50 manat (Gepas), ütü – 30 manat (Gepas), xalça -120 manat, divan-kreslo üzlük – 50 manat, 7 dənə balış – 140 manat, taxt-yorğan-döşək – 200 manat, 2 dəst tək yorğan-döşək – 300 manat, 1 sintifon balış – 10 manat, 1 sintifon yorğan – 20 manat, uşaq üçün yorğan-döşək, adyal 100 manat, abedni servis – 200 manat, çayni servis 12 predmet və 1 fincan dəsti - 35 manat (dördkünc dəst), 1 fincan dəsti – 20 manat, 1 fincan dəsti – 23 manat, 1 güldan – 18 manat, 3 qənd qabı, 3 çeşid hərbirindən 2 dənə - 35 manat, şirniyyat qabları 3 mərtəbəli və 2 dəst – 50 manat, şirniyyat qabaları 3 dəst və 2 cüt – 30 manat, 6 xurustal stəkan armudu – 28 manat, 6 xurustal stəkan – 28 manat, 12 sadə stəkan – 12 manat, 6 sadə stəkan armudu – 6 manat, 12 nəlbəki – 12 manat, 1 meyvə qabı – 30 manat, 2 dəst (12 dənə) xurustal bakal – 60 manat, 2 dəst (12 dənə) xururstal araq rumkası – 55 manat, 2 ləpə qabı – 10 manat, 2 şüşə çərəz qabı – 16 manat, 2 salfetka qoyulan – 8 manat, 24 ədəd boşqab-58 manat (dörd künc), sini (padnos) dəsti üçlü – 34 manat, 2 dənə dəmir yumru sini (padnos) – 10 manat, 1 çuğun tas, 2 çuğun vedrə və qazan dəsti beşli - 67 manat (nikel), üçlü saxlama qabı -15 manat, 1 aşsüzən - 8 manat, 1 külqabı - 10 manat, Tefal tava - 26 manat, 2 ədəd fincan (hədiyyəlik) - 10 manat, 1 cüt vaza - 12 manat, hamam dəsti - 25 manat, 3 dəst dəsmal - 67 manat, 2 dəst çay dəsmalı - 22 manat, 1 taxt dəsti pərdə, pakrıval və 3 balış üzü - 55 manat, 1 taxt dəsti ədyal, 2 balış üzü - 25 manat, 4 dəst taxt cexolu - 110 manat, 2 dəst tək cexol - 30 manat, 6 duz qabı - 5 manat, çörək qabı 2 dənə - 8 manat, kauçuk qablar 6 dənə - 16 manat, 12 bıçaq (yağ) - 14 manat, 12 xörək qaşığı - 14 manat, 12 çay qaşığı - 14 manat, 12 çəngəl - 14 manat, 6 limon çəngəli - 12 manat, 12 mürəbbə qaşığı 14 manat, 6 tək çörək bıçağı - 12 manat, çömçə nabor - 24 manat (tefal qablar üçün), 6 aş qaşığı (iri olandan) - 12 manat, 2 çömçə - 4 manat, ədava qabı - 8 manat, üçlü dəst qənd qabı, çay qabı - 15 manat, 1 krafin 6 stəkan dəsti - 20 manat, 6 şirə bakalı sadə - 16 manat, 1 çaynik - 18 manat, 3 dəm çayniki - 20 manat, 6 limon qabı - 5 manat, 1 taxt ədyalı - 25 manat, 1 skater stol - 30 manat, 1 skater jurnalnı - 10 manat, 2 naçnik - 40 manat, 1 böyük xəmir qabı - 16 manat, geyim, 2 cüt sabo - 45 manat, 2 sumka - 40 manat, 1 şlyapa - 40 manat, 2 ağ yubka - 38 manat, 3 don - 84 manat, 1 kostum - 40 manat, uşaq jileti - 22 manat (yaşıl), 1 oyuncaq ayı - 28 manat, vinetka, şəkillər, suvenir, habelə ümumi dəyəri 13131 (on üç min yüz otuz bir) manat olan qızıl zinyət əşyaları olan çəkisi 16 qram olan 750 əyarlı, brilliant qaşlı, brilliantı 1.60 karat olan qızıl komplektinin hazırki dövrə məmulat şəklində orta bazar qiymətləri ilə dəyəri 3696 (üç min altı yüz doxsan altı) manat, çəkisi 16 qram olan 750 əyarlı qızıl boyunbağının qiyməti 2880 (iki min səkkiz yüz səksən) manat, çəkisi 8 qram olan 750 əyarlı qızıl qolbağın qiyməti 1440 (bir min dörd yüz qırx) manat, çəkisi 6 qram olan 750 əyarlı, brilliant qaşlı, brilliantı 0.50 karat olan nişan üzüyünün qiyməti 1335 (bir min üç yüz otuza beş) manat, çəkisi 3 qram olan 585 əyarlı qızıl üzüyün qiyməti 420 (dörd yüz iyirmi) manat, çəkisi 4 qram olan 585 əyarlı qızıl üzüyün qiyməti 560 (beş yüz altmış) manat və çəkisi 20 qram olan 585 əyarlı qızıl komplektinin qiyməti 2800 (iki min səkkiz yüz) manat olan əmlaklar onlar olmadıqda isə onların dəyəri 19.134 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsində göstərilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəlləsinin 34.2-ci maddəsində göstərilir ki, zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim,ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvadın kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə Dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehlərdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehlərin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 50 manat mediasiya xərci də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan cehiz əşyaları: ümumi dəyəri 6003 manat olan mebel qorka – 850 manat, yataq dəsti – 1200 manat, 1 divan və 2 kreslo – 600 manat, jurnalnı – 150 manat, tozsoran - 200 manat (Samsung), sok maşını – 50 manat (Gepas), ütü – 30 manat (Gepas), xalça -120 manat, divan-kreslo üzlük – 50 manat, 7 dənə balış – 140 manat, taxt-yorğan-döşək – 200 manat, 2 dəst tək yorğan-döşək – 300 manat, 1 sintifon balış – 10 manat, 1 sintifon yorğan – 20 manat, uşaq üçün yorğan-döşək, adyal 100 manat, abedni servis – 200 manat, çayni servis 12 predmet və 1 fincan dəsti - 35 manat (dördkünc dəst), 1 fincan dəsti – 20 manat, 1 fincan dəsti – 23 manat, 1 güldan – 18 manat, 3 qənd qabı, 3 çeşid hərbirindən 2 dənə - 35 manat, şirniyyat qabları 3 mərtəbəli və 2 dəst – 50 manat, şirniyyat qabaları 3 dəst və 2 cüt – 30 manat, 6 xurustal stəkan armudu – 28 manat, 6 xurustal stəkan – 28 manat, 12 sadə stəkan – 12 manat, 6 sadə stəkan armudu – 6 manat, 12 nəlbəki – 12 manat, 1 meyvə qabı – 30 manat, 2 dəst (12 dənə) xurustal bakal – 60 manat, 2 dəst (12 dənə) xururstal araq rumkası – 55 manat, 2 ləpə qabı – 10 manat, 2 şüşə çərəz qabı – 16 manat, 2 salfetka qoyulan – 8 manat, 24 ədəd boşqab-58 manat (dörd künc), sini (padnos) dəsti üçlü – 34 manat, 2 dənə dəmir yumru sini (padnos) – 10 manat, 1 çuğun tas, 2 çuğun vedrə və qazan dəsti beşli - 67 manat (nikel), üçlü saxlama qabı -15 manat, 1 aşsüzən - 8 manat, 1 külqabı - 10 manat, Tefal tava - 26 manat, 2 ədəd fincan (hədiyyəlik) - 10 manat, 1 cüt vaza - 12 manat, hamam dəsti - 25 manat, 3 dəst dəsmal - 67 manat, 2 dəst çay dəsmalı - 22 manat, 1 taxt dəsti pərdə, pakrıval və 3 balış üzü - 55 manat, 1 taxt dəsti ədyal, 2 balış üzü - 25 manat, 4 dəst taxt cexolu - 110 manat, 2 dəst tək cexol - 30 manat, 6 duz qabı - 5 manat, çörək qabı 2 dənə - 8 manat, kauçuk qablar 6 dənə - 16 manat, 12 bıçaq (yağ) - 14 manat, 12 xörək qaşığı - 14 manat, 12 çay qaşığı - 14 manat, 12 çəngəl - 14 manat, 6 limon çəngəli - 12 manat, 12 mürəbbə qaşığı 14 manat, 6 tək çörək bıçağı - 12 manat, çömçə nabor - 24 manat (tefal qablar üçün), 6 aş qaşığı (iri olandan) - 12 manat, 2 çömçə - 4 manat, ədava qabı - 8 manat, üçlü dəst qənd qabı, çay qabı - 15 manat, 1 krafin 6 stəkan dəsti - 20 manat, 6 şirə bakalı sadə - 16 manat, 1 çaynik - 18 manat, 3 dəm çayniki - 20 manat, 6 limon qabı - 5 manat, 1 taxt ədyalı - 25 manat, 1 skater stol - 30 manat, 1 skater jurnalnı - 10 manat, 2 naçnik - 40 manat, 1 böyük xəmir qabı - 16 manat, geyim, 2 cüt sabo - 45 manat, 2 sumka - 40 manat, 1 şlyapa - 40 manat, 2 ağ yubka - 38 manat, 3 don - 84 manat, 1 kostum - 40 manat, uşaq jileti - 22 manat (yaşıl), 1 oyuncaq ayı - 28 manat, vinetka, şəkillər, suvenir, habelə ümumi dəyəri 13131 (on üç min yüz otuz bir) manat olan qızıl zinyət əşyaları olan çəkisi 16 qram olan 750 əyarlı, brilliant qaşlı, brilliantı 1.60 karat olan qızıl komplektinin hazırki dövrə məmulat şəklində orta bazar qiymətləri ilə dəyəri 3696 (üç min altı yüz doxsan altı) manat, çəkisi 16 qram olan 750 əyarlı qızıl boyunbağının qiyməti 2880 (iki min səkkiz yüz səksən) manat, çəkisi 8 qram olan 750 əyarlı qızıl qolbağın qiyməti 1440 (bir min dörd yüz qırx) manat, çəkisi 6 qram olan 750 əyarlı, brilliant qaşlı, brilliantı 0.50 karat olan nişan üzüyünün qiyməti 1335 (bir min üç yüz otuza beş) manat, çəkisi 3 qram olan 585 əyarlı qızıl üzüyün qiyməti 420 (dörd yüz iyirmi) manat, çəkisi 4 qram olan 585 əyarlı qızıl üzüyün qiyməti 560 (beş yüz altmış) manat və çəkisi 20 qram olan 585 əyarlı qızıl komplektinin qiyməti 2800 (iki min səkkiz yüz) manat olan əmlaklar onlar olmadıqda isə onların dəyəri 19.134 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı verilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dövlət rüsumu kimi ödənilmiş 100 manat pul və mediasiya xərci kimi ödənilmiş 50 manat pul müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar