Məhkəmə qərarları › İş №2(074)-975/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-975/2022

04.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-975/2022 04.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Tamarova Züleyxa Kamil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlahçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1127,52 manat məbləğində dəymiş ziyanın, debitor borcun, 31,28 manat qəpik dövlət rüsumunun, ümumilikdə isə 1158,80 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, həmin cərimə məbləğinin silinməsi barədə məhkəməyə iddia vermiş və onun iddiası üzrə mülki işdə hazıra məhkəmənin icraatındadır. Buna görə mülki işlərin bir icraatda birləşdirilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatın dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin bir icraatda birləşdirilməsi məqsdəmüvafiqdir. Belə ki, iş materiallarında olan 2(074)-860/2022 saylı 27 sentyabr 2022-ci il tarixli məhkəmə bildirişinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair mülki iş Şamaxı Rayon Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası MPM-nin 169.3-cu maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlahçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair 2(074)-975/2022 saylı iş, iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair 2(074)-860/2022 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-ci maddələrini rəhbər tutub qəraraaldı: İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlahçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair 2(074)-975/2022 saylı iş, iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair 2(074)-860/2022 saylı mülki işlə bir icraatda birləşdirilsin. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar