Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-988/2025 21.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 11000 (on bir min) manat məbləğində pulun və ödədiyi 123 (yüz iyirmi üç) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 həyat yoldaşı X2 vasitəsilə tanıyıb. 2022-ci ildə özlərinə məxsus qızıl əşyaların satmaq qərarına gəlib. Buna görə də həyat yoldaşı Sevilə müraciət edərək qızılları satmaqda köməklik göstərməsini ondan xahiş etmişdir. Həmin il müxtəlif vaxtlarda ümumilikdə dəyəri 20000 (iyirmi min) manat təşkil edən qızıl-zinət əşyalarını cavabdeh X4 işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən Əminə adlı mağazada ona verib. Sevil qızıl-zinət əşyalarının bir hissəsini sataraq ona 7800 (yeddi min səkkiz yüz) manat pul qaytarmışdır. Yerdə qalan 12200 (on iki min iki yüz) manat pulu ona geri qaytarmadığı üçün aidiyyatı üzrə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Şikayət ərizəsi əsasında 19-cu polis şöbəsində araşdırma aparılmış, cavabdeh X7 ona 12200 (on iki min iki yüz) manat məbləğində borcu olduğunu etiraf etmişdir. Bundan sonra X7 polis bölməsində iltizam yazaraq ona olan borcunu xx.xx.2024-cü il tarixə qədər qismən qaytaracağına söz vermişdir. Həmin tarixdən bugün ki, günə qədər ona ümumilikdə 1200 (min iki yüz) manat məbləğində pul qaytarmışdır. Hal-hazırda cavabdehin mənə 11000 (on bir min) manat məbləğində pul borcu qalmışdır. Pulu qaytaracağı müddətdən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq həmin pulu ona geri qaytarmamışdır. O, dəfələrlə cavabdehdən pulunu geri istəsəmdə o, müxtəlif bəhanələr gətirmiş bu günki günə qədər ona olan borcunu geri qaytarmamışdır. O, sonunda cavabdeh tərəfindən aldandığını başa düşüb və bu səbəbdən də pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlib. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, o, qızıl alveri ilə məşğul olmur. Ağsu rayonunda yerləşən kafesini satdıqdan sonra pis gün üçün bir qədərə qızıl alıb evdə saxlamışlar. Sonradan pul lazım olanda həmin qızılları satmaq istəmişdir. Buna görə də qızılları yoldaşı ilə Sevilə verib, o da qızılları kiməsə satıb. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahat verib bildirdi ki, qızılları İlhamın yoldaşından almış və həmin qızılları Zenfira adında qadına satmışdır. Zenfira da Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsində də etiraf etdi ki, qızıllar ona satılıb. Lakin o, həmin pulu bir dəfəyə ödəmək iqtidarında deyil. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi RPl-nin 19-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X1 15 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh İddiaçı yazmış olduğu ərizə ilə tanış olmuş, sonuncunun həyat yoldaşı Ağagül xanımı təxminən 3-4 il olar ki, tanıyır. Təxminən 3-4 il əvvəl metronun "Əcəmi” stansiyası yaxınlığında icarəyə obyekt götürərək qadın geyimlərinin alveri ilə məşğul olmuş, Ağagül isə həmin ərəfədə icarəyə götürdüyü obyektin ətrafında olan iaşə obyektində qızıl satarkən tanımışdır. Bu illər ərzində Ağagüldən təxminən dəyəri 40.000 manat olan qızıl-zinət əşyaları alıb-satmışdır. 2023-cü ilin may ayında sonuncu dəfə Ağagüldən satması üçün qızıl-zinət əşyası almış, lakin həmin ərəfədə sonuncudan alıb satdığı şəxslər ona ödəniş etmədiklərinə görə problemlər yaranmış və Ağagülə ödəniş etməmişdir. Ağagüldən almış olduğu qızıl-zinət əşyalarının bir qismini Zenfira adlı xanıma satmış və sonuncu ödəniş etdikcə Ağagülə ödəniş etmişdir. Sevil Gəncəliyeva hal-hazırda Ağagülə 12.200 manat məbləğində borcunun oduğunu bildirmişdir. Araşdırma zamanı X7 PŞ-də iltizam yazaraq, İddiaçı dəymiş ziyanı xx.xx.2024-cü il tarixdə qismən qaytaracağına dair söz verdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə nisyə qızıl-zinət əşyaları verilmiş və cavabdeh onlar arasında müəyyən etdikləri müddətdə ödəmədiyindən iddiaçının yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 11000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 123 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 11000 (on bir min) manat pul və dövlət rüsumu kimi ödənilmiş 123 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-988/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-988/2025
21.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver