Məhkəmə qərarları › İş №2(075)-1/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1/2021 28.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakları ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xeyrinə 11082.01 ABŞ dolları əsas borc, 1247.45 ABŞ dolları faiz borcu və 1348.40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13677.86 ABŞ dolları borc və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor İddiaçı-nin ərizəsinə xx xxxxxx 2015-ci il tarixdə əmr icraatı qaydasında baxılaraq 2(075)-7004/2015 saylı məhkəmə əmri çıxarılmışdır. Borclu Cavabdeh1 məhkəmə əmrinə etiraz verdiyindən Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-7004/2015 saylı əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 12745 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxxx 2014-cü il tarixdə İddiaçı ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri imzalanmışdır. Zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 kredit təşkilatı qarşısında xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. Kredit təşkilatı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını bu günədək təmin etməmişlər. Hazırda cavabdehlərin İddiaçı-yə 11082.01 ABŞ dolları əsas borc, 1247.45 ABŞ dolları faiz borcu və 1348.40 ABŞ dolları cərimə borcları vardır. Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qeyd etdi ki, cavabdehin iddia etdiyi İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 034CASA143440003 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşma sistemdə mövcud deyildir. Həmçinin, borclunun indiyədək olan ödənişləri faiz borcuna silinmiş, əsas borcdan isə heç bir ödəniş olunmamışdır. Bundan başqa İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli, 034CASA143440003 saylı kredit müqaviləsi “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın təsirə altına düşməmişdir. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə etirazı yoxdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 bildirdi ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-7004/2015 saylı məhkəmə əmri çıxarıldıqdan 5 gün sonra İddiaçı onu dəvət edərək kredit borcunu manata restrukturizasiya etmişdir. Lakin bank tərəfindən müqavilə sistemə vurulmamış, əmr üzrə icraata xitam verilməmişdir. Ona görə də cavabdehin adına olan borc bu günə kimi dollar krediti kimi qalmış, ödənişlər dollar hesabına silinmişdir. Cavabdeh indiyə kimi ödənişləri gecikdirməmiş və onun bu günə borcu qalmamalıdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 034CASA143440003 saylı kredit müqaviləsi “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın təsirə altına düşməmişdir. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razılaşmır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 25 faiz olmaqla 36 ay müddətinə, 12745 ABŞ dolları kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli qəbzlərin təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh1 İddiaçı-dən 12745 ABŞ dolları (10000+2745) pulu həmin tarixdə qəbzlərə imza etməklə götürmüşdür. Ödəniş cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 götürdüyü 12745 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə 36 ay müddətində hər ay hissə-hissə ödəməklə qaytarmalı olmuşdur. xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələrinin təsdiq edilmiş surətlərindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 İddiaçı qarşısındakı xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 034CASA143440003 saylı Kredit müqaviləsi üzrə həmin müqavilənin restrukturizasiyasına dair xx xxxxxx 2015-ci il tarixli Razılaşmadan görünür ki, kredit müqaviləsi üzrə əsas borcun qalığı, hesablanmış faiz məbləği və cərimələr cəmləşir, AZN-ə konvertasiya olunur (kurs 1.055) və restrukturizasiya edilməsindən sonra kreditin məbləği 13200.00 AZN məbləğində, kreditin bitmə müddəti xx xxxxxx 2018-ci il müəyyən edilir və kreditin qalıq məbləğinə faizlər illik 29% ilə hesablanır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 9/2652 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 034CASA143440003 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixə banka olan borcu ümumilikdə 12372.34 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən, əsas borc üzrə 11454.76 ABŞ dolları, faiz borcu üzrə 917.48 ABŞ dolları. Tədqiqatın dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 9/4650 saylı əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 034CASA143440003 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx xxxxxxxx 2020-ci il tarixə banka olan borcu ümumilikdə 15415.90 manat məbləğində müəyyən olunur, o cümlədən, əsas borc üzrə 13200 manat, faiz borcu üzrə 2215.90 manat. Tədqiqatın dəyəri 145 manat təşkil edir. Məhkəmə iclasında mülki proses tərəflərinin izahatları, təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxx 2014cü il tarixli kredit müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 25 faiz olmaqla 36 ay müddətinə 12745 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.03-cü (b) bəndinə əsasən ödəmə vaxtı çatmış, lakin “borcalan” tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsinə günlük 1 (bir) % cərimə hesablanır. Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi imzalanmış, zaminlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 bank qarşısında kredit öhdəliklərinin icrasında tam məsuliyyəti öz üzərinə götürmüşlər. Bundan başqa tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 034CASA143440003 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşma imzalanmışdır. Tərəflər arasında imzalanmış xx xxxxxx 2015-ci il tarixli razılaşmaya əsasən Kredit müqaviləsi üzrə əsas borcun qalığı, hesablanmış faiz məbləği və cərimələr cəmləşir, AZN-ə konvertasiya olunur (kurs 1.055) və restrukturizasiya edilməsindən sonra kreditin məbləği 13200.00 manat məbləğində müəyyən edilir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli razılaşmaya əsasən kreditin qalıq məbləğinə faizlər illik 29% ilə hesablanır və kreditin bitmə müddəti xx xxxxxx 2018-ci il müəyyən edilir. Kredit təşkilatı tərəfindən kreditin verilməsinə baxmayaraq cavabdehlər müqavilə öhdəliklərinə əməl etmədiklərindən İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edir. Cavabdeh tərəf isə heç bir gecikmə olmadan borcunu ödədiyini, hazırda bank qarşısında hər hansı öhdəliyi olmadığını bildirərək iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı tərəfindən cavabdehlərə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Məhkəmə qeyd edir ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında Cavabdeh1 ilə birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüş, həmin müqavilədə illik faiz dərəcəsi 25 % müəyyən edilmişdir. xx xxxxxx 2014-cü il tarixli, 034CASA143440003 saylı Kredit müqaviləsi üzrə həmin müqavilənin restrukturizasiyasına dair xx xxxxxx 2015-ci il tarixli Razılaşma isə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, kreditin qalıq məbləğinə faizlər illik 29% ilə hesablanmışdır. Həmin razılaşma zaminlərin razılığı olmadan öhdəliyin dəyişdirilməsinə, onların məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olmuşdur. Bu səbəbdən də iddiaçı qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh1 tələb etməkdə haqlı olsa da, zaminlər Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlı deyildir. Cavabdeh tərəf məhkəmə iclasında borc məbləğini tam olaraq ödədiyini, hazırda iddiaçı qarşısında heç bir öhdəliyi olmadığını bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/4650 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin tədqiqat hissəsindən görünür ki, işdə olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 tərəfindən banka ümumilikdə xx xxxx 2020-ci il tarixədək 9300.00 manat məbləğində ödəniş aparılmış, həmin məbləğin 9300.00 manatı ümumilikdə faiz borcuna silinmiş, əsas borcdan isə ödəniş olunmamışdır. Odur ki, məhkəmə cavabdehin ifadəsinə tənqidi yanaşır. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xeyrinə 11082.01 ABŞ dolları əsas borc, 1247.45 ABŞ dolları faiz borcu və 1348.40 ABŞ dolları cərimə borcunun tutulmasını məhkəmədən xahiş etsə də, məhkəmə-mühasibalıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/4650 saylı rəyi ilə cavabdehlərin banka əsas borcunun 13200 manat, faiz borcunun 2215.90 manat olması, cərimə borcunun isə olmaması müəyyən edilmişdir. Beləliklə, məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmiş borc məbləğinin iddia tələbində göstərilən məbləğdən əsas və faiz borcu üzrə az olması müəyyən edilmişdir. İddiaçı tərəfindən ərizədə borc məbləğinin məhz tələb edilən miqdarda olması digər bir sübutla əsaslandırılmadığından məhkəmə məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilən məbləği daha əsaslı və cavabdehin banka olan borcunun müəyyənləşdirilməsində məhz həmin rəyə istinad edilməsini doğru hesab edir. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 13200 manat əsas və 2215.90 manat faiz borcu olmaqla, cəmi 15415.90 manat borc tutularaq İddiaçı-nin xeyrinə ödənilməli, əsassız olduğundan iddia Cavabdeh2 və Cavabdeh3 aid, həmçinin qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh1 30 manat dövlət rüsumu tutularaq onun 20 manatı İddiaçı-nin hesabına, 10 manatı isə dövlət büdcəsinə ödənilməlidir. 290 (iki yüz doxsan) manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 13200 (on üç min iki yüz) manat əsas və 2215.90 (iki min iki yüz on beş manat doxsan qəpik) manat faiz borcu olmaqla, cəmi 15415.90 (on beş min dörd yüz on beş manat doxsan qəpik) manat borc İddiaçı-nin xeyrinə tutulsun. İddia Cavabdeh2 və Cavabdeh3 aid, həmçinin qalan hissədə təmin edilməsin. Cavabdeh1 30 (otuz) manat dövlət rüsumu tutularaq onun 20 (iyirmi) manatı İddiaçınin hesabına, 10 (on) manatı isə dövlət büdcəsinə ödənilsin. 290 (iki yüz doxsan) manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar