Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-994/2023 12.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının cavabdeh X3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkı cavabdeh X3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə edərək, 151,20 manat pulun Şirvan Milli Parkında qanunsuz olaraq mal-qara otarmış cavabdeh X1 alınaraq, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək, cavabdeh tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkına dəymiş 151,20 manat məbləğində ziyanın tam olaraq ödənildiyini nəzərə alaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən, həmçinin, cavabdeh iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, vəsatət təmin edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmaqla, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının cavabdeh X3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-994/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-994/2023
12.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver