Məhkəmə qərarları › İş №2(074)-996/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-996/2025

01.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-996/2025 01.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının onun mülkiyyətində olan Şamaxı rayonu, Muğanlı kəndində yerləşən evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdehlər X1 və İddiaçı qarşı evə köçürülmə tələbinə dair 2(074)-900/2025 nömrəli mülki iş vardır. Məhkəmə iclasında tələflərə məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi bir neçə işin mövcudluğu nəzərə alınaraq, işlərin bir icraatda birləşdirilməsinə münasibət bildirilməsi təklif olunmuşdur. Məhkəmə iclasında İddiaçı işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh işlərin bir icraatda birləşdirilməsinə razı olmadığını qeyd etdi. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə, həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olması müəyyən edildiyindən və bu işlərin birləşdirilməsi məqsədəmüvafiq hesab olunduğundan, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair 2(074)-996/2025 nömrəli mülki işlə iddiaçı Cavabdehlər X1 və İddiaçı qarşı evə köçürülmə tələbinə dair 2(074)-900/2025 nömrəli mülki iş bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair 2(074)- 996/2025 nömrəli mülki işlə iddiaçı Cavabdehlər X1 və İddiaçı qarşı evə köçürülmə tələbinə dair 2(074)-900/2025 nömrəli mülki iş bir icraatda birləşdirilsin. Həmin işlərə eyni vaxtda 2(074)-900/2025 qeydiyyat nömrəsi ilə baxılsın. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar