Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-995/2023 07.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Milli Parkında qanunsuz olaraq mal-qara otarmış Cavabdeh 201,60 manat məbləğində pulun alınaraq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Şirvan Milli Parkının əməkdaşları tərəfindən parkın mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirilərkən, xx.xx.1982-ci il tarixdə Salyan rayonu, Rəncbər kəndində anadan olmuş və Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olan Cavabdeh şəxsi təsərrüfatına aid 56 baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə, Şirvan Milli Parkının ərazisinə salmışdır. Cavabdeh barəsində qanunamüvafiq olaraq akt və protokol tərtib olunmuş, Şirvan Milli Parkına 201,60 manat ziyan vurduğu ona bildirilmiş, dəymiş ziyanı könüllü olaraq ödəməsi təklif edilmişdir. Bu barədə həmin şəxsə müvafiq məktub göndərilmişdir. Lakin, halhazıradək Cavabdeh Şirvan Milli Parkına dəymiş ziyanı könüllü olaraq ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 61735 saylı aktdan görünür ki, Cavabdeh Şirvan Milli Parkının 3 saylı sahəsinin ərazisində qanunsuz olaraq 56 baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə əraziyə salmışdır. Bununla da, o, xüsusi mühafizə olunan təbiət ərazisindən istifadə qaydalarını pozmuşdur. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə şəxsi təsərrüfatına aid xırda buynuzlu 56 baş mal-qaranı qanunsuz olaraq otarmaq məqsədilə, Şirvan Milli Parkına saldığına görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 242-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan hesabat cədvəlindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 30 saylı Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavəyə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixdə Şirvan Milli Parkının ərazisində qanunsuz olaraq 56 baş xırda buynuzlu mal-qara otarması nəticəsində, hər baş üçün 3,6 manat olmaqla, təbiətə cəmi 201,60 (56 baş x 3,6 manat) manat maddi ziyan dəymişdir. Beləliklə, iş materilları ilə müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh Şirvan Milli Parkının 3 saylı sahəsinin ərazisində qanunsuz olaraq 56 baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə əraziyə salmış, bununla bağlı qanunamüvafiq olaraq akt və cavabdehin barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati qaydada tənbeh tətbiq edilmiş və nəticədə o, təbiətə 201,60 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqailədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real, zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 və 1096.2-ci maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüququ pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə işin faktiki hallarına və qeyd olunan qanunvericilik normalarına istinadən qeyd edir ki, Cavabdeh iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkı qarşısında zərər vurulması nəticəsində öhdəliyi yaranmışdır. Cavabdeh Şirvan Milli Parkının 3 saylı sahəsinin ərazisində qanunsuz olaraq 56 baş xırda buynuzlu mal-qaranı əraziyə salıb otarmaqla, Azərbaycan Respublikası İXM-nin 242-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması iş materiallarında olan inzibati xəta haqqında qərarla təsdiq olunur. Cavabdeh təbiətə vurduğu ziyanın məbləği 201,60 manat hesablanmışdır. “Yaşılllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən, yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görməkdir. “Ətraf mühitinin mühafizəsi haqqında” Qanunun 79-cu maddəsinin 1-ci bəndinə əsasən, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh dəymiş ziyana görə 201,60 manat məbləğində pul alınaraq, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 201,60 (iki yüz bir manat altmış qəpik) manat məbləğində pul alınaraq, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının VÖEN: **********, Müxbir hesab: AZ71CTRE********************, Büdçə təsnifatı kodu: 142330, Büdcə səviyyə kodu: 1, Alan bank: X1, Kodu: 210005, VÖEN: ********** H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-995/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-995/2023
07.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver